Məhkəmə qərarları › İş №2-1(118)-2891/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2891/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2891/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı ünvanın etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə İƏD üzrə nümayəndəliyinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, "xxxx" MMC-yə, Quba rayon Polis Şöbəsinə və Siyəzən rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən Siyəzə rayon Məhkəməsinin 2(059)-05/2015 saylı 29.03.201-ci il tarixli qətnaməsinin icrası ilə bağlı rəsmişlədirilmiş ünvan 3 ünvanının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə uyğun olaraq hüquqi yardım göstərildikdən sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə İƏD üzrə nümayəndəliyini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsini tanınmasını xahiş etmişdir. Daha sonra iddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı məhkəmə iclasına dəvət edilmiş və məhkəmə tərəfindən hüquqi yardın göstərildikdən sonra iddiaçının nümayəndəsi Ə.Qonaqov cavabdeh qismində yalnız Quba rayon İcra Hakimiyyətinin saxlanılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(059)-05/2015 saylı qətnaməsinin icrası ilə bağlı borclu X1 yaşayış ünvanı saxtalaşdırılmış və mövcud olmayan ünvan 4irilmişdir. Siyəzən rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun ünvanı qəsdən saxtalaşdırılmış və icranın mümkün olmaması üçün mövcud olmayan bir ünvan göstərilmişdir. Halbuki, borclunun daimi qeydiyyat və yaşayı yeri ünvan 6 ünvanı olmuşdur. Bununla bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Qonaqov iddia tələbini müdafiə etdi və iddia tələbində göstərilənlərə əlavə olaraq izah etdi ki, borclu N.Süleymanovdan pul vəsaitinin tutulmasına dair qətnamə Sumqayıt Apellyasiya Məhkəməsəi tərəfindən ləğv edilərək iddia rədd edilmişdir. Buna baxmayaraq gələcəkdə borclu N.Süleymanova qarşı iddia təmin olunaraq icraya yönəldildikdə bu ünvanın mübahisə yaratmaması üçün iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bikdimədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddianı ona görə qaldırmışdır ki, onun tələbi üzrə pul vəsaitinin borclu N.Süleymanovdan tutulmasına dair icra sənədi mövcud olmayan ünvan üzrə göndərilmiş və icra sənədi icra olunmamış qalmışdır. Lakin sonradan cavabdehin apellyasiya şikayətinə əsasən icra sənədiin verilməsinə əsas olmuş Siyəzən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. Bununla bağlı Siyəzən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün İddiaçı subyektib hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı ünvanın etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar