Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-290/2020 16.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsinə qarşı “xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı maraqlı tərəflər Azərbaycan Respiblikası Əmlak Məsələləri Dövlət Komitəsinə və ƏƏSMN yanında DSMF-nin Siyəzən rayon şöbəsinə qarşı xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşı cavabdeh kimi DSMF-nin Siyəzən rayon Şöbəsinin cəlb edilməsini və xx.xx.1991-ci ildə istehsalatda aldığı xəsarətlə əlaqədar 60% əmək qabiliyyətini itirdiyi dövrdən ala bilmədiyi müavinətin yəni, peşə xəstəliyi nəticəsində sağlamlığın pozulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müavinətlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-53/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilrək, İddiaçı xx xxxxxxx 2003-cü ildən xx xxxxxxx 2013-cü il tarixinədək əmək xəsarətinə görə ödənilməmiş müavinatın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Siyəzən rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu iul tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-53/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan qəradad ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçənın işlədiyi müəssisəni,yəni “xxxx” İstehsalat Birliyinin Tikinti Müəssiləri Müdriyyətinin özəlləşdirilib-özəlləşdirilməməsi məsələsi araşdırılmamışdır. İnzibati iş məhkəmə icraatına daxil olduqdan sonra qeyd olunan halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası ƏMDK-nə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə sorğular göndərilib müvafiq cavablar alınmışdır. xx.xx.2020-ci ildə keçirilən iclasında iddiaçı iddia tələbini müdafiə etdi və bildirdi ki, o, 1990-cı ildən “xxxx” İstehsalat Birliyinin Tikinti X1 Quşçuluq Fabrikinin TMM-nin anbarında yükləyici işində işləmişdir. 1991-ci ilin 11 yanvarında avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunmuşdur. Hadisə nəticəsində sağ əlinin 4-cü barmağnı amputasiya edilmişdir. Həmçinin onun sol ayağı sağ ayağından 7 sm qısadır. xx xxxxxx 1991-ci ildə TSEK-in qərarı ilə 3-cü qrup əlil kimi ona pensiya təyin edilmişdir. 2011-ci ildən isə 70 % xəsarət dəyməklə 2-ci qrup zəhmət əlili pensiyası təyin edilmişdir. Ona dəymiş zərərin əvəzini almaq üçün dəfələrlə işlədiyi idarəyə, DSMF-nin Siyəzən rayon şöbəsinə müraciət etmişdir. Müraciətilərə imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, onun “xxxx” ASC-də xəsarət almağı ilə əlaqədar heç bir sənəd aşkar edilməmişdir. xx.xx.2020-ci ildə keçirilən iclasında cavabdehin nümayəndəsi Məmmədov RamilVahid oğlu iddianı qəbul etməyərək bildirdiki, iddiaçı özəlləşdirilən və idarə etməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc əvəzi aylıq müavinətin təyin eidlməsi və ödənilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı təsdiq edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “xxxx” İstehsalat Birliyinin Tikinti X2 Quşçuluq Fabrikinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin və qeyd etdiyi məbləğin verilməsinə dair iddianı qəbul etmir. İş materiallarında olan : - iddiaçıya aid AZE N ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1970-ciildəSiyəzən şəhərində anadan olmuşdur. -xx.xx.1991-ci il tarixli aktdan görünür ki, iddiaçı T.Nadirov xx.xx.1991-ci ildə “xxxx” İstehsalat Birliyinin Tikinti X1 Quşçuluq Fabrikinində avtokranın qaldırıcı strelasını qaldıran zaman avtokranın strelası 10 kv-luq gərginlik xəttinə toxunaraq xəsarət alımışdır. -iddiaçının adıan açılmış ИТ-0918662 seriyalı əmək kitabçasından görünür ki, T.Nadirov xx.xx.1986-cı ildən xx.xx.1999-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixədək “xxxx” Tikliən idarənin müdiriyyəti tərəfindən Siyəzən quşçuluq fabrikində işə götürülmüşdür. -TSEK-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, iddiaçıya həmin tarixdən 3cü dərəcəli əlillik verilmişdir. -ƏMDK-nin xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, X4 əsasında yaradılmış “xxxx” ASC-nin səhmləri 2013-cü ilin oktyabr ayında tam olaraq özəlləşdirilmişdir və həmin tarixdən səhmdar cəmiyyəti müstəqil təsərrüfat subyekti kimi fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin xxxx Quşçuluq Fabrikinin əsasənda “xxxx” ASC yaradılmış və həmin səhvdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx.xx.2018-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylqı ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdiirlməsi başa çatmamış dövlət müəssislərinin siyahısı”na xxxx quşçuluq fabrikinin adı daxil edilmişdir. Eyni zamanda sözügedən siyahı AR Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə də göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona istehsalat xəsarətinə görə müavinətin təyin olunmasını xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2018-ciil tarixli 67/134 saylı məktubu ilə imtina edərək, iddiaçının işlədiyi “xxxx” İstehsalat Birliyinin Tikinti X1 Quşçuluq Fabrikinin TMM adının Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 saylı fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylqı ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş ,lakin özəlləşdirlməsi başa çatmamış dövlət müəssislərinin siyahısında olmamasına istinad edərək ona müavinət təyin təyin etməkdən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərinizahatlarınıdinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-53/2019-cu il saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının iddia tələbi qismən təmin edilmiş, lakin qərardan narazı olan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini istəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-438/2019cu il saylı qərardadı ilə müvafiq qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə geri qaytarılmışdır. Yuxarı instansiya məhkəməsinin mövgeyi ondan ibarət olmuşdur ki, «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələr Müdiriyyətinin adı həmin qərarda qeyd olunmadığı üçün ona aylıq ödəncin verilməməsi barədə cavabdeh birinci instansiya məhkəməsinə etirazını bildirmiş, lakin birinci instansiya məhkəməs qərarında Əmlak Məsələlləri Dövlət Komitəsindən aldığı məktubu əsas gətirərək, “Siyəzən- Broyler” quşçuluq fabrikinin adının özəlləşdirilən müəssisələrin siyahısına daxil edilməsini əsas kim göstərmişdir. İddiaçı işlədiyi müəssisənin adı «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələri Müdiriyyətidir və bu müəssisənin adı qeyd olunan özəlləşdirilən müəssisələrin siyahısında yoxdur. Birinci instansiya məhkəməsində işə baxılarkən bu hal nəzərə alınmamış, cavabdehin bu dəlilini yoxlamaq üçün heç bir tədbir görülməmiş, məhkəmə cavabdehin bu dəlilinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə iddiaçının işlədiyi müəssisənin, yəni «xxxx» İstehsalat Birliyinin Tikinti Müəssisələri Müdüriyyətinin özəlləşdirilib-özəlləşdirilməməsi məsələsini araşdırmamışdır, halbuki bu məsələnin aydınlaşdınlmasının mübahisənin düzgün həlli üçün böyük əhəmiyyəti vardır. Yuxarı instansiya məhkəməsinin müvafiq tövsiyyəsinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1384 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin “xxxx” quşçuluq fabrikinin bazasında “xxxx” ASC yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 05-1/8896 nömrəli məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilən siyahıya “xxxx” ASC-nin də adı daxil edilmiş və qeyd edilən müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsinə dair həmin Nazirliyə məlumat verilmişdir. “xxxx” ASC-nin dövlət mülkiyyətində olan səhmlərinin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixində başa çatmışdır. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********784900 saylı məktubundan görünür ki, Azərquşçuluq Sənaye Dövlət Şirkətinin bazasında yaradılmış hüquqi şəxs barədə idarədə olan reyestrdə “Azərquşçuluq Sənaye Dövlət Şirkəti” adlı kommersiya qurumu aşkar edilməmişdir. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı ilə itehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş müəyyən kateqoriya şəxslərin hüquqları dövlət təminatı altına alınmışdır. Məhkəmə hesab edir ki, özəlləşdirilməyə çıxarılmış dövlət müəssisəsində işləmiş şəxsin hüquqları mülki qaydada baxılan məhkəmə qərarları ilə bərpa olunmadığı halda bu hüquqların dövlət təminatı əsasları ilə tələb edilməsi əaslı olmuş və bu nöqteyi nəzərdən iddiaçı dövlət təmianı olan kimi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı ilə tanınan hüquqlardan istifadə etməlidir. Lakin həmin Fərmanın 5.1-ci maddəsinə əsasən tələb olunan müavinət x xxxxxxx 2003cü il taridən əvvələ şamil oluna bilməz və dövlət təmiatında olan dövlər həmin tarixdən sonrakı dövrə aiddir. Həmin dövrdən əvvəlki tələblər mülki qaydada tələb oluna bilər. Ona görə də iddiaçının x xxxxxxx 2003-cü ildən əvvəlki dövrə olan iddiası cavabdeh inzibati orqandan tələb edilə bilməz. Həmin dövrlərə aid tələblərə dövlət təminatı mövcud deyil. Beləliklə, məhkəməbeləqənaətəgəlirki, iddiaqismən təminedilməlivə İddiaçı Tahir oğluna x xxxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək əmək xəsarətinə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Siyəzənrayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Tahir oğluna xx xxxxxxx 2003-cü il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək əmək xəsarətinə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-290/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-290/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver