Məhkəmə qərarları › İş №2-1(118)-2909/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2909/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2909/2024 11.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2023-cü il tarixli, **********592200 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi, yəni qərarın tarixinin 08 yanvar 2024-cü il tarixli olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərara əsasən 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 173.337,66 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarda hesablamanın əsası ilə bağlı qeyd edilir ki, “tərəfinizdən təqdim olunan 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur.Vergi Məcəlləsinin 159.1-ci, 13.2.8-ci və 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28-1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləği” hesablanmışdır. Halbuki, iddiaçının 27 noyabr 2023-cü il tarixdə təqdim etdiyi 2023-cü ilin oktayabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin kameral vergi yoxlaması keçeiirlməsi zamanı müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********662600 saylı məktubla əlaqədar bildirirlir: Məktubada qeyd edilir ki, elektron qaimə fakturası ilə 2023-cü ilin sentyabr ayında "xxxx" MMC-dən (VÖEN **********) tikinti-quraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə edilmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur.Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçıya anbar tikintisi məqsədilə Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən ayrılmış maliyyə yardımları ƏDV-dən azad olunan əməliyyat olduğundan, cavabdeh vergi orqanı anbar tikintisi ilə bağlı göstərilmiş xidmətlərə görə 2023-cü ildə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsini də etibarsız sayaraq, həmin məbləği bərpa etmişdir. İlk öncə qeyd edir ki, 2023-cü ilin müxtəlif aylarında təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapmış əvəzləşdirmənin 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində bərpa edilməsi tamamilə qanunsuz olmuşdur. Mübahisələndirilən qərar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi İddiaçı MMC ( VÖEN **********) kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Müəssisə 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033,27 manat dövriyyə məbləği göstərməsinə baxmayaraq, bank hesabı üzrə aparılmış təhlillər nəticəsində fəaliyyəti üzrə 1977894,28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikintiquraşdırma və söküntü işləri üzrə 667569,13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün vergi ödəyicisinin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28-1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83,2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün heäablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4- cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarından görsənir ki, İddiaçı MMC-yə 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 173.777,42 manat əlavə vergisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 03,11.2023-cü il tarixli e-2-1(118)-2427/2024 saylı qərarından görünür ki, eyni tərəflər arasında hazırkı mübahisə ilə eyni inzibati iş olmuş və məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********673400 nömrəli, 21 iyul 2023-cü il tarixli, **********283100 nömrəli və 21 iyul 2023-cü il tarixli **********285500 nömrəli qərarları ləğv edilmişdir. Məhkəməyə təqdim olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)-313/2024 saylı qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-2427/2024 saylı qərarından apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-2427/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1diyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir.Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı barəsində 3 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərara əsasən İddiaçı MMC tərəfindən təqdim olunan 2023-cü ilin yanvar-oktyabr aylarının ƏDV bəyannamələri üzrə cəmi 1680033.27 manat dövriyyə məbləği göstərilməsin baxmayaraq bank hesabı üzrə aparılmış təhlillər nəticədində fəaliyyəti üzrə 1977894.28 manat vəsaitin daxil olduğu müəyyən edilmişdir. Həmçinin 2023-cü ilin sentyabr ayının ƏDV bəyannaməsi üzrə "xxxx" MMC-dən (VÖEN **********) tikintiquraşdırma və söküntü işləri üzrə 667569.13 manat (ƏDV-siz) dəyərində xidmət əldə etmişdir. Həmin iş və xidmətlərin həyata keçirilməsi üçün MMC-nin bank hesabına Azərbaycan Təhsil İşçiləri X2 Respublika Komitəsindən maliyyə yardımları daxil olmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti hesab edildiyindən bu Məcəllənin 13.2.8-ci maddəsinə əsasən pul vəsaitləri də mal hesab edilmədiyindən - maliyyə yardımı da ƏDV məqsədləri üçün ƏDV-yə cəlb olunan əməliyyatlar sayılmır. Həmçinin, Vergi Məcəlləsinin 175.6-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri, habelə dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğləri əvəzləşdirilmir. Qeyd olunanlar nəzərə alınaraq, (1977894,28-1680033,27)+667569,13)*18%=173777,43 vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə aşağıda qeyd olunan səbəblərdən həyata keçirilmiş hesablamanı vergi qanunvericiliyinin tələblərinə zidd hesab edir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Həmin Məcəllənin 175.1 -ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.6-cı maddəsinin bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Qeyd olunan maddələrin birgə təhlilindən aydın olur ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisi ƏDV-dən azad olunan və ya ƏDV-yə cəlb edilməyən əməliyyatlar həyata keçirirsə, bu halda həmin şəxsin qeyd olunan əməliyyatlar çərçivəsində aldığı mallar (işlər, xidmətlər) üzrə ödədiyi ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir. İşin hallarından göründüyü kimi, İddiaçı MMC kiçik yaylaq evləri və qısa müddətli qalmaq üçün sair yerlər tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğuldur ki, qeyd olunan fəaliyyət növü üzrə əldə edilən gəlirlər (dövriyyə) VM-nin 159.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilir.Bu isə o deməkdir ki, iddiaçı həmin fəaliyyət çərçivəsində aldığı mallara (işlərə, xidmətlərə) görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdir. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən tikinti-quraşdırma və söküntü işlərinin və digər xidmətlərin dəyərinin maliyyə yardımı əsasında ödənilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ƏDV-nin əvəzləşdirilməsini istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsində “ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər" dedikdə nəzərdə tutulan vergi ödəyicisinin göstərdiyi fəaliyyətin Vergi Məcəlləsinin 159-cü maddəsinə əsasən vergitutma obyekti olmamasıdır. Halbuki, yuxarıda da qeyd etdildiyi kimi iddiaçının fəaliyyəti, eləcə də fəaliyyəti ilə bağlı görülmüş tikinti-quraşdırma və söküntü işləri ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat hesab edilir. Həmçinin məhkəmə xidmətlərin dəyərinin ödənildiyi pul vəsaitinin (maliyyə yardımının) mənbəyinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsində yalnız dövlət büdcəsindən ayrılan vəsait əsasında alınmış mal, iş və xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi istisna edilmişdir ki, iddiaçı tikinti-quraşdırma və söküntü işlərininin və digər xidmətlərin dəyərini dövlət büdcəsindən ayrılan vəsait əsasında ödəməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli Qərar qəbul edilərkən Vergi Məcəlləsinin müddətlər və hesabat dövrləri ilə bağlı tələbləri gözlənilməmişdir. Belə ki, ƏDV ödəyicisi təqvim ayı üzrə ƏDV bəyannaməsini növbətin ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin ay ərzində ƏDV tutulan əməliyyatlar çərçivəsində malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləğini əvəzləşdirir. Vergi orqanı isə həmin bəyannamə üzrə kameral vergi yoxlamasını bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirir. Qeyd olunan müddət bitdikdən sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. (Vergi Məcəlləsinin 37.2, 37.2-1, 37.4, 72.1, 177.1, 177.2, 178 və 175.1-ci maddələri) Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tikintiquraşdırma və söküntü işləri üzrə ödənilmiş ƏDV məbləğləri üzrə kameral vergi yoxlamasını həmin əvəzləşdirmələrin iddiaçı tərəfindən bəyan edildiyi vergi bəyannamələri və müvafiq hesabat dövrləri üzrə bəyannamələrin təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirməli olduğu halda (2023-cü ilin müxtəlif ayları üzrə təqdim edilmiş vergi bəyannamələri üzrə), vergi qanunvericiliyinin tələblərini pozaraq 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verilmiş, inzibati orqanın qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 yanvar 2024-cü il tarixli, **********592200 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar