Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2905/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1967-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Özü birinci qrup əlil, yoldaşı isə ikinci qrup əlildir. Himayəsində sağlamlıq imkanları məhdud olan övladı vardır. 28 iyul 2008-ci ildə birinci qrup imtiyazı nəzərə alınaraq mənzil növbəsinə qəbul olunmuş və o vaxtdan mənzil növbəsindədir. Yaşamağa başqa yeri olmadığından illərdir kirayə yaşayırlar. Bu vəziyyətdən yorulduğu üçün dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin bu müraciətlər heç bir nəticə verməmişdir. Ondan sonra mənzil növbəsinə dayanmış eyni kateqoriyalı şəxslər mənzillə təmin oldunuğu halda, o və ailə üvzləri hələ də mənzillə təmin olunmamışdır. Bununla əlaqədar olaraq 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun vəziyyəti nəzərə alınaraq növbədənkənar mənzillə təmin olunmağında ona köməklik edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə onun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin onu növbədənkənar mənzillə təmin etməsinə dair öhdəliyini icra etməsinə dair ərizəsi təmin edilərək onun növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kifayət qədər vaxt keçməsinə, dəfələrlə müraciət etməsinə baxmayaraq, o hələ də mənzillə təmin edilməmişdir. Maddi durumu çox ağırdır, səhhətində ciddi problemlər vardır, durumları çox acınacaqlıdır. Hər dəfə müracitinə müxtəlif bəhanələr gətirilərək, onun mənzillə təmin edilmə məsələsinə biganə yanaşılmış, onun durumu qətiyyən nəzərə alınmamışdır. Belə ki, müxtəlif vaxtlarda çoxsaylı müraciətlərinə Sumqayıt şəhər İcra Hakimiyyyəti tərəfindən cavab məktublarında (06 yanvar 2021-ci il; 10 mart 2021-ci il; 27 aprel 2021-ci il; 08 may 2021-ci il və s.) ona bildirilmişdir ki, siyahı üzrə 155-ci şəxsdir və onun növbədənkənar mənzillə təmin edilməyi məsələsinı imkan yaranacağı təqdirdə baxılacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı onun növbədənkənar mənzillə təmin edilməsinə dair öhdəliyini icra etməsinə dair iddia ərizəsi təmin edilərək onun növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2018-ci il tarixədək qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. İddiaçı göstərilən maddi hüquq normasına uyğun olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 28 iyul 2008-ci ildə 1-ci qrup əlil imtiyazı nəzərə alınaraq mənzil növbəsinə alınmış və hal-hazırda siyahı üzrə 155-ci şəxsdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdən ev növbəsində olan ümumi xəstəliyə görə 1-ci, 2-ci, 3-cü qrup əlillərə yaşayış sahəsi verməmişdir (bu barədə məhkəməyə rəsmi məktub təqdim edilmişdir). Eyni zamanda Sumqayıt şəhərində dövlət mənzil fonduna aid boş yaşayış sahəsi olmadığından İddiaçı növbədənkənar mənzillə təmin edilməsi mümkün olmamış və məsələyə imkan yaranacağı təqdirdə baxılacağı bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - 165940 saylı, xx.xx.2008-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı birinci qrup əlildir. - 165863 saylı, xx.xx.2008-ci il tarixli vəsiqənin surətindən görünür ki, X2 ikinci qrup əlildir. - 165839 saylı, xx.xx.2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 əlildir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-142/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyətinin 19 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixdən ümumi xəstəliyə görə birinci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, siyahı üzrə 155-ci şəxs olan İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə imkan yaranacağı təqdirdə yenidən baxılacaqdır. - “Sumqayıt şəhər Vərəm Xəstəxanası” X7 tərəfindən verilmiş 591 saylı, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixindən Sumqayıt Vərəm Xəstəxanasında qeydiyyata götürülmüşdür, hər iki ağciyərin fibroz kavernoz vərəmi ağır forma, ağciyər ürək çatışmamazlığı ikinci dərəcə diaqnozu ilə müalicə alıb. Hal-hazırda da ambulator müayinə və müalicə olunur. - “Sumqayıt şəhər Vərəm Xəstəxanası” X7 tərəfindən verilmiş 592 saylı, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2001-ci il tarixindən Sumqayıt Vərəm Xəstəxanasında qeydiyyata götürülmüşdür, hər iki ağciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə müalicə alıb. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, iddiaçının onun növbədənkənar mənzillə təmin edilməsi barədə müraciətləri təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materiları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh orqan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixdə ümumi xəstəliyə görə birinci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı mənzillə təmin olunmadığından cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixdən ümumi xəstəliyə görə birinci qrup əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, siyahı üzrə 155-ci şəxs olan İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə imkan yaranacağı təqdirdə yenidən baxılacağını bildirmişdir. Eyni zamanda müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 142/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı növbədənkənar mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmuş, lakin cavabdeh orqan eyni əsaslarla iddiaçının müraciətini təmin etməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı ümumi xəstəliyə görə birinci qrup əlil olması, həyat yoldaşı X1 ikinci qrup əlil, oğlu X4 isə sağlamlıq imkanı məhdud uşaq olması, ailənin sosial yardıma tam ehtiyacı olan ailə olması, iddiaçının xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınması tərəflər arasında mübahisə olunmur. Cavabdeh inzibati orqan etirazında bildirmişdir ki, 2019-u ilin iyun və iyul aylarında AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yalnız yaşayış yeri üzrə mənzil uçotuna alınmış X3, şəhid ailələri və şəhid valideynlərinə mənzil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə əlillərə yaşayış sahəsi verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə müvafiq olaraq vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra-uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra-uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsaasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “İnzibati icraat haqqında” Qanunun : 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2008-ci ildən etibarən ev növbəsində olan ümumi xəstəliyə görə əlillərə yaşayış sahəsi verilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı növbədənkənar mənzillə təmin edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı növbədənkənar mənzillə təmin edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2905/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2905/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver