Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-289/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istifadədə olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istifadədə olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İmtinanın əsası kimi hüquqmüəyyənedici sənədlərin əslinin, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə qəbzin təqdim edilməməsi göstərilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İİ qrup Qarabağ əlili İddiaçı Sumqayıt şəhəri 13- cü mikrorayon ərazisində istifadədə olan sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyektinin üzərində hüquqların qeydiyyata alınması üçün xx xxxx 2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciət ərizəsinə hüququn qeydiyyata alınmasına əsas olan sənədləri - torpaq sahəsinin ayrılması barədə qərarların surətini, sxematik planı əlavə edilmişdi. Lakin, Cavabdeh xx xxxx 2020-ci il tarixli bildirişlə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh imtina bildirişində qeyd etmişdir ki, qeyriyaşayış binasına dair hüquqmüəyyənedici sənədlər-tikintiyə icazə verilməsi barədə qərar, tikinti -lahiyyəsinin memarlıq planlaşdırma bölməsi əlavə edilməmişdir. Bundan başqa imtina da qeyd etmişdir ki, daşınmaz əmlaka yerində baxış təmin olunmamışdır. İddiaçı hesab edir ki, Cavabdeh obyekt üzərində hüquqların qeydiyyatından imtina edilməsi barədə bildirişi əsassızdır. İddiaçı Azərbaycan Respublikasının işğal olunmuş torpaqları uğrunda gedən döyüşlərdə vuruşmuş və yaralanmışdır. Hal-hazırda İİ qrup Qarabağ əlilidir. Bunları nəzərə alaraq ona Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində Memarlıq və Şəhərsalma idarəsinin təklifini nəzərə alaraq Sumqayıt şəhər İcra başçısının xx xxx 2000-ci il tarixli qərarı ilə mağaza tikmək üçün 40 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Qeyd edir ki, həmin qeyri yaşayış binasını o vaxtdan istifadə olunur və o müəssisənin öz vəsaiti hesabına genişləndirilmişdir. Hal-hazırda ümumi sahəsi 94.0 kv.metrdir. Hal-hazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirilir. Lakin, qeyri-yaşayış binası inşa edilsə və uzun müddətdir ki, etirazsız təyinatına görə istifadə edilməyə başlasa da ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur. Torpaq Məcəlləsinin 58-ci maddəsinə görə torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmişöhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240-cı maddəsinə görə torpaq sahəsinin istifadiçilərinin də şəhərsalma və tikinti normaları və qaydalarını ,habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərtilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçurda bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə əlaqədar 1979-cu ildə” Marks Belçikaya qarşı” işdə şərh verərək göstərir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyindən və orada inşa edilmiş tikili hər hansı şəxslərin qanunla qorunan mənafelərinə toxunmadığından həmin tikiliyə mülkiyyət hüququnun qeydiyyatı rəsmiləşdirilməlidir yaranması faktı müəyyən olunmalıdır. O sözügedən daşınmaz, əmlakdan faktiki olaraq hal-hazırda mülkiyyətçi qismində istifadə edir və tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1 -ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin elmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi, qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul'olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbui edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirilməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmənin təkrar olaraq nəzərinə çatdırıram ki, 1992-ci ildən istifadədə olan, təyinatından kənar istifadə olunmayan tikili üzərində hüququn qeydiyyatı aparılmalıdır.Hüququn qeydiyyata alınmaması qanunvericiliyə ziddir. “İnzibati İcraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası İamınun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya jqııqlarmm dövlət qeydiyyatı (bundan sonra-hüquqlarm dövlət qeydiyyatı) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə lüquqi aktdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına ılınması üçün ərizəyə daşınmaz əmlak, üzərində hüququn qeydiyyatı üçün əsas )lan sənədlər cavabdeh İdarəyə təqdim olunmuşdur. Zvierinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir-ki,mülkiyyətə hər hansı bir nüdaxilə həm də mülanasiblik tələbinə uyğun olmalıdır.Müdaxilə cəmiyyətin imumi maraqlarının tələbləri ilə şəxsin lündimental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. İnzibati Prossesual Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi İəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni əzəldə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib İmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0.004 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinə dair çıxarışın verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciət poçt vasitəsi ilə daxil olmuş və üzərində hər hansı əlaqə nömrələri qeyd edilməmişdir. Bu səbəbdən daşınmaz əmlakın müayinə edilməsi mümkün olmamışdır. Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə barədə qəbz Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacağı İddiaçı bildirilmiş və ona xx xxxxxx 2020-ci il tarixli **********71 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçı məhkəmədən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istifadədə olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddianın mümüknlüyü ilə bağlı qeyd edir ki, iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istifadədə olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Beləki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxx 2000-ci il tarixli, 429 saylı Sərəncamının, inşaat pasportunun, xx xxxx 2017-ci il tarixli aktın kserosürətlərini əlavə etmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər kserosurət olduğuna görə sübut kimi qiymətləndirilə bilməz. Həmin sənədlərin əsli inzibati məhkəməyə təqdim edilmiş olsa idi belə, bu iddianın təmini üçün əsas təşkil edə bilməzdi. Beləki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxx 2000-ci il tarixli, 429 saylı Sərəncamında iddiaçıya 13-cü mikrorayon ərazisində 40 kv.m torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. İddiaçı isə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istifadədə olan torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 94.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. İdiaçı ərizəsində qeyd edir ki, .......həmin qeyri yaşayış binası o vaxtdan istifadə olunur və o müəssisənin öz vəsaiti hesabına genişləndirilmişdir. Hal-hazırda ümumi sahəsi 94.0 kv.metrdir. Lakin iddiaçı 94.0 kv.metr qeyri yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-289/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-289/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver