Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-291/2021 18.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9rşı “onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası X1 Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onunla mərhum atası X3 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası X1 Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli, **********555 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, müraciətə əlavə edilmiş **********81 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən əldə edilmiş çıxarışdan göründüyü kimi torpaq sahəsi üzərində icarə müddətini xx.xx.2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqə ilə mümkündür. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum atası Qarabağ müharibəsi veteranı X1 icarəsinə Sumqayit şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində sahəsi 300 kv.metr olan torpaq sahəsi ayrılmışdır. İddiaçı ilə mərhum atası arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M 856 nömrəli torpağın icarə hüququnun bağışlama müqaviləsi əsasında atası X1 bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrart metr olan torpaq sahəsi üzərindəki icarə hüququ iddiaçıya keçmişdir. Həmin bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə dair hüququ iddiaçının adına keçmiş və icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmişdir. Daşınmaz Əmlakdan Dövlət Reyesteri Xidmətinin 2 saylı X17 tərəfindən xx xxxxxx 2017-ci il tarixində sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli " Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Həmin çıxarışa əsasən icarə huququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş edmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair iddiaçı ilə xx xxxxxx 2019-cu il tarixli, 134 nömrəli yeni torpaq icarə müqaviləsi bağlamış və torpağın icarə müddəti xx xxxxxx 2024-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququnun dövlət qeydiyyatindan imtina etmişdir. Cavabdeh tətəfındən iddiaçının müraciətinə verilmiş xx xxxxxx 2019-cu il tarixli **********55 nömrəli cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007 ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının mərhum atası X2 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibət 2007-ci ilin dekabr ayinin 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktinda da oz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir sey deyildir. İddiaçı onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin imtina məktubunda istinad etdiyi normalar xx xxxxxxx 2008-ci ildə qəbul edilmiş qanunvericilik aktı ilə müəyyən edilmişdir, lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 2 saylı X17 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən Çıxarış” verilmişdir. Sual oluna bilər ki, əgər qanun torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatını istisna edirsə, niyə 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində hüququnun dövlət qeydiyyatı həyata keçirilmişdir? Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da heçə saymışdır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 -ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 8-ci maddəsina əsasən torpaq münasibətlarinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyə mülkiyyətində olan torpaqlara sahibik onlardan istifadə və həmin torpaqlar barədə sərancam verilməsi , bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydaya mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır . Həmin məcəllənin 66-cı maddəsinin 2-ci hssəsinə əsasən torpaq üzərində hüquqlar ( müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla ) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyesertlər çıxarışla rəsmiləşdirlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyəlarə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasinda mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır . Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsinda sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarin əmələ gəlməsinin məhdudlaşdırılmasının başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır . Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ( bundan sonra-dövlət reyestri ) aparılır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanlaıi tarafindan verilmiş daşınmaz əmlak üzərində o cümlədən torpaq sahələri , binaları və qurğuları , yaşayiş sahələri , fərdi yaşayış və bağ evləri , yer təki sahələri , su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar , şəhadətnamələr və qeydiyyatı vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir . İnsan hüquqları üzrə Avrova Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ilə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avrova Məhkəməsi “Sporring və Lonnotr İsveçe qarşı” işdə qeyd etmişdir ki , mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri–sabit” xarakter almışdır . Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir . “Bələdiyyə torpaqlarının torpaq hərraclları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənmasi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxx 2008-ci il tarixli Qanununun İX bəndində birbaşa qeyd olmuşdur ki , əcnəbilərin , vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkalıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşa və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Lakin bütün bu sadalanan qanun normalarına baxmayaraq , torpağa dair müvafiq sənədlər iddiaçı tərəfindən Cavabdehnə təqdim edilsə də , sonuncu əsassız olaraq torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, 2017-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqlar üzərində hüquqlar yalnız açıq torpaq hərracları yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinər . Ancaq cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil edilmədiyini nəzərə almamışdır. Əgər cavadehin etirazı əsasılıdırsa, həmin istinad edilən qanun norması 2008-ci ildən qüvvədədir, belə olan halda sual yaranır ki, 2017-ci ildə bəs hansı əsasla iddiaçının torpaq sahəsi üzərində hüququ dövlət qeydiyyatından keçirilmişdir?. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazid olmaqla yanaşı , müvafiq qanunvericilik aktlarının, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarınada zidd hesab edilməlidir . Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən 0,0232 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X15 müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx xxxxxx 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq və ya müsabiqələri vasitəsilə əldə edə bilər. Müraciətə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan görünüdüyü kimi torpaq sahəsi üzərində icarə müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx xxxxxx 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, eitrazı müdafiə etmişdir. Sumqayıt şəhər Bələdiyyəsi iddiaya münasibətində qeyd edir ki, iş materiallarından da göründüyü kimi mübahisələndirılən torpaq sahəsi iddiaçının atası Qarabağ müharibəsi veteranı mərhum X2 icarəsinə Sumqayıt Bələdiyyəsinin xx xxx 2007ci ıl tarixli, 15 nömrəli qərarı ilə ayrılmışdır. İddiaçı ilə mərhum X4 arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanılmış xx xxxxxx 2017-ci il tarixli,3M- 856 nömrəli torpağın icarə hüququnun bağışlama müqaviləsi əsasında X2 bələdiyyə qərarı ilə icarəsinə verilmiş Sumqayıt şəhəri,50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş icarə hüququ İddiaçı keçmişdir. Bundan sonra Cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixdə sözügedən torpaq sahəsi üzərində İddiaçı icarə hüququnu dövlət qeydiyyatından keçirilmiş və bu barədə Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən icarə hüququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin sonlarında Sumqayıt Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatması səbəbindən icarə müddətinin uzadılmasını xahiş etmiş və onun müraciəti əsasında Sumqayıt Bələdiyyəsi ilə torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixli,134 nömrəli yeni torpaq icarə müqaviləsi bağlanılmış və yeni icarə müqaviləsi ilə torpağın icarə müddəti xx xxxxxx 2024-cü il tarixədək müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatından keçirilməsi barədə etdiyi müraciətinə verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********55 saylı cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə bilinəcəyi barədə bildirilənlər tamamilə əsassız və qanunaziddir. Belə ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən yalnız 2007-ci ilin dekabrın 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Bu qanun norması mübahisələndirilən torpaq sahəsinə şamil edilə bilməz. Mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olmaqla Sumqayıt Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli,15 saylı qərarı ilə mərhum X2 icarəsinə verildiyindən,həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabrın 1-dən sonra qüvvəyə minmiş qanun normaları tətbiq oluna bilməz. Bələdiyyə hesab edir ki, cavabdehin iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının həyata keçirilməsindən imtinası üçün hər hansı qanuni əsas mövcud deyildir. Cavabdehin hüququn dövlət qeydiyyatından imtinasının əsasını təkil edən qanun norması xx xxxxxxx 2008-cı il tarixində qəbul olunmuş Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilmişdir. Belə olan halda sual oluna bilər ki, cavabdeh həmin qanun norması mövcud olduğu halda, hansı səbəbdən əvvəlcə mərhum X2, xx xxxxxx 2017-ci il tarixdə isə İddiaçı icarə hüququnu dövlət qeydiyyatından keçirilmiş və bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” müvafiq Çıxarışlar verilmışdir. Həqıqətən də, cavabdehin bildirdiyi kimi, qüvvədə olan qanun normaları torpaq üzərində iddiaçının hüququnun dövlət qeydiyyatını istisna edirsə, hansı səbəbdən 2017-ci ildə eyni əsaslarla həmin torpaq üzərində iddiaçını hüququnun dövlət qeydiyyatı aparılmışdır? Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə də aşkar ziddiyyər təşkil edir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilən konstitusion normadan anlaşılır ki, cavabdehin istinad etdiyi qanun norması iddiaçının vəziyyətini pisləşdirdiyindən, sadalanan mübahisəli məsələdə tətbiq oluna bilməz. Üçüncü şəxs hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz olmaqla yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına da ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxx 2008-ci il tarixli Qanununun İX bəndində birbaşa qeyd olumuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Sadalanan qanun normalarına baxmayaraq Cavabdeh iddiaçının torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatından keçirməməsi qanunazidd və qərəzlidir.Cavabdehin imtinasında 2007-ci ilin dekabrın 1-dən sonra bələdiyyə torpaqlarl üzərində hüquqların yalnız açıq torpaq hərracları,yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinəcəyi bildirilsə də, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, həmin torpaq sahəsinin yuxarıda göstərilən qanun normasının təsiri altına düşmədiyini nədənsə müəyyən edə bilməmişdir. Bu səbəbdən üçüncü şəxs hesab edir ki, Cavabdeh Sumqayıt Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli,15 nömrəli qərarı ilə Qarabağ müharibəsi veteranı mərhum X2 icarəsinə ayrılmış və bağışlama müqaviləsi əsasında İddiaçı istifadəsinə keçmiş Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun təkrarən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuzdur və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına tamamilə ziddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi X13 iştirak etmiş, iddia ərizəsinə münasibəti müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli, 134 saylı X8 görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi İddiaçı arasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2017-ci il tarixli, ******* saylı çıxarışı əsasında Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən ümumi sahəsi 232 kv.m(ha) olan torpaq sahəsinin müvəqqəti istifadəsi üçün yeni icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti “01” yanvar 2020-ci il tarixdən “31” dekabr 2024-cü il tarixədək dövrləri əhatə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada mahiyəti baxımından əsaslı deyil. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 10-cu bəndinə əsasən, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu”nun 9 və 10-cu bəndlərinə əsasən Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Göründüyü kimi qanunvericiliyə edilmiş dəyişiklikdən sonra hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Lakin qeyd edilən qanun qüvvəyə minənə qədər icarəyə ayrılmış torpaqların isə hamısı yox, qanunla müəyyən edilmiş müəyyən hissəsinin icarə müqaviləsi açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. İş üzrə üçüncü şəxs Sumqayıt bələdiyyəsi iddiaya münasibətində qeyd edir ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən yalnız 2007-ci ilin dekabrın 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Bu qanun norması mübahisələndirilən torpaq sahəsinə şamil edilə bilməz. Mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olmaqla Sumqayıt Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli,15 saylı qərarı ilə mərhum X2 icarəsinə verildiyindən, həmin torpaq sahəsinə münasibətdə 2007-ci ilin dekabrın 1-dən sonra qüvvəyə minmiş qanun normaları tətbiq oluna bilməz. Məhkəmə Sumqayıt bələdiyyəsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, yuxarıda qeyd edilən qanun normalarına əsasən yalnız istisna olaraq, xx.xx.2008-ci il tarixdən əvvəl Azərbaycan Respublikası vətəndaşlarına sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün icarəsinə ayrılmış torpaq sahələrinin icarə müqavilələri açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Sumqayıt bələdiyyəsidə yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq iddiaçı ilə xx xxxxxx 2019-cu il tarixli, 134 saylı Torpaq İcarə müqaviləsi bağlamışdır. Lakin bələdiyyə torpaq sahəsinin ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edib qanunvericiliyin imkan verdiyi halda icarə müqaviləsini uzada bilərdi. Lakin cavabdeh inzibati orqana təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli, 134 saylı X12 bu hallar müəyyən edilməmişdir. Ona gorədə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. İş materiallarından görsənir ki, iddiaçının icarəsində olan torpaq sahəsinin icarə müddəti bitməmiş o, bələdiyyəyə müraciət edərək, icarə müqaviəsinin üzadılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçının qanunvericilikdən irəli gələn hüquqlarının pozulmasına yol verilməmlidir. Çünki, xx.xx.2008-ci il tarixdən əvvəl Azərbaycan Respublikası vətəndaşlarının sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün icarəsinə ayrılmış torpaq sahələrinin icarə müqavilələri açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasını tələb etmək qanunvericiliklə müəyyən edilmiş və hazırda qüvvədə olan hüquqdur. Bu halda Sumqayıt bələdiyyəsinin mübahisə predmeti torpaq sahəsi ilə bağlı ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edərək, qeyd edilən əsaslar olduğu halda icarə müqaviləsinin qanunvericiliyə uyğun olaraq uzadılması imkanlarının olması tərəflərə izah olunmalıdır. Lakin hazırda cavabdeh inzibati orqana təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi üçün inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina əsaslı olduğuna görə iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-291/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-291/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver