Məhkəmə qərarları › İş №2-1(118)-2888/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2888/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2888/2023 13.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2-1(112)-3431/2023 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə aidiyyətinin müzakirə edilməsi üçün tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə prosesinə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə inzibati orqanın yerləşdiyi məhkəmənin ərazi yurisdiksiyasına bağlı oluduğundan inzibati iş İPM-nin 8.1.2ci maddəsinin tələblərinə əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından (səh. 3) görünür ki, iddiaçının yaşayış ünvanı ünvan 1ahisə hərbi qulluqçu ilə inzibati orqan arasında olduğundan, yəni iddiaçının yaşayış yeri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı oluduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-2888/2023 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar