Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-29/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı “Abşeron rayon Hökməli Bələdiyyəsinin 15.08.2006-cı il tarixli 45 saylı qərarı ilə kənd təsərrüfatı məqsədilə 3.82 ha torpaq sahəsinin X1 mülkiyyətinə ayrılması barədə qərarın ləğv olunmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Hökməli Bələdiyyəsinin 15.08.2006-cı il tarixli 45 saylı qərarı ilə kənd təsərrüfatı məqsədilə 3.82 ha torpaq sahəsinin X1 mülkiyyətinə ayrılması barədə qərarın ləğv olunmasına” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı və cavabdehin nümayəndələri lazımı qaydada xəbərdar edilsələrdə 08 aprel 2021-ci il və 04 may 2021-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmişlər. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil isə elektron ərizə ilə məhkəməyə müraciə edərək mübahisənin məhkəmədənkənar həlli ilə bağlı məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. 03 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında isə tərəflər lazımı qaydada xəbərdar edilsələrdə iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmənin tələblərinə baxmayaraq iddiaçının və digər tərəflərin məhkəmə iclaslarına gəlməməsini məhkəmə iddiaya baxılmasında marağının qalmaması kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinə qarşı “Abşeron rayon Hökməli Bələdiyyəsinin 15.08.2006-cı il tarixli 45 saylı qərarı ilə kənd təsərrüfatı məqsədilə 3.82 ha torpaq sahəsinin X1 mülkiyyətinə ayrılması barədə qərarın ləğv olunmasına” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-29/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-29/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver