Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2901/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 Rafayıl oğlunun, üçüncü şəxslər X5, X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilk öncə məhkəməyə ərizə ilə müraciət edərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin və Şamaxı rayon Aqrar islahat komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı qərarının və onların əsasında X8 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi X11 iddia tələbinə dəqiqləşdirmə verərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmri ləğv edilmişdir. X1 və X6 tərəfindən verilmiş onları zəruri zəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsi haqqında ərizə ilə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2022 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmənin sözügedən qərarı ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə dəqiqləşdirmə verərək, səlahiyyəti olmayan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X16 1991-ci ildə Şamaxı rayonu Nağıaxana / keçmiş Kirovka/ kəndində fərdi yaşayış evi almışdır. Anası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar qardaşı X3 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında istirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur. Evin texniki pasportu olmuş lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş qardaşı X12 adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, evin texniki pasportunda anasının adının üstündən xətt çəkilərək qardaşı Ağahəsənin adı qeyd olunmuşdur. Bu sənədlərin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə Arxivə, Nağaraxana icra nümayəndəliyinə DƏDRX, Daşınmaz əmlakın kadastrı və ünvan reyesri xidməti “Kadastr və yerquruluşu lahiyə-tədqiqat Mərkəzi “ MMC-yə sorğular verlər. İcra mümayəndəliyi və Arxiv idarəsi sənədlərin onlarda olmadığını bildirərək ona sənəd təqdim etməmişlər. DƏDRX-in 14 saylı şamaxı ərazi iarəsi müəyyən məlumatları özündə əks etdirən arayış verdi. Daşınmaz əmlakın kadastrı və ünvan reyesri xidməti “Kadastr və yerquruluşu lahiyətədqiqat Mərkəzi “ MMC isə ümumiyyətlə cavab verməkdən imtina etdi. Bu səbəbdən onlar torpaq sahəsinin və evin qardaşı X8 adına hansı qaydada keçirilməsini müəyyənləşdirə bilməmişlər. Lakin İcra nümayəndəliyinin onlara göndərdiyi arayışdan görünür ki, bu sənədləşmə tamamilə saxta yolla aparılmışdır. Torpağın, evin əvvəlcədə anası Sənubərin adına olması mübahisə mövzusu deyil. Çünki, icra nümayəndəsinin verdiyi əmrin surətindən torpağın anaları Sənubərin adına olması müəyyən olunur. Sorğuya verilən 211 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, torpaq sahəsi anasının vəfatından sonra sonra qardaşının müraciətinə əsasən onun məlum olan yeganə vərəsəsi kimi Ağhəsənin adına keçirilmişdir. Əmrin saxtalığı elə buradan görünür. Əgər anası xx.xx.2000-ci il tarixdə vəfat etmişsə, əmr 04 mart 1995-ci il tarixdə necə verilə bilərdi?. İkincisi, ümumiyyətlə belə bir əmri verməyə İcra nümayəndəsinin səlahiyyəti var idimi? Bunun üçün torpaq ev alqısatqı olunmalı və ya bağışlanmalı idi. Ev Ağahəsənin adına qeydə alınandan sonra torpaq sahəsi də ona istifadə hüquqları əsasında verilməli idi. Bunlar isə hamısı notariat orqanında həll olunmalı məsələlərdir. DƏDRX-də isə hər hansı müqavilənin olması aşkarlanmadı. Belə çıxır ki, bütün bu sənədlər ananın ölümündən sonra hazırlanıb, saxta yolla hazırlanaraq əvvəlki tarixlərə qeyd olunmuşdur. Bu səbəbdən də İcra nümayəndəsinin sözügedən əmri və Aqrar islahat komissiyasının həmin torpaqla bağlı verdiyi 29 may 1998-ci il tarixli 08 saylı qərarı ləğv olunmalıdır. Bunun əsasında X8 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin etibarsız hesab edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə prosesində cavabdehin nümayəndəsi X13 izahat verilərək bildirmişdir ki, mübahisə edilən qərar Nağaraxana (keçmiş Kirov) kənd nümayəndəliyi tərəfindən əsassız olaraq verilmişdir. Belə ki, həmin qərarı verən icra nümayəndəsinin rəhbəri hal-hazırda həmin nümayəndəlikdə müavin işləyir və onun dediyinə görə torpaq sahəsinin X8 adına keçirilməsinə səbəb anasının vəfatı ilə əlaqədar olmuşdur. Halbuki, ona sonradan məlum olmuşdur ki, Ağahəsən Rəsulov anasının ölməsini ona yalan demiş və anası həmin qərar verildikdən 5 il sonra vəfat etmişdir. Göründüyü kimi mübahisə predmeti olan qərarın qəbul edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin həmin qərarı ləğv etmək səlahiyyəti yoxdur. Ona görə də cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 Rafayıl oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə iddianın mümkünlüyü şərtinə əməl etməyərək iddia tələbini icraata qəbul etmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı mübahisəli torpağın hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə qardaşı-X8 adma keçirilməsindən, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-210 saylı 41011018 kodlu Şəhadətnamənin verilməsindən (belə ki, qeyd olunan şəhadətnamənin birinci nüsxəsinin əslidə iddiaçıda saxlanılır), evin texniki pasportunda analarının adının üstündən xəti çəkilərək qardaşı-X8 adının qeyd edilməsindən elə həmin vaxtdan məlumatlı olmuş və bununla bağlı mərhum qardaşına qarşı hər-hansı iddiası olmamışdır (ən azından analarının vəfatmdan sonra bununla bağlı iddia qldırmaq imkanı olsada iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir).Lakin, işən baxan məhkəmə nəinki, iddiaçının İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, hətta, cavabdehin imtinasının olub-olmamasını yoxlamadan iddia tələbini mümkün hesab etmişdir. Çünki, məhz iddiaçının vermiş olduğu iddia ərizəsində görünür ki, mübahisəli torpaq sahəsi 1995ci ildə qardaşı-X8 adına keçirilərkən bundan məlumatlı olmuş və bununla bağlı hər hansı bir iddia tələbi olmamışdır. Həmin vaxt iddianın qaldırılacağı halda məhkəmə araşdırması Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağanıxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov tərəfindən xx.xx.2021-ci il tarixində 211 nömrə ilə verilmiş heç bir sənədə əsaslanmayan cavab məktubuna görə deyil, məhz ərazi üzrə nümayəndəlikdə mövcud olan sübutlar əsasında araşdırıla bilərdi.İkincisi, iddia ərizəsində göstərilir ki, ümumiyyətlə İcra Nümayəndəsinin belə bir əmr verməyə səlahiyyəti olmamışdır.Qeyd edilir ki, həmin vaxt qüvvədə olan yerli icra hakimiyyətləri haqqında qanunvericilikdə müvafiq sərəncam və əmrlərin verilməsində icra hakimləri və onun ərazi üzrə nümayəndələri tam səlahiyyətli olmuşdur. Daha sonra isə, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirov ka) inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 mart 1995-ci il tarixli 04 saylı əmrində iddiaçının anası Sənubər Xəlilovanm vəfatı ilə əlaqədar torpaq sahəsinin onun adından silinərək X8 adına keçirilməsi barədə heç nə göstərilməmişdir. Əmrdə göstərilir ki, mübahisəli torpaq sahəsi Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci paraqrafına görə Sənubər Xəlilovanm adından silinərək X8 adına keçirib, bu isə məhz Sənubər Xəlilovanm sağlığında vermiş olduğu ərizə əsasında həyata keçirilə bilərdi. Bunu isə, həmin vaxt Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcüd olmuş ərizələrin qeydiyyatı kitabına baxış keçirməklə belə müəyyən etmək mümkündür. Yəni mübahisələndirilən əmrdə Sənubər xanımın vəfatı ilə toıpaq sahəsinin X8 adına keçirilməsi barədə hecnə göstərilmir. Əksinə həmin vaxt qüvvədə olan və əmrdə də istinad olaunan Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci paraqıafında da göstərilir ki, torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdİkdə torpaq üzərində mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilə bilər. Qeyd olunan kitabın saxlanımaması və ya arxivə verilməməsi heç bir halda qeyd olunan əmrin ləğvi üçün əsas ola bilməz. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Həsənov tərəfindən xx.xx.2021-ci il tarixində 211 nömrə ilə verilmiş cavab məktubunda göstərilənlər isə, Vahid Həsənovun həmin vaxt Nağaraxan kənd (keçmiş Kirovka) inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi olmaması səbəbidən və onun məktubunda göstərdiyi “Xəlilova Sənubərin vəfat etməsi barədə nümayəndəliyə X8 müvafiq sənədləri təqdim etməklə bildirməsi” barədə fikirləri heç bir sənədə əsaslanmadığından onun, məhkəməni çaşdırmağa yönəlmiş mülahizələrindən başqa bir şey deyil. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 Rafayıl oğlu eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər X5, X4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi tələbi barədə” iddiası mümkün sayılmamalıdır. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Hazırkı iddlianm xüsusi mümkünlük şərtlərindən biri olan “iddia qaldırmaq səlahiyyəti” ilə bağlı qeyd edirik ki, İddiaçı bu iddianı qadrrmaq üçün subyektiv hüququ yoxdur. Mübahisələndirilən əmr iddiaçının heç bir hüquq və qanuni mənafeyinə toxunmur, Şamaxı rayonu, Nağaraxana kəndində (keçmiş Kirovka) yerləşən 0,24 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı həmin torpağı öz vəsaiti hesabına almamış, torpağın alınmasında, habelə torpaq sahəsi üzərində hazırki vəziyyətdə mövcud olan fərdi yaşayış evinin inşasında iştirak etməmişdir. Həmin torpaq sahəsini öz vəsaiti hesabına mərhum Ağahəsən Xəlilov almış, daha sonra isə yenə də öz vəsaiti hesabına torpaq üzərində 5 otaqlı fərdi yaşayış evini inşa etdirmişdir. Qeyd olunan bu hal elə həmin ünvan üzrə kommunal xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilələrlə təsdiq olunur. Belə ki, həmin müqavilələrdə abonent kimi mərhum Ağahəsən Xəlilovun adı qeyd olunmuşdur. Bundan başqa, Nağaraxana kəndi (keçmiş Kirovka) üzrə 04 saylı təsərrüfatbaşma kitabında da 331 şəxsi hesab nömrəsində qeyd edilmiş 0,24 ha torpaq sahəsinin mərhum Ağahəsən Xəlilov tərəfindən alındığı qeyd olunmuşdur (icra nümayəndəliyinin məktubiarı, kommunal ödənişlər barədə sənədlər etiraza əlavə olunur). Bundan başqa, işdə olan sənədlərdən göründüyü kimi, İddiaçı anası Sənubər Xəlilova 2000-ci ildə vəfat etmişdir. Lakin həmin vaxtdan hazırki inzibati iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilənədək (xx.xx.2022-ci il) İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmiş, belə bir şəhadətnamə almamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.Əgər şərti olaraq İddiaçı iddia ərizəsində göstərdiklərini və məhkəmə iclaslarında verdiyi məlumatları həqiqət kimi qəbul etsək, yenə də o, anasının ölümündən sonra, birinci növbəli vərəsə olaraq mübahisəli torpaq sahəsinin mərrhumuo adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (arayış) rəsmilləşdirilməsi proseduruna başlamaq üçün yenə də notariat orqanına yazılı şəkildə müraciət etməmişdir.İddiaçı, həmçinin mərhum anası Sənubər Xəlilovadan miras qalmış həs hansı əmlakı faktiki olaraq da qəbul etməmiş, mirasın qəbulu müddətinin uzadılması üçür məhkəməyə müraciət etməmişdir (Şamaxı Rayon Məhkəməsinin məktubu etiraza əlavə olunur) İddiaç, İddiaçı hazırki iş üzrə 2023-cü ilin iyun ayının 06-a və 16-ı tarixli məhkəm. iclaslarında verdiyi izahatlarda da mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş evdə yaşamadığını təsdiq etmişdir.Hazırkı etiraza əlavə olunmuş evin videoientə alınmış görüntülərindən görünür ki, dəhliz də daxil olmaqla (üst hissə) 5 otaqdan ibarət həmin fərdi yaşayış evində yalnız və yalnız mərhum Ağahəsən Xəlilova məxsus geyim əşyaları mövcuddur. Mərhum həmin evə yay aylarında gələrək orada dincəlmişdir. Ev və məişət əşyalarının azlığı da bir daha onu təsdiq edir ki, orada daimi yaşayış olmamışdır, iddiaçının dediyi kimi, ev və torpaq sahəsi Sənubər Xəlilovanın bütün vərəsələri tərəfindən istifadə olunmamışdır. Bütün bu göstərilənlər onu təsdiq edir ki, Şamaxı rayonu, Nağaraxana kəndində (keçmiş Kirovka) yerləşən 0,24 ha torpaq sahəsini mərhum Ağahəsən Xəlilov öz vəsaiti hesabına alaraq, anası Sənubər Xəlilovanın adına qeydə aldırmış, yenə də öz vəsaiti hesabına torpaq üzərində fərdi yaşayış evini inşa etdirmişdir. Həmin torpaq sahəsi ilə bağlı Nağaraxana kənd İcra nümayəndəliyinin xx.xx.21995-ci il il tarixli əmrinin verilməsi İddiaçı hüquq və qanuni mənafelərinə toxunmur. Belə olan halda hesab edilir ki, İddiaçı, hazırki iddianı irəli sürmək üçün subyekti hüquqa malik deyil. Yəni hazırki iddia bu iddia üçün tələb olunan xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq səlahiyyət) cavab vermir.Ona görə də iddia mümkün sayılmamalıdır. Hazırkı iddiianın digər xüsusi mümkünlük şərti isə iddia qaldırmaq müddətinə aiddir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Şamaxı Rayon icra Hakimiyyətini qarşj “Şamaxı Rayon icra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati əraz dairəsi üzrə nümayendəsininin xx.xx.1995-ci il tarixdə qəbul etdiyi əmrin ləğv edilməsi ilə bağ! xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir, İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçının anası X16 1991-ci ildə Şamaxı rayonu Nağaraxana (keçmiş Kirovka) kəndində fərdi yaşayış evi almışdır. Sənubər Xəlilova xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar iddiaçının qardaşı X2 Respublikasında olmuşdur. Anası vəfat etdikdən sonra da həmin ev yay vaxtlarında İstirahət etmək məqsədilə bütün vərəsələr tərəfindən istifadə olunmuşdur Evin texniki pasportu olmuş, lakin dövlət qeydiyyatına alınmamışdır. Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş iddiaçının qardaşı Ağahəsən Xəlilovun adına keçirilmiş, onun adına JN-210 saylı 41011018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, evin texniki pasportunda anasının adının üstündən xətt çəkilərək qardaşı Ağahəsanin adı qeyd olunmuşdur. Bu sənədlərin hansı qaydada aparılmasını müəyyənləşdirmək məqsədilə müvafiq dövlət orqanlarına sorğular verilmiş və cavablar alınmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsinin icra nümayəndəliyinin əmri ilə qardaşı Ağahəsən Xəlilovun adma sənədləşdirilməsi barədə uzun müddət bundan əvvəl (“Torpaq hələ 1995-ci ildə icra nümayəndəliyinin əmri ilə 1970-ci illərin axırlarından Qazaxstanda yaşamış və Qazaxstan vətəndaşı olmuş qardaşımız X8 adına keçirilmişiddia ərizəsjnm 1-ci abzası) məlumatı olmuşdur. Lakin o, həmin əmri keçən müddət ərzində mübahisələndirməmişdir. Ağahəsən Xəlilov xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra, İddiaçı ona məlum olan əmrin hansı əsaslarla verilməsi barədə sorğular vermiş, daha sonra isə məhkəmədə iddia qaldırmışdır.......Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxslər X5, X4 nümayəndəsi və vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X23 rayon filialı tərəfindən təqdim edilmiş Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) yerli Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokoluna əsasən həmin kənddə olan subyektlərə torpaq sahələrinin paylanması qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin vəkilinə təqdim edilən **********669 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, JN-210 saylı 41011018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X12 adına işlənilmiş və şəhadətnaməyə əsas olmuş hüquqi akt Şamaxı rayon Nağaraxana kənd (keçmiş Kirovka) yerli Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı iclas protokolu olmuşdur. Hesab edilir ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrin hüquqi nəticələri olacağı tədqirdə, yəni həmin əmrin əsasında mərhum Ağahəsən Xəlilovun adına dövlət şəhadətnaməsi verilmədiyinə görə əmrin mübahisələndirilməsi üçün İddiaçı subyektiv hüququ yaranmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 04 saylı 30 mart 1995-ci il tarixli əmr ona görə mübahisələndirilirdi ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı DT XK tərəfindən JN 210 kod 41011018 nömrəli şəhadətnamə verilmişdir və həmin şahadətnamə əsasında mübahisə predmeti olan torpaq sahəsinin üzərində mərhum qardaşı olan Ağahəsən Xəlilovun mülkiyyət hüququ yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 210 kod 41011018 nömrəli şəhadətnamənin verilməsi üçün əsas yerli Aqrar İslahat Komissiyasının 20 aprel 1998-ci il tarixli 14 saylı protokolu olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmadığına görə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “səlahiyyəti olmaan qurum Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd (keçmiş Kirovka) inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qəbul etdiyi 30 mart 1995-ci il tarixli 04 saylı əmrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2901/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2901/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver