Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2872/2024 29.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X3 1.47 ha torpaq sahəsinə dair verilmiş JN-9068 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi və cavabdeh Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 1.47 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair çıxarışın və plan və ölçü sənədinin hazırlaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə beş nəfərdən ibarət iddiaçının ailəsinə Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə verilmiş JN-2126, KOD 30209048 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə tanınır.Göstərilən torpaq sahəsi onlara ayrıldığı 1997-ci ildən bu günədək istifadəsindədir.2023-cü ildə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə görə mülkiyyətçilərə dövlət tərəfindən verilən subsidiyanın alınması üçün həmin torpaq sahələrinə dair dövlət reyestrindən çıxarış tələb olunduğu üçün o, 2023-cü ilin aprel ayında 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan 1.47 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün hazırlanmasını xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Qusar rayon məhkəməsi tərəfindən 10 avqust 2023-cü il tarixli, G(029)- 352/2023 saylı məktubla cavab verilmişdir ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarınm qeydiyyatında 2-626a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyrimümkündür.Xaçmaz rayon məhkəməsindən əldə etdiyi həmin məhkəmənin 2(067)- 165/2014 saylı 25 sentyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə iddiaçı X2 cavabdeh X6 qarşı iddia tələbi təmin edilərək “Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracını yekunları barədə Y-923 saylı xx.xx.2012-ci il tarixli protokolun, Xaçmaz rayon İcra Şöbəsi ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmlakın alqısatqı müqaviləsinin, Elşad Paşayevin adma işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışın etibarsız sayılsın. Beləliklə, onun və ailə üzvlərinin adına olan JN-2126 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.47 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçüsü sənədinin verilməsinə mane törədən yalnız X2 adına verilmiş JN-9068 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktıdır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2- 9288/2023 saylı məktubunda qeyd edildiyi kimi N.M.Məmmədovun adma olan həmin dövlət aktı Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-626a/2006 saylı qətnaməsinə əsasən işlənmiş, göstərilən qətnamə isəQusar rayon məhkəməsində qeydiyyatdan keçməyən “qətnamə”dir. Yəni həmin dövlət aktı mövcud olmayan (saxta) qətnamə əsasında verilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verilmiş məktublarda bildirmişdir ki, “sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-2126 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.47 ha torpaq sahəsinin faktiki yeri vahid məlumat bazasında (DWG) dövlət reyestrindən digər şəxsin adma verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisi ilə kəsişir. Həmçinin, İddiaçı və ailə üzvlərinin adına olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən JN- 2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1.47 ha torpaq sahəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 626a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adma 1.47 ha torpaq sahəsinə verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir. Əlavə olaraq bildiririk ki, X2 adma olan 1.47 ha torpaq sahəsinə verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dairdövlət aktı” xx.xx.2012-ci il tarixli, Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə və xx.xx.2012-ci il tarixli, Y-932 nömrəli Hərracın yekunları barədə protokola əsasən X4 adına dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli çıxarış işlənmişdir.Qeyd edirik ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-165/2014 sylı qətnaməsinə əsasən X4 adma işlənmiş xx.xx.2012-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli çıxarış ləğv edilmişdir”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsini o, iddiaçıdan pul müqabilində əldə etmişdir. Belə ki, iddiaçı övladının müalicəsi ilə bağlı ona həmin torpağı satmış, lakin övladını xarici ölkəyə müalicəyə aparılması ilə bağlı vaxt olmadığından alqı-satqı müqaviləsini rəsmiləşdiriməmişdir. Sonradan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddiaçı sənədlərin düzgün rəsmiləşdirməməsini əsas gətirərək hüquqlarından sui-istifadə edir və onun mülkiyyətində olan torpaq sahəsinin qeydiyyatını ləğv etdirmək istəyir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-9288/2023, xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2- 6724/2023 nömrəli imtina məktublarının surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surəti, JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surəti, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3- 02/2-6440/2024 nömrəli məktubu, Qusar Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, G(029)-352/2023 nömrəli məktubu, “Öhdəliklərin verilməsi haqqında” 01 nömrəli, xx.xx.2008-ci il tarixli müqavilənin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-9288/2023, xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-6724/2023 nömrəli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin adına JN-2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 1.47 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən JN-2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən adına mülkiyyət hüququna dair çıxarış almaq istədikdə onlara məlum olmuşdur ki, dövlət reyestrindən digər şəxsin adına dövlət aktı işlənilərək rəsmiləşdirilmişdir. İddiaçı X1 adına 1.47 ha torpaq sahəsinə dair JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxslərin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəfindən Qusar Məhkəməsinin mövcud olmayan qətnaməsinin əsasında torpaq sahəsinə üzərində mülkiyyət hüququnun yaranmasının qanunsuz olmasına münasibətdə məhkəmə qeyd edir ki, üçüncü şəxs tərəfindən torpaq sahəsinə çıxarışın alınması və buna dair etirazının olmaması onun iradə ifadəsini nümayiş etdirir. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsinin 3-cü şəxsin istifadəsində 10 ildən artıq 3-cü şəxsin faktiki sahiblliyində olması və həmin sahənin geri qaytarılması ilə bağlı hər hansı bir tələbinin olmaması yuxarıda qeyd olunan razılıq əlamətinin olmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə 3-cü şəxsin 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X3 1.47 ha torpaq sahəsinə dair verilmiş JN-9068 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi və cavabdeh Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 1.47 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair çıxarışın və plan və ölçü sənədinin hazırlaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2872/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2872/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver