Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2906/2025 27.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşağın adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər:
1. AZ-İİ seriyalı, 842026 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 18 oktyabr 2011-ci il təvəllüdlü X1 atası - X3, anası İddiaçıdır.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 21 avqust 2024-cü il tarixli, 5-6/1-Ş-77-164/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 10 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-15/3623/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Övladı 18 oktyabr 2011-ci il təvəllüdlü X1 adının “Diana” kimi dəyişdirilməsi Cavabdeh səlahiyyətləri xaricindədir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Cavabdeh və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına (bundan sonra - “cavabdehlər”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşağın - 18 oktyabr 2011-ci il təvəllüdlü qızı X1 maraqları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsinə icazənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması, X1 marağları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsini rəsmiləşdirmək öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etirazı:
7. Cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Etirazın əsasları: - Qaldırılan məsələ ilə bağlı iddiaçı Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçiyə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçiyə, qaldırılan məsələ ilə bağlı 5-6/1-Ş-77-164/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli və 5-6/1-Ş-77/2-164/2-t/1/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli cavab məktubları göndərilmişdir (§2). - iddiaçının 16 avqust 2024-cü il tarixdə və 2 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizələrdə adının dəyişdirilməsini tələb etdikləri şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. - Ərizələrdə adı göstərilən uşağın – 18 noyabr 2011-ci il təvəllüdlü X1 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Diana” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. - 18 yaşına çatanadək isə 18 noyabr 2011-ci il təvəllüdlü X1 valideynlərinin birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə icazə verə bilər. Sumqayıt şəhər icra Hakimiyyətinə təqdim olunmuş müraciətdə isə adı çəkilən azyaşlının atası X2 razılığı əlavə olunmamışdır. - Eyni zamanda müəyyən edilmişdir ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, adı çəkilən azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi də Komissiya tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir.
İddia tələbinə dair cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh etirazı:
9. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh imtina məktubunun məzmununa istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir (§3).
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, hazırkı iki tələb üzrə və iki cavabdehə qarşı işin bir icraatda baxılmalı olduğunu bildirmiş və iddianın mümkün hesab edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında səlahiyyətli nümayəndələri ilə təmsil olunmamışdırlar.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
18. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
19. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
20. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
21. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materialında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.
22. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
23. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
24. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
25. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
26. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Beləliklə tələb iki hissədən ibarətdir: - uşağın - 18 oktyabr 2011-ci il təvəllüdlü qızı X1 maraqları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsinə icazənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması; - X1 marağları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsini rəsmiləşdirmək öhdəliyi Cavabdeh üzərinə qoyulması.
29. Göründüyü kimi iddiaçı iki cavabdehə qarşı iddia qaldırmışdır. Daha doğrusu iki orqanın üzərinə vəzifə kimi qoyması istədiyi tələbləri bir icraatda birləşdirmişdir.
30. İddiaçıya izah olunur ki, İPM-in 37-ci maddəsi bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Normada qeyd olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
31. Beləliklə, iddiaçının bir neçə iddianı bir iddiada birləşdirilməsinə dair imkan qeyriməhdud deyildir. Belə ki, qanunvericilik iddiaçının iddia tələblərini bir iddiada birləşdirməsinin aşağıdakı əlamətlərlə məhdudlaşdırır: - iddialar bir-biri ilə əlaqəli olmalı, o cümlədən onlara birlikdə baxılması işin baxılmasının çətinləşdirməməlidir. Bir-biri ilə əlaqəli olmayan iddiaların bir iddiada birləşdirilməsi yolverilməzdir. Bəzi hallarda iddiaçı tərəfindən irəli sürülən tələblər bir-biri ilə əlaqəli olsa da, daha çox onların asılılığı müşahidə oluna bilər. Bir tələbin təmin edilməsi digər tələbin də təmin edilməsinə şərait yaratmış olur. Belə olan halda iddialar bir-biri ilə əlaqəli olsa da, onların təmini bir-biri ilə eyni hüquqi qüvvəyə malik olmur; - iddialar bir cavabdehə qarşı yönəlməlidir. Qeyd olunan əlamət məhz iddiaların subyekt tərkibi ilə bağlıdır.
32. “İnzibati məhkəmə icraatinda iddianin mümkünlüyünə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
33. Göründüyü kimi hazırkı iş üzrə iddia ilə inzibati məhkəməyə müraciət edilərkən İPMin 37-ci maddəsinin tələbi gözlənilməmişdir.
34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
35. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh və Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşağın - 18 oktyabr 2011-ci il təvəllüdlü qızı X1 maraqları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsinə icazənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması, X1 maraqları naminə digər valideynin rəyi nəzərə alınmadan “Ülvi” adının “Diana” adına dəyişdirilməsini rəsmiləşdirmək öhdəliyi Cavabdeh üzərinə qoyulması” tələbləri mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova