Məhkəmə qərarları › İş №2-1(118)-2902/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2902/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2902/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: interpolda axtarışda olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AC seriyalı, 075115 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, **-SF-*** dövlət qeydiyyat nişanlı, “Opel Vivaro” minik markalı, 2008-ci il buraxılışlı, W0LF7BHA68V664305 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsi Əliyev Tural İzəddin oğlunun sahibliyindədir.

2. Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/18 nömrəli icra vərəqəsindən görünür ki, Əliyev Tural İzəddin oğlundan 20 avqust 2013-cü il tarixli, 1246 saylı kredit müqaviləsi üzrə 6.549,75 ABŞ dolları əsas borc, 872,09 ABŞ dolları məbləğində faiz borcu, 150 ABŞ dolları məbləğində əldən çıxmış fayda cəmi 7.571,84 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus “Opel Vivaro” yük markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 28 iyul 2022-ci il tarixli, 74 nömrəli protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/2018 saylı icra vərəqəsi və Xətai rayon icra şöbəsinin 10 iyun 2022-ci il tarixli, xx/xx-21934/19 saylı sifariş məktubu əsasında keçirilmiş hərracda Əliyev Tural İzəddin oğluna məxsus **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı satılmışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon İcra X5 Nazirliyi Baş X8 İdarəsinə göndərilmiş 28 iyul 2022-ci il tarixli, xx/xx- 219434/19 nömrəli məktubundan görünür ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(011)- 5576/2018 nömrəli icra vərəqəsinə əsasən Əliyev Tural İzəddin oğluna məxsus “Opel Vivaro” markalı, **-SU-*** (**-SF-***) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalıdır, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməlidir. Sözügedən avtomobil İddiaçı tərəfindən əldə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq **-SU-*** (**-SF- ***) dövlət qeydiyyat nişanlı “Opel Vivaro” markalı avtomobilin üzərindən bütün məhdudiyyətlərin götürülüb, onun alıcı İddiaçı adına rəsmiləşdirilərək müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Bundan əlavə, həmin nəqliyyat vasitəsi üzərində olan axtarışın və bütün məhdudiyyətin götürülməsinə göstəriş verilməsi xahiş olunmuşdur.

5. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 9 oktyabr 2023-cü il tarixli nömrəli qərardan görünür ki, X3 “Opel Vivaro” minik markalı, 90-SU-l15 dövlət qeydiyyat nişanlı, W0LF7BHA68V664305 ban nömrəli, ağ rəngli, 2008-ci il buraxılışlı avtomobilin İsveç Krallığından oğurlanması fakt üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-13-16/2-M-146476 nömrəli məktubundan görünür ki, “OPEL VİVARO” markalı, ban nömrəsi: W0LF7BHA68V664305 olan avtomobil İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyasına əlavə edilmişdir. Odur ki, məhkəmədə həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 20 aprel 2024-cü il tarixli, 3-13-16/2-59043/2024 nömrəli məktubu ilə “X9” markalı **- SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı qoşma ilə göndərilmişdir. Çıxarışda olan məlumatlara əsasən: Nömrə nişanı: 90SF846 Şəhadətnamə: AC061846 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2013 Markası: X9 B/ili: 2008 Rəngi: AĞ Ban: W0LF7BHA68V664305 Maksimal kütlə: 2940 Yüksüz kütlə: 1940 M.İ.H: 1995 Sahibi: ƏHMƏDOV EYYUB XALİQ OĞLU Sahibinin qeydiyyat ünvanı: Bakı şəh.Nəsimi r-nu S Rüstəm к ev5, Qeydiyyat üçün əsas: GÖMRÜK VƏSİQƏSİ-493381 ANGİ Qeyd: A/S QEYDİYYATDAN ÇİXİB Alqı satqı müqaviləsi BDYP QEYDİYYATDAN ÇİXMA TARİX xx.xx.2013 Nömrə nişanı: 90SF846 Şəhadətnamə: AC012943 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2013 Markası: X9 B/ili: 2008 Rəngi: Ağ Ban: W0LF7BHA68V664305 Maksimal kütlə: 2940 Yüksüz kütlə: 1940 M.İ.H: 1995 Sahibi: ƏLİYEV TURAL İZƏDDİN OĞLU Sahibinin qeydiyyat ünvanı: Bakı şəh.Xətai r-nu R Bağırov к ev28/10, Qeydiyyat üçün əsas: ALQİ SATQİ MÜQAVİLƏSİ BDYPİ BAKİ Qeyd: İPOTEKA MÜQAVİLƏSİNƏ ƏSASƏN ÖZGƏLƏŞMƏSİN YUNAYTED KREDİT BANK ASC NƏRİMANOV F. Xüsusi qeyd: T/V 1 Etibarnamə ilə: KƏRİMOV RƏŞAD MÖHÜBBƏT OĞLU xx.xx.2013 xx.xx.2020 - Qüvvədən düşüb xx.xx.2020 1 Etibarnamə ilə Ünvanı: BAKİ RƏSULZADƏ QƏS, STROYDETAL KÜÇ, 4 A, 1 Etibarnamənin hüquqi əsası: Nəqliyyat vasitəsindən istifadə hüququ QEYDİYYATDAN ÇİXİB Nömrə və qeydiyyat şəh.dəyişmə QEYDİYYATDAN ÇİXMA TARİX xx.xx.2013

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(011)- 5576/2018 nömrəli məktubundan görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh Əliyev Tural İzəddin oğuna kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İcranın nəticəsi barədə məlumat məhkəməyə daxil olmamışdır.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 1 may 2024-cü il tarixli, 3-13-25/2-5751/2024 nömrəli məktubundan görünür ki, VİN: W0LF7BHA68V664305 olan “Opel Vivaro” markalı avtomobillin axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Eyni zamanda, bildirilmişdir ki, “Opel Vivaro” markalı nəqliyyat vasitəsinin C010136 mühərrik nömrəsi 1 oktyabr 2008-ci il tarixdə X1rlanmış və 8 noyabr 2015-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmış VİN: VF1K012C72K509689, istehsal ili 2002-ci il olan 107VXP qeydiyyat nişanlı, “RENAULT” markalı nəqliyyat vasitəsinin mühərrik nömrəsi ilə eynilik təşkil edir.

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin 13 may 2024-cü il tarixli, 3-33-3300/2-000347/2024 nömrəli məktubu ilə nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi ilə bağlı mövcud olan sənədlər qoşma ilə göndərilmişdir: bildiriş, Azərbaycan Respublikasının Milli Sertifikatlaşdırma Sistemi “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” tərəfindən verimiş uyğunluq sertifikatı və digər sənədlər (iş materialına əlavə edillmişdir).

11. Bakı şəhər Xətai rayon İcra Şöbəsinin 25 iyun 2024-cü il tarixli, 17/219434D nömrəli məktubu ilə 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/18 nömrəli icra sənədi 3 noyabr 2018-ci il tarixdə Xətai rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Həmin məktub ilə icra işi göndərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (mühərrik nömrəsi C010136) iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Yunayted Kredit Bank” tərəfindən hərrac vasitəsilə satılan “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişdir. Sonradan həmin nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunda olan məlumata əsasən axtarışda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 9 oktyabr 2023cü il tarixli qərarına əsasən cinayət işinin başlanmasından imtina edilmiş və “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (mühərrik nömrəsi C010136) iddiaçıya təhvil verilmişdir. Tərəfindən həmin nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdehin 14 noyabr 2023cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, nəqliyyat vasitəsinin hərracda alınmasına dair bütün zəruri sənədlər təqdim edilməsinə baxmayaraq ona imtina verilmişdir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1, 24.1-ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 14.2-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh orqan sərəncama münasibətdə etirazını bildirməmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müvafiq maddələrinə əsasən, 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin Qeyd hissəsinə görə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

25. Məhkəmə tərəfindən tərəflərə göndərilmiş sərəncama əlavə edilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş”də onların diqqətinə çatdırılmışdır ki, “Məhkəmənin çağırışına gələn şəxs məhkəməyə şəxsiyyətini və səlahiyyətini (nümayəndə və vəkillə təmsil olunduqda) təsdiq edən sənədi təqdim etməlidir.”

26. Məhkəmənin 22 iyul 2024-cü il tarixli iclasında iştirak etmiş özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Nümayəndə iddiaçının oğlu olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, həmçinin, elektron məhkəmə sistemində “şəxsi məlumatlar  qohumluq məlumatları” bölməsində də adı qeyd olunmadığı üçün, izahatı alınmamışdır. Bundan əlavə, elektron məhkəmə sistemində “şəxsi məlumatlar  qohumluq məlumatları” bölməsində Nümayəndə münasibətdə də onun iddiaçı ilə olan qohumluq münasibətlərini təsdiq edən heç bir məlumat mövcud deyildir. MPM-in 69-cu maddəsinin tələbləri nəzərə alınaraq, Nümayəndə məhkəmə prosesində iştirak etsə də, izahatı alınmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29, İ-İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

33. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 18. Mülki hüquqların müdafiəsi üsulları Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.  Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ... 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula,sənədliqiymətli kağızlara və əşyalara tətbiq olunmur.

Maddə 204. Mülkiyyət hüququndan imtina ... 204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir.

35. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 4 . Yol hərəkəti sahəsində dövlət vəzifələri Yol hərəkəti sahəsindədövlətin aşağıdakıvəzifələri vardır: ... 8) nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsinin, dövlət qeydiyyat nişanının vəsürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək; ... 21) nəqliyyat vasitələrinin qeydiyyatını,özgəninkiləşdirilməsinin sənədləşdirilməsini vəonların uçotunu aparmaq, ipoteka müqaviləsinindövlət qeydiyyatınaalınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsini vədövlət qeydiyyat nişanlarınıvermək; ... 26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmişyerlərəaparılmasını vəsahibsiz qalmış əmlakın mühafizəsini, habeləqaçırılmış, oğurlanmışnəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmişyol hərəkəti iştirakçılarının axtarılmasınıtəşkil vətəmin etmək; ... M a d d ə 2 7 . Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasınınərazisindəbütün mexaniki nəqliyyat vasitələri vəonların qoşqularıbu Qanunla vəona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin vəonların qoşqularının müəyyən edilmişqaydada dövlət qeydiyyatından keçirilməsi vədövlət qeydiyyatıüzrəuçota alınmasıhaqqında”Əsasnaməiləmüəyyən edilmişqaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatınəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin vəavadanlığının qəbul olunmuştəhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadəolunmasıvəyaçıxdaşedilməsi zamanıuçot göstəricilərindədəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrinödənilməsi, eləcədənəqliyyat vasitələrinin mərkəzləşdirilmişşəkildəvəregionlarüzrəuçota alınması,avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasınıntəmin edilməsi, həmçinin cinayətkarlığa vədigər hüquqpozmalara qarşımübarizəaparılmasıməqsədi iləhəyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu vəyarımqoşqunun qeydiyyatısahibinin (hüquqi vəfizikişəxslərin) adına, kollektiv mülkiyyətdəolan nəqliyyat vasitələri isəyalnız birşəxsin adına aparılır. Qeydiyyatüzrədaimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinənəqliyyat vasitəsinin dövlət qeydiyyatşəhadətnaməsi vədövlət qeydiyyat nişanlarıverilir. İİ. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatınıAzərbaycan Respublikasının rayon,şəhər vəbölgələrindəaşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm vədahaçox,yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının vəyarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; ... Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasıvədaimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsinin vədövlət qeydiyyat nişanının verilməsiüçün nəqliyyat vasitəsinin sahibi vəya sərəncam vermək hüququ olan digərşəxs bu maddənin ikinci vəüçüncühissələrindənəzərdətutulmuşorqanlara bu Qanunla müəyyən edilmişmüddətdəaşağıdakısənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikasıvətəndaşınınşəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasınınərazisindəəcnəbininşəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayanşəxsinşəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişqaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd vəya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişrüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədəsənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fizikişəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazəsənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığıdövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat vəya tranzit nişanlarını. ... Vİİ.Əvvəl qeydəalındığıdövlətin daimi uçotundançıxarılmadan Azərbaycan Respublikasına gətirilmişnəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazəsənədiəsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyatşəhadətnaməsi vənişanlarıilətəmin olunur, nəqliyyat vasitəsininəvvəlki uçot yerinəAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən edilən müraciətəmüvafiq təsdiqləyici cavab alındıqdan sonra daimişəhadətnaməverilir. Nəqliyyat vasitəsininəvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik vəkonsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci vəüçüncühissələrindənəzərdətutulmuşorqanlara müvafiq konsulşəhadətnaməsi təqdim edilir. ... X. Xarici dövlətlərdəqeydiyyatdançıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətəmüvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndindənəzərdətutulmuşmüvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədəhəmin nəqliyyat vasitələrinin sahiblərinə30 gün müddətinəmüvafiq sənəd verilir. Xİ. Xarici dövlətlərdədaimi qeydiyyatdançıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətəmüvəqqəti gətirilən nəqliyyat vasitələri, onlarıgeriyəqaytarmaq barədəsahibinin verdiyiöhdəçilik vəgömrük orqanlarının verdiyi icazəsənədiəsasında, bu maddənin ikinci vəüçüncühissələrindənəzərdətutulmuşAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibininəcnəbilərüçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikasıvətəndaşıüçün isəbir il müddətindən artıq olmamaqşərti ilə, onunöhdəçiliyi müddətinədövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri vənişanlarımüvəqqəti olaraq saxlanca qəbul olunur vəəvəzindəonlar müvəqqəti dövlət qeydiyyatşəhadətnaməsi vəqeydiyyat nişanlarıilətəmin edilirlər. Respublika ərazisini tərk etdikdəxarici qeydiyyat sənədləri vənişanlarınəqliyyat vasitəsi sahibinəgeri qaytarılır. Xİİ. Xarici dövlətlərdəqeydiyyatdançıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılmasıvəmüvəqqəti uçota alınmasıüçün, onların sahibləri vəya sərəncam vermək hüququ olan digərşəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakısənədləri təqdim etməlidirlər: 1) nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsini; 2) Azərbaycan Respublikasıvətəndaşınınşəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasınınərazisindəəcnəbininşəxsiyyətini təsdiq edən sənədvəya Azərbaycan Respublikasının hüdudlarında istifadəedilməsiüçün vətəndaşlığıolmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişrüsumların vəya vergilərin ödənilməsi barədəsənədi; ... 5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini. Xİİ-İ. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün zəruri olan sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. ... XİV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıqəlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban vəşassi nömrələri, habelə rəngidəyişdirildikdə, aqreqat nömrələrinin vəqeydiyyat məlumatlarının təqdim edilən sənədlərəuyğunsuzluğu, habelənəqliyyat vasitələrinin vəya təqdim edilən sənədlərin axtarışda olmaları barədəməlumatlar mövcud olduqda həmin sənədlər vənəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyatüzrədaimi vəya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsinin vəya dövlət qeydiyyat nişanının verilməsiüçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdətutulmuşsənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. XVİ. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinəimtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. ... M a d d ə 2 8 . Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi İ. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi vəonun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsində ellips işarəsi daxilindəAzərbaycan Respublikasının beynəlxalq yol hərəkətindəfərqlənmənişanı- “AZ”, bu sənədi verən orqanın adı, onun verilmətarixi vəaşağıdakıməlumatlar göstərilir: 1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi - “A”; 2) nəqliyyat vasitəsinin buraxılışili vəya ilk qeydiyyatının tarixi -“B”; 3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adıvəyaşayışyeri - “C”; 4) nəqliyyat vasitəsi istehsalçısının adıvəya markası 78 - “D”; 5) nəqliyyat vasitəsinin mühərrik, ban vəşassi nömrələri, rəngi - “E”; 6) nəqliyyat vasitəsinin icazəverilmişmaksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsiüçün) - “F”; 7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsiüçün) - “G”;8) nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişqaydada məhdudlaşdırılırsa) - “H”. ... İİİ. Nəqliyyat vasitəsi qeydiyyatüzrəuçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsindənəzərdətutulmuşorqan tərəfindən nəqliyyat vasitəsinin sahibinənəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsinin verilməsiüçün Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişməbləğdədövlət rüsumuödənilir. İV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adıdəyişdirildikdə, ona verilmişnəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsi itdikdəvəya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsindənəzərdətutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyatşəhadətnaməsinin dublikatını almaqüçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digərşəxsəvvəlkişəhadətnamənin itirilməsi barədəmüvafiq icra hakimiyyəti orqanına müraciət edir. V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsindənəzərdətutulmuşorqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsindəki yazılarda dəqiqsizliyəyol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsi nəqliyyat vasitəsi sahibindəndövlət rüsumualınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. ... 

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2-1(102)-2262/2019 saylı qərarı: “... Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilmiş avtonəqliyyat vasitəsində olan mühərrikin Rusiya Federasiyasında oğurlanan başqa avtomobilə məxsus olduğu və həmin oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, nəqliyyat vasitəsində olan mühərrik oğurluq (özgənin əmlakını gizli olaraq talama) cinayətinin predmetini təşkil etdiyi üçün, cavabdeh inzibati orqanın avtomobilin gömrük rəsmiləşdirməsindən imtinasının qanuni olduğunu, bu imtinanın inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. ...”

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

“Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

39. Məhkəmə iddiaçının vermiş olduğu izahatını, cavabdeh orqanın imtinasının əsasını, o cümlədən, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını (§ 1-11) araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə qiymət verərək, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2-1(102)-2262/2019 saylı qərarındakı mövqeyini (§ 32-38) də nəzərə almaqla belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

40. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı "xxxx" tərəfindən hərrac vasitəsilə satılan “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmiş, daha sonra həmin avtomobilin adına rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

41. İddiaçı tərəfin tələbinin əsasına görə o, hərrac vasitəsilə satılan nəqliyyat vasitəsini əldə etmiş, sonradan həmin nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunda olan məlumata əsasən axtarışda olduğu müəyyən edilmişdir. Bundan əlavə, cinayət işinin başlanmasından imtina edilmişdir.

42. Cavabdeh orqanın imtinasını əsasında mübahisə predmeti olan avtomobilin İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyasına əlavə edilmiş olması ilə bağlıdır.

43. Məhkəmə araşdırması iddiaçının tələbi və cavabdehin imtinasının dəlilləri əsasında aprılmışdır.

44. Nəticədə müəyyən olunur ki, hazırki işdə iki hal mövcuddur: - avtomobilin İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyasına əlavə edilmiş olması; - iddiaçının vicdanlı alıcı olması.

45. Məhkəmə qeyd edir ki, iddiaçının vicdanlı alıcı olması onun tələbinin predmetinin oğurlanmış əmlak olması faktını dəyişdirmir. İstənilən halda, bu avtomobilin ölkədən kənara çıxarılması mümkün olmayacaq və ya çıxarıldığı halda müsadirə olunacaq. Başqa sözlə, oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, nəqliyyat vasitəsinin oğurluq (özgənin əmlakını gizli olaraq talama) olması cinayətinin predmetini təşkil etməsi halını aradan qaldırmır.

46. Hazırki halda isə avtomobil təkcə oğurluq deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun məktubundan görünür ki, VİN: W0LF7BHA68V664305 olan “Opel Vivaro” markalı avtomobillin axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Eyni zamanda, bildirilmişdir ki, “Opel Vivaro” markalı nəqliyyat vasitəsinin C010136 mühərrik nömrəsi 1 oktyabr 2008-ci il tarixdə X1rlanmış və 8 noyabr 2015-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmış VİN: VF1K012C72K509689, istehsal ili 2002-ci il olan 107VXP qeydiyyat nişanlı, “RENAULT” markalı nəqliyyat vasitəsinin mühərrik nömrəsi ilə eynilik təşkil edir. Bu məlumatlar isə məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 20 aprel 2024-cü il tarixli, 3-13-16/2-59043/2024 nömrəli məktubu ilə “X9” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışında olan məlumatlarla üst-üstə düşmür (§7).

47. İddiaçının həmin avtomobili hərracda alması ilə bağlı məhkəmə bildirmək istəyir ki, “vicdanlı əldə edən” (§34) anlayışı mülki icraatın predmetidir, yəni bərabərhüquqlu münasibətlərə aid olub, inzibati icraat üzrə tərəf olan cavabdehə münasibətdə yoxlanılmalı hal deyildir.

48. Eyni zamanda, iddiaçının iddiasının əsasını təşkil edən yeganə dəlil olduğu üçün məhkəmə aşağıdakıları bildirir.

49. Hazırki işə aid olan hissədə MM-in 182.2-ci maddəsinin tələbinə görə, daşınar əşyanın mülkiyyətçisi ... əşya ondan oğurlanmışsa ..., həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş ... əşyalara tətbiq olunmur.

50. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 9 oktyabr 2023-cü il tarixli nömrəli qərarda qeyd olunmuşdur ki, iddiaçı və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi iləəlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci iltarixli qərarında göstərilmişdir ki, “... Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. ...”

52. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(102)-841/2024 saylı qərarında olan mövqeyə görə “76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.”

53. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

54. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı ““Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (mühərrik nömrəsi C010136) iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar