Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2906/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması vəzifəsinin qoyulması” na dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, İddiaçı xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, İİ paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır və hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. X1, anası isə X2r. X1 xx.xx.2018-ci ildə, anası isə X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Anasının adı “Tamilla”dır. Bu ölüm haqqında şəhadətnamə və iddia tələbinə əlavə etdiyi doğum haqqında şəhadətnamələrlə də öz təsdiqini tapır. Lakin Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adı “Tamilə” kimi qeyd edilmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi anasının adı “Tamilla”dır. Bunun üçün o, Cavabdehnə müraciət edərək, Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində ana adının “Tamilə”dən - “Tamilla”ya düzəliş olunmasını xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamışdır. Qeydiyyat şöbəsindən izah olunmuşdur ki, məhkəməyə müraciət etsin. İddiaçı hesab edir ki, Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində 14:02.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində ana adı “Tamilə”dən - “Tamilla”ya düzəliş olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Anasına məxsus doğum haqqında akt qeydində və ona verilən doğum haqqında arayışda adının ‘Tamilə”, ölüm haqqında akt qeydində adının “Tamilla" olması iddiaçıya bir sıra hüquqların realizə olunmasına çətinlik yaradır. Ona görə də hesab edir ki, cavabdeh orqan bu yalnışlığa düzəliş etməlidir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Ailə Məcəlləsinin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Ailə Məcəlləsinin 161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 161.3-cü maddəsinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalniz bu konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədə xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı şöbəyə müraciət edərək anasının doğum haqqında akt qeydinin uşaq bəndində adı “Tamilə”dən “Tamilla” ya dəyişdirilməsini xahiş etmişdir. Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində adı “Tamilə” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Kifayət qədər əsas olmadığı üçün adın “Tamilla” ya dəyişdirilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Abşeron rayonu Saray qəsəbə icra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində adı “Tamilə” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Kifayət qədər əsas olmadığı üçün adın “Tamilla” ya dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 4-cü bəndinə əsasən: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; 12-ci bəndinə əsasən: qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 1.3-cü bəndində qeyd edilir ki, 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.”; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anasının adı doğum haqqında akt qeydində və nikah haqqında akt qeydində “Tamilə” olaraq qeyd edilmiş olsa da, onun övladlarının doğum haqqında şəhadətnamələrində ana adı “Tamilla” olaraq qeyd edilmiş, eyni zamanda olüm haqqında şəhadətnamədə “Tamilla” olaraq qeyd edilmişdir. Bu hal isə sonunculara vərəsəliklə bağlı məsələlərin həllində maneələr yaradır. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görsənir ki, mərhumun hazırda aktiv olmayan şəxsiyyət vəsiqəsində məlumatlar X6 kimi qeyd olunmuşdur. Göründüyü kimi Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində iddiaçının anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması üçün kifayət qədər əsaslar var və cavabdeh inzibati orqan həmin əsasları nəzərə alaraq müvafiq dəyişiklik apara bilərdi. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Saray qəsəbə İcra nümayəndəliyində xx.xx.1952-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydində uşaq bəndində iddiaçının anasının adının “Tamilə”dən “Tamilla”ya düzəliş olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev