Məhkəmə qərarları › İş №2-1(118)-289/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-289/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-289/2022 04.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən 400.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri 25-ci məhəllə ünvanında 1.104 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövət qeydiyyatına alınmış, buna dair xx.xx.2007-ci il tarixdə MH 00111159 seriya nömrəli çıxarışa əsasən Hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 2013-cü il tarixdə satılarkən məlum olmuşdur ki, 0.204 ha hissəsi zəbt edilmişdir. 0.81 ha hissəsi alqı-satqı ilə özgəninkiləşdirilmiş, qalan 0.204 ha hissəsi bu günədək cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuşdur. Bunla əlaqədar bu günədək edilən müraciətlər nəticəsiz qalmış, aidiyyəti qurumlar tərəfindən heç bir kompensasiya ödənilməmiş, zəbt olunmuş formada qalmaqdadır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 2011-ci il tarixdə Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmişdir. Ziyanın ödnilməsi il əlaqədar Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günədək heç bir nəticə verməmişdir. İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun rreambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi eyniməzmunlu izahat verərək, bildirmişdir ki, idddiaçının mülkiyyətində olan müvafiq torpaq sahəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəbt edilərək müvafiq yaşayış binası inşa edilmiş və sonradan Quba Rayon İcra Hakimiyyətinin balansına verilməsi onu maddi məsuliyyətdən azad etmir. Ona görə də iddiaçının vəkili və nümayəndəsi hazırkı iddia tələbi üzrə cavabdehin məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin olmasını bildirdi. Qeyd olunanlara əsasən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı yarımbəndi ilə əlilliyi olan şəxslərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Fondun vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz İqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində Nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə X4, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010-cu il tarixdə “Quba şəhərində mədənisosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli X3 tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X4 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Göründüyü kimi Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlil və şəhid ailələri üçün Quba rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binasının yerləşdiyi ərazi Nazirlik tərəfindən zəbt edilməmiş və İddiaçı mənsub olduğu qeyd edilən ərazinin əvəzinə tələb etdiyi maddi təminat Nazirliyə qarşı yönələ bilməz. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1 ci maddəsinə əsasən - inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd olunanları və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinin tələblərinə əsasən sözü gedən inzibati iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya cavabdeh qismində cəlb edilməməli və iddia tələbinin dəyişdirilməsi zərurətinin olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər Quba Rayon İcra Hakimiyyəti və Quba Bələdiyyəsi məhkəmə iclasına gəlməmişdirlər, üçüncü şəxslər məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxslərin nümayəndələrinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyiniprosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11/7-31 saylı 07 fevral 2013-cü il tarixli əmri və 11/9-11 saylı 22 fevral 2013-cü il tarixli sərəncamı ilə Quba şəhəri, 25-ci məhəllə ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 4 mərtəbəli 36 mənzilli yaşayış binası əvəzsiz olaraq Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşayış binasının qəbul barədə yazılmış 118 saylı AVİZO Quba Mənzil İstismar şöbəsi tərəfindən təsdiqlənmişdir. (əsas: AR ƏƏSMN-nin xx.xx.2013-cü il tarixli 11/7-31 saylı Əmr; AR ƏƏSMN-nin xx.xx.2013-cü il tarixli 11/9-11 saylı Sərəncam və AR ƏƏSMN tərəfindən verilmiş AVİZO N-118). Üçüncü şəxs Quba Rayon İcra Hakimiyyəti sorğuya cavabında Quba şəhəri ərazisində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansında olmamasını bildirsə də, müvafiq arqumentini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2307 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 1.014 ha torpaq sahəsindən 0.81 hahissəsi alqı-satqı müqaviləsinə əsasən X1 və həmin hissəyə **********28 reyestr nömrəli çıxarış, plan ölçü işlənmişdir. Yerdə qalan 0.204 ha hissəsi İddiaçı məxsusdur. Yerdə qalan 0.204 ha torpaq sahəsi üzəriində Azərbaycan Respublikası Əmək və Əhalinir Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 2 mərtəbəli mənzil tipli yaşayış binasının 0.0235 hissəsi yerləşir. Bundan başqa torpaq sahəsində həmin binaya məxsus su quyusu, istixana tikilisi, nasosxana və transformator yerləşir. (Qərardadın 4,5,6,7,8 və 9-cu sualları üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022ci il tarixdə daxil olmuş Azərbaycar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qərardadın 4,5,6,7,8 və 9-cu sualları cavablandırılmadığından həmin suallar üzrə tədqiqat aparılmamışdır.). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsində yaşayış binasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi inşa etməsinə baxmayaraq, sonradan Quba Rayon İcra Hakimiyyətinin balansına vermişdir. Nəzərə alınmalıdır ki, hal-hazırda müvafiq yaşayış binası, Quba Rayon İcra Hakimiyyətinin balansında olduğundan hazırki, iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Tikilinin iddiaçıya məxsus torpaq sahəsində aparılmasına baxmayaraq hazırkı iddia tələbi üzrə cavabdeh balanssaxlayıcı olmadığından ona qarşı qaldırılmış iddia mümkün hesab edilə bilməz. Hesab olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikinti aparılan zaman vurduğu real zərərə görə məsuliyyət daşıya bilər.Lakin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi vurulmuş real zərərlə bağlı deyil, torpaq sahəsinin zəbt etməsi ilə bağlı olduğundan həmin sahədən binaya məxsus su quyusunun, istixana tikilisinin, nasosxana və transformatorun çıxarılması balasxlayıcı tərəfindən həyata keçirilməli, çıxarılması mümkün olmadığı tədqirdə isə torpaq sahəsinə görə müvafiq kompensasiya ödənilməsi Quba Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, əmlakın başqa qurumun balansına verilməsi anından həmin əmlak ilə əlaqədar gələcəkdə yarana biləcək risklər əmlakı balansına qəbul etmiş quruma keçir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “400.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar