Məhkəmə qərarları › İş №2-1(118)-291/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-291/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-291/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X22 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş torpağa mülkiyyət hüququna dair JN-01-8, kod 30404018 saylı dövlət aktının qismən, yəni X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş 4.9 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və Qəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş torpağa mülkiyyət hüququna dair JN-01-8, kod 30404018 saylı dövlət aktının qismən, yəni X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş 4.9 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və Qəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X14 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şabran rayonu (Keçmiş Dəvəçi rayonu ) X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə Qəndab cins maldarlıq kompleksinə daxil olan tikilələr və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi , ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi mərhum atası X1 istifadəsinə verilmişdir. Mərhum atasının anası Əzizə İbrahimova uzun müddət Qəndov kəndində fəhlə işləmiş və əmlak bölgüsü zamanı ona Qəndov cins maldarlıq kompleksindən əmlak payına sağıcı evini almışdır. O, sonradan ailə vəsaitinin hesabına həmin kompleksdən əmlak payı almış vətəndaşlardan kompleksdə yem sexini , bir ədəd tövlə binasını , ot-küləş talvarını alqı-satqı yolu ilə almışdır. Bundan sonra mərhum nənəsi Əzizə İbrahimova YAİK-na ərizə ilə müraciət edərək bu akların , tikililərin oğlu X8 adına sənədləşdirilməsini istəmişdir. DAİK-nın 17-yanvar 1998-ci il tarixli 10\Aİ-l nömrəli protokolu ilə təsdiq edilmiş əmlakdan haqqının verilməsinə dair müvafiq aktlarla mərhum atası X7 əmlak hüquqları tanınmışdır. Qəndov cins maldarlıq kompleksində mərhum N.İbrahimovun adına sənədləşdirilmiş başqa orada olan iki tövlə binası əlavə tikililəriilə birlikdə, üç ədəd senaj quyusu və bir ədəd mal-qaranın yay talvarı əmlak bölgüsü kimi ayrı-ayrılıqda bir neçə vətəndaş arasında bölüşdürülmüş, həmin binaların ancaq yerləri qalmış idi . Mərhum N. İbrahimov kompleksdə pay haqqı olan şəxslərlə razılaşaraq onların payına düşən tikiİiləri, torpaq sahələrini əvəzi ödənilməklə almışdır. Bundan sonra o, yenidən YAİK-na müraciət edərək həmin tikililərin, tikililərin altında yerləşən torpaq sahələrinin, tikililərin arasında, yolların altında yerləşən torpaq sahələrinin onun salibliyinə verilməsini istəmişdir. Qəndov kənd YAİK-nın üzvülərindən ibarət komissiya yaradılmış, komissiyanın tərtib etdiyi 2001-ci il tarixli rəsmi akta əsasən kompleks daxili və tikililərin altında 4.90 ha torpaq sahəsinin olduğu göstərilmiş və həmin ərazi N.İbrahimova verilmişdir. Bundan sonrakı müddətdə Qəndov cins maldarlıq kompleksi ailələrinin mülkiyyətində, sahibliyində olmuşdur. Mərhum atası X15 xx.xx.2005-ildə rəhmətə getdiyindən onun Qəndov cins maldarlıq kompleksinin ərazisi və qalan tikililəri barədə çıxarış ala bilməmişdirlər. X13 2011-ci ildə Şabran rayon məhkəməsinə müraciət edərək Qəndov cins maldarlıq kompleksinə və eləcədə kompleksin yerləşdiyi 4.90 ha torpaq sahəsinə 2005-ci ildə vəfat etmiş Mərhum həyat yoldaşı X8 mülkiyyət hüququnun müəyyən edilməsi və həmin miras daşınmaz əmlakın X21 təfindən qəbul edilməsi faktının müəyyən edilməsini istəmişdir. Şabran rayon məhkəməsinin 2\03l\-316\2011-saylı 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. xx.xx.2012-ci il tarixdə əmlak kompleksinin texniki pasportu ƏMDKY-da DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş və 27. 06. 2012-ci il tarixdə əmlak kompleksi rəsində həmin əmlakın və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin X13nın mülkiyyətində olması barədə çıxarış verilmişdir. 2017-ci ildə Şabran rayonu Qəndov kənd sakini X5 rayon məhkəməsinin 2(031)- 316\2011-saylı 13 iyun 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək göstərmişdir ki, miras hesab edilmiş 4.90 ha torpaq sahəsinin 0.65 ha hissəsi Qəndov bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 01-saylı icarə müqaviləsinə əsasən onun istifadəsindədir. Məhkəmə qətnaməsindən onun xəbəri olmamış , qətnamə onun maraqlarına toxunduğundan həmin qətnamənin ləğv olunmasını istəmişdir. Sumqayıt Apellyasiya məhkəməsi kompleksin torpaq sahəsinə dair hüquq haqqında mübahisə olması müəyyən edildiyindən Şabran rayon məhkəməsinin qətnaməsini ləğv etmiş, ərizəni baxılmamış saxlamış, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməklə qərardad qəbul etmişdir. Qəndov YAİK-nın 06 noyabr 2001-ci il tarixli qərarı ilə ( yaradılmış Komissiyanın tərtib etdiyi akta əsasən kompleksin ümumi torpaq sahəsi 4.90 ha olmuşdur) Qəndov cins maldarlıq kompleksi ərazisindəki tikililər və kompleksin ümumi torpaq sahəsi, yəni kompleksin ərazisindəki tikililərin altındakı torpaq sahələri, kompleksin girəcəyindən binaların arasında olan yolların altında olan torpaq sahələri mərhum atası X8 adına rəsmiləşdirilmişdir, kompleksin ərazisində başqa torpaq sahəsi olmamışdır ki, Qəndov hədiyyəsi həmin torpaq sahəsini kiməsə icarəyə versin. Eləcə də Qəndov YAİK-nın 06 noyabr 2001-ci il tarixli qərarı ilə Qəndov cins maldarlıq kompleksinin 4.90 ha ərazisi X2 , istifadəsinə verildiyindən həmin ərazi bələdiyyə mülkiyyətində ola bilməzdi və Gəndov bələdiyyəsinində həmin ərazi barəsində kiminləsə müqavilə bağlayaraq torpaq sahəsini icarəyə verə bilməzdi. Qəndab cins maldarlıq kompleksinin 4.90 ha ərazisinin ailənin sahibliyinə, istifadəsinə verildiyini bütün kənd camaatı, Bələdiyyə üzviləri , eləcədə üçüncü şəxş X14 bilirdilər, Qəndab YAİK-nın 06 noyabr 2001-ci il tarixli qərarındakı imzalardan biri də məhz həmin vaxtı Qəndov kənd YAİK-nın üzvü olmuş, bu iş üzrə üçüncü şəxş X10 məxsusdur. Atası 2005-ci ildə rəhmətə getdiyindən uzun bir müddət başları qatışmış, sarsılmışdırlar, maliyyə cəhətdən zəifləmişdirlər. Bu səbəbdən də qanuni əsaslarla sahibliklərində olan kompleksin ərazisindən istifadə edə bilməmişdirlər. Üçüncü şəxsin kompleks ərazisində yerləşən torpaq sahəsinin bir hissəsindən itifadə etdiyini son vaxtlarda bilmişdirlər, həmin ərazidən müvəqqəti olaraq istifadə edə bilmədiklərindən ona maneə olmamışdırlar ki, müvəqqəti olaraq istifadə etsin, həmdə ərazidən göz-qulaq olar. Qəndab YAİK-nın 06 noyabr 2001-ci il tarixli iclas protokolu , qərar və akt həmin vaxtı müvafiq dövlət orqanlarına vaxtında təqdim edilmişdir ( X30 Komtəsinə ərazi üzərə Reyestr xidmətinə ) və həmin sənədlərin bir nüxsəsi faktiki olaraq bu orqanların arxivində mövcuddur. Ailənin sahibliyində olan cins maldarlıq kompleksinin ərazisindəki torpaq sahəsi barəsində Qəndov bələdiyyəsi ilə X14 arasında bağlanılmış icarə müqaviləsindən Sumqayıt Apellyasiya məhkəməsində apellyasiya şikayətinə baxılarkən xəbərləri olmuşdur. Bundan sonra sorğu ilə Qəndov Bələdiyyəsinə müraciət olunaraq icarə nüqaviləsi ilə bağlı müvafiq sənədlərin surətləri istənilmişdir . Təqdim olunmuş sənədlərə baxarkən müəyyən edilmişdir ki, 2005-ci ildə Qəndov bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin kordinatları müəyyən edilərkən və həmin torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna Dair JN- 01-8 , kod 30404018 saylı Dövlət Aktı verilərkən X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi, ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi qeydə alınmışdır. Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi , ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində ola bilməzdi, çünki həmin cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi toıpaq sahələri əmlak payı olaraq kənd sakinlərinə verilmişdir Mərhum atası X15 həmin cins maldarlıq kompleksinə daxil olan tikililəri və tikililərin yerləşdiyi torpaq sahələrini əmlak payı olaraq almış kənd sakinlərindən pulunu verərək almışdır və bundan sonra YAİK-na ərizə ilə müraciət edərək bu əmlakların, tikililərin adına sənədləşdirilməsini istəmişdir. Göstərilənlər YAİK-nın iclas protokolunda öz əksini tapır. X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi, ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi mərhum atası X1, istifadəsinə verilmişdir. Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi, ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi 2001-ci ildən ailənin sahibliyində olmuşdur. Şabran rayon İHB-nın 22 may 2014-cü il tarixli Sərəncamı ilə sahibliklərində olan 4,9 ha torpaq sahəsində kəndtəsərrüfatı təyinatlı tikililərin layihələşdirilməsinə icazə verilmiş, ərazinin bir hissəsində yeni kompleks tikilmiş və həmin işlərin görülməsinə böyük məbləğdə sərmayə qoyulmuşdur. X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi, ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi qeydə alınması və Qəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01-saylı qərarı və həmin qərar əsasında, Qəndov bələdiyyəsi ilə X14 arasında onların ailəsinin sahibliyində mülkiyyətində) olan torpaq sahəsi barəsində bağlanılmış 26 yanvar 2007-ci il tarixli icarə müqaviləsi iddiaçının hüquqlarını pozduğundan Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN- 01-8 , kod 30404018 saylı Dövlət Aktı qismən, yəni X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1 istifadəsinə verilmiş 4,9 ha torpaq sahəsi hissəsində ləğv edilməli, Qəndov bələdiyyəsinin 25 yanvar 2007- ci il tarixli 01-saylı qərarı etibarsız hesab edilməlidir. Anası X6 bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01- saylı qərarının etibarsız hesab edilməsi barədə Sumqayıt İnzibati Məhəməsində iddia qaldırmış, iş üzərə araşdırma aparılmış sonda məhkəmə hesab etmişdir ki, Şabran rayon məhkəməsinin X18 miras əmlakın qəbul edilməsi faktını müəyyən edən 2\03l\- H6\201 1-saylı 13 iyun 2011-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2 (105)- 603\2018 saylı qərardadı ilə ləğv edildiyindən və iddia tələbinə dair ərizə baxılmamış saxlanıldığından X18 hazırki, iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. İddaçının miras əmlakın qəbul edilməsi faktını müəyyən edən Şabran rayon məhkəməsinin 2\031\-316\2011-saylı 13 iyun 2011-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2 (105)-603\2018 saylı qərardadı ilə ləğv edilərək iddia tələbinə dair ərizə baxılmamış saxlanılsa da, Qəndab bələdiyyəsi yaradılmamışdan əvvəl Qəndab kənd YAİK-nın 06 noyabr 2001-ci il tarixli 6-saylı və 06 noyabr 2001-ci il tarixli 7-saylı qərarı ilə Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi , ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi mərhum atası X3, istifadəsinə verilmişdir. İddiaçı mərhum atası X8 qanun üzərə vərəsəsidir və bu barədə ona xx.xx.2012-ci ildə qanun üzərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş , iddiaçı atasının adına olmuş bir sıra miras əmlakı qəbul etmişdir. Azərbaycan Respubliası Mülki Məcəlləsinin 1133-cü maddəsinə ğörə: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya siyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya mən etibarsız sayılır. Yenə həmin məcəllənin 1159-cu maddəsinə görə: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, ad (ər), valideynlər (övladlığa götürənlər). Yenə həmin məcəllənin - 1243-cü maddəsinə görə: Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə erdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da lirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın ədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İnzibati-İcraat Haqqında qanunun 65.1-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır, hesab edirlər ki, Qəndov bələdiyyəsinin 5 yanvar 2007-ci 11 tarixli 01-saylı qərarı etibarsızdır. Azərbaycan Respublikası İPM-nin 70.1-ci maddəsinə əsasən, İnzibati aktın qanuna zidd olduğu ə bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq ərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati rqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, keçmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998 -ci il tarixli 08 saylı qərarı ilə Gəndov bələdiyyəsinin mülkiyyətinə 1486.06 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı Gəndov bələdiyyəsinə Torpağa Mülkiyyət Hüququna Dair JN 01-8 Kod 30404018 Dövlət Aktı təqdim edilmişdir. İddiaçı Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının ləğvi ilə bağlı bildirirlər ki, eyni tələblə 2019-cu ildə onun anası X21 da Sumqayıt İnzibati - İqtisadi Məhkəməsinə müraciət etmişdir. Keçmiş X35 fermasının yerləşdiyi əraziyə gəlincə həmin ərazinin sahəsi 4.90 ha deyil 6.29 ha olmuşdur. Gəndov kənd sakini X14 xx.xx.2006-cı il tarixdən ərizə ilə Gəndov bələdiyyəsinə müraciət edərək özünə məxsus pay torpaq sahəsinə bitişik olan 0.65 ha bələdiyyə torpağının kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ona uzun müddətli icarəyə verilməsini xahiş etmişdir. Həmin sahənin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə uzun müddətli icarəyə verlməsinin qanuni olması barədə torpaq müfəttişliyinin səlahiyyətlərini yerinə yetirən DTXK-si Dəvəçi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli 1966 nömrəli rəy alınmışdır. Gəndov bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 01 saylı qərarı ilə 0.65 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Gəndov kənd sakini X10 uzun müddətli icarəyə verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2007- ci il tarixdən hal-hazıradək onun icarəsindədir. Bələdiyyə mülkiyyəti olan 6.29 hektar cins maldarlıq fermasının ərazisinin bir hissəsi 2008-ci ildə çəkilmiş yeni Bakı-Rusiya sərhəddi avtomobil yolunun tikintisi altına düşmüşdür. Torpağa dəyən zərərə görə vəsait podratçı şirkət tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Gəndov bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə həmin ərazidən 0.60 ha torpaq sahəsinin Hərrac-müsabiqə yolu ilə kiçik üzüm emalı müəssəsinin tikintisi məqsədilə satılması barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən bələdiyyəyə **********65 nömrəli çıxarış təqdim edilmişdir. xx.xx.2011-ci il tarixində Şabran rayon Torpağ Hərrac və Müsabiqə Komissiyasının təşkil etdiyi müsabiqədə ..Sultan-O MMC - nin direktoru X37 oglu qalib gələrək ********* nömrəli şəhadətnamə almışdır. Həmin 0.60 ha sahədə yerləşən və iddiaçı tərəfə əmlak payı kimi verilmiş sağıcı evi qarşılıqlı razılaşma əsasında X4. Bununla bağlı vətəndaş Sultan Orucova xx.xx.2010 - cu il tarixli, **********87- 10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının bələdiyyəyə qarşı qeyd etdiyi iradları və iddianı əsassız hesab edirilər. Cins maldarlıq kompleksindən əmlak payına malik olan vətəndaşlardan həmin əmlakların iddiaçı tərəfin valideyni tərəfindən alınmasına gəlincə bildirirlər ki, həmin vətəndaşlara oradan torpaq sahəsi deyil yalnız tikili verilmişdir. Həmin vətəndaşlara yerli aqrar islahat komissiyasının qərarı ilə Gəndab İnzibati Ərazi Vahidliyi üzrə normaya uygun olaraq adam başına 0.69-0.70 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə paylanılmışdır. İddiaçının bələdiyyənin 2001-ci ildə yaranmaması ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikasının ərazisidə 1999-cu ilin 22 dekabr tarixində ilk bələdiyyə seçkiləri keçirilmişdir. Gəndov bələdiyyəsi 2000-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. İddiaçı 0.65 ha bələdiyyə torpağının vətəndaş Dövlətdin Səlimova icarəyə verilməsindən yalnız 2018- ci ildə Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən xəbərinin olması ilə bagh bildirirlər ki, o vaxta qədər bu işlə baglı 02 may 2017-ci il və 06 iyun 2017- ci il tarixlərində Şabran rayon məhkəməsində hər üç tərəfin iştirakı ilə məhkəmə iclasları olmuşdur. İddiaçı və üçüncü tərəf arasında məsələnin sülh və qarşılıqlı anlaşma yolu ilə həll olunmasına çalışılmışdır. İddia tələbi ilə bağlı Bələdiyyənin hüquqmüəyyənedici sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X14 iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı qismində məhkəməyə ərizə verən şəxs-İddiaçı “Gəndab bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının etibarsız hesab edilməsi barədə” ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixdə iş 2-1( 118)- 1976/2022 saylı iş üzrə iddiaçının üçüncü şəxs qismində məhkəməyə dəvət olunmağı barədə qərardad qəbul etmişdir. İlk növbədə qeyd edir ki, nəinki iddia ilə heç qərardadla da razı deyil, hər ikisinə aşağıda göstərilən əsas və səbəblərə görə etiraz edir. Belə ki, iddiaçının və onun qohuməqrəbasının bu torpaq məsələsi ilə əlaqədar 2011-ci ildən bəri məhkəmələrə etdikləri müraciətlər əsassız olduğundan dəfələrlə rədd edilmələri barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilmişdir. Baxmayaraq ki, saxta sənədlərlə iddiaçının X13 2011-ci ildə Şabran rayon məhkəməsinə müraciət edərək hansı yollasa mübahisəli torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına nail ola bilmiş, lakin məlum məhkəmə qərarlarının məzmunundan da göründüyü kimi Şabran rayon məhkəməsi 2011-ci ildə mübahisəyə baxarkən maraqlı şəxsləri məhkəməyə nədənsə dəvət etməmiş, işə sanki gizli baxmışdır. Məhkəmənin 2011-ci ildə qətnamə çıxarmasına baxmayaraq qətnamənin icrası üçün illərlə heç bir tədbir görülməmiş, səs çıxartmamışdır, yəqin ki, hər şeyin soyumasını, bir növ köhnəlməsini, yaddan çıxmasını gözləmişlər. Lakin o Şabran məhkəməsinin 2011-ci ildə çıxardığı əsassız qətnamədən xəbər tutan kimi həmin qətnamədən Sumqayıt Apellyasiya məhkəməsinə verdiyi şikayət əsasında Şabran rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Şabran rayon məhkəməsinin qətnaməsinin Apellyasiya məhkəməsində ləğv edilməsinə baxmayaraq X20 bu dəfə Sumqayıt İnzibati məhkəməsində Gəndab bələdiyyəsinə qarşı 25 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərarın əsasında Gəndab bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə yenidən iddia qaldırmışdır. Sumqayıt İnzibati məhkəməsi hakim Ceyhun Məmmədovun sədrliyi ilə xx.xx.2021-ci il tarixli, İş2- 1(118)-13/2021 saylı qərardad ilə işə baxaraq iddiaçı X17 Gəndab bələdiyyəsinə qarşı iddiasının mümkün sayılmaması barədə qərardad çıxarmışdır. Məhkəmənin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, X17 etibarsız hesab edilməsini xahiş etdiyi Gəndab bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli qərarı və həmin qərar əsasında ona icarəyə verilmiş torpaq sahəsinin Türfə İbrahimovaya heç bir aidiyyatı yoxdur. X10 Gəndab bələdiyyəsi tərəfindən icarəyə verilmiş torpaq sahəsinin iddiaçı kimi çıxış edən İddiaçı da heç bir aidiyyatı yoxdur, nəinki ona icarəyə verilmiş torpağın, ümumiyyətlə mübahisələndirilən 4,90 ha torpaq sahəsinin bu şəxslərə aidiyyatı yoxdur, belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi iş üzrə iddiaçı və onun bu əmlakı miras qoyan hesab etdiyi şəxslərin heç biri mübahisələndirilən torpaq sahəsinə mülkiyyəy hüququ əldə etməmişlər, onların belə bir hüququnun olması qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, bu şəxslərin qeyd olunan əmlakın mülkiyyətçisi olmadıqlarından bu əmlakla əlaqədar iddia qaldıra bilməzlər. Yuxanda qeyd etdiyi kimi X17 adına verilmiş ******* saylı çıxarış isə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, iş 2(105)-603/2018 saylı qərardadı ilə ləğv edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2017-ci il tarixli, 29320 saylı rəyindən də göründüyü kimi mübahisələndirilən 4,90 ha torpaq sahəsi Gəndab bələdiyyəsinin ehtiyat torpaq fonduna aiddir. İddiaçının iddia etdiyi X35 X33 Komissiyası tərəfindən 300 adama paylanmışdır, bu 300 nəfər insanın payına düşən əmlakı iddiaçılara verməsi, yaxud öz paylarından iddiaçıların xeyrinə imtina etməsi barədə notariatda təsdiq edilmiş heç bir sənəd-sübut yoxdur. Bundan başqa Kompleksin yerləşdiyi torpaq sahəsi yerli Aqrar İslahat Komissiyasının deyil, rayon Aqrar İslahat Komissiyasının rəyi ilə pay torpağı kimi verilə bilərdi, bu da məlumdur ki, Gəndab kəndində adambaşına 4,90 ha torpaq sahəsi düşmür. Bir də 2007-ci ildə Gəndab bələdiyyəsinin ehtiyat torpaq fonduna daxil edilmiş torpaq sahəsi 2011-ci ildə torpağın qanuni sahibi işə cəlb edilmədən fiziki şəxsə hansı qanuna əsasən verilib? Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsassızdır, belə ki, məhkəmə qərarları və ekspert rəyi, həmçinin digər faktlarla da təsdiq olunur ki, mübahisələndirilən torpaq sahəsi Gəndab bələdiyyəsinin ehtiyat fonduna aiddir, həmin torpaq sahəsinin iddiaçılara heç bir aidiyyatı olmadığından onların Gəndab bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X14 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı, Qəndov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi barədə verilmiş torpağa mülkiyyət hüququna dair JN-01-8, kod 30404018 saylı dövlət aktının qismən, yəni X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə mərhum atası X1, istifadəsinə verilmiş 4.9 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və Qəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, keçmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998 -ci il tarixli 08 saylı qərarı ilə Gəndov bələdiyyəsinin mülkiyyətinə 1486.06 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı Gəndov bələdiyyəsinə Torpağa Mülkiyyət Hüququna Dair JN 01-8 Kod 30404018 Dövlət Aktı təqdim edilmişdir. İddiaçı Gəndov bələdiyyəsinin 25 yanvar 2007-ci il tarixli 01 saylı qərarının ləğvi ilə bağlı bildirirlər ki, eyni tələblə 2019-cu ildə onun anası X21 da Sumqayıt İnzibati - İqtisadi Məhkəməsinə müraciət etmişdir. Keçmiş X35 fermasının yerləşdiyi əraziyə gəlincə həmin ərazinin sahəsi 4.90 ha deyil 6.29 ha olmuşdur. Gəndov kənd sakini X14 xx.xx.2006-cı il tarixdən ərizə ilə Gəndov bələdiyyəsinə müraciət edərək özünə məxsus pay torpaq sahəsinə bitişik olan 0.65 ha bələdiyyə torpağının kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ona uzun müddətli icarəyə verilməsini xahiş etmişdir. Həmin sahənin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə uzun müddətli icarəyə verlməsinin qanuni olması barədə torpaq müfəttişliyinin səlahiyyətlərini yerinə yetirən DTXK-si Dəvəçi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli 1966 nömrəli rəy alınmışdır. Gəndov bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 01 saylı qərarı ilə 0.65 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Gəndov kənd sakini X10 uzun müddətli icarəyə verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2007- ci il tarixdən hal-hazıradək onun icarəsindədir. Bələdiyyə mülkiyyəti olan 6.29 hektar cins maldarlıq fermasının ərazisinin bir hissəsi 2008-ci ildə çəkilmiş yeni Bakı-Rusiya sərhəddi avtomobil yolunun tikintisi altına düşmüşdür. Torpağa dəyən zərərə görə vəsait podratçı şirkət tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Gəndov bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə həmin ərazidən 0.60 ha torpaq sahəsinin Hərrac-müsabiqə yolu ilə kiçik üzüm emalı müəssəsinin tikintisi məqsədilə satılması barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən bələdiyyəyə **********65 nömrəli çıxarış təqdim edilmişdir. xx.xx.2011-ci il tarixində Şabran rayon Torpağ Hərrac və Müsabiqə Komissiyasının təşkil etdiyi müsabiqədə ..Sultan-O MMC - nin direktoru X37 oglu qalib gələrək ********* nömrəli şəhadətnamə almışdır. Həmin 0.60 ha sahədə yerləşən və iddiaçı tərəfə əmlak payı kimi verilmiş sağıcı evi qarşılıqlı razılaşma əsasında X4. Bununla bağlı vətəndaş Sultan Orucova xx.xx.2010 - cu il tarixli, **********87- 10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının bələdiyyəyə qarşı qeyd etdiyi iradları və iddianı əsassız hesab edirlər. Cins maldarlıq kompleksindən əmlak payına malik olan vətəndaşlardan həmin əmlakların iddiaçı tərəfin valideyni tərəfindən alınmasına gəlincə bildirirlər ki, həmin vətəndaşlara oradan torpaq sahəsi deyil yalnız tikili verilmişdir. Həmin vətəndaşlara yerli aqrar islahat komissiyasının qərarı ilə Gəndab İnzibati Ərazi Vahidliyi üzrə normaya uygun olaraq adam başına 0.69-0.70 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə paylanılmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı hesab edilə bilməz. Belə ki, işin hallarından görünür ki, Şabran rayon Məhkəməsinin 2/031/-316, 2011 saylı, 13 iyun 2011-ci il tarixli qətnaməsi ilə Şabran rayon X36 Kompleksinə və yerləşdiyi 4.90 ha torpaq sahəsinə 13 avqust 2005-ci ildə vəfat etmiş X9 mülkiyyət hüququ müəyyən edilmiş və həmin miras daşınmaz əmlakın X21 tərəfindən qəbul edilmə faktı müəyyən edilmişdir. Şabran rayon X36 Kompleksinin yerləşdiyi 4.90 ha torpaq sahəsinin X18 adına plan və ölçüsünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinə, Şabran rayon X36 Kompleksinə və yerləşdiyi 4.90 ha torpaq sahəsinə X18 adına mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(105)-603/2018 saylı qərardadı ilə Şabran rayon məhkəməsinin 13 iyun 2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-01-8, KOD-30404018 nömrəli Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 1486.06 ha torpaq sahəsi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarı ilə Şabran rayon Gəndob Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Şabran rayon Gəndob Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan 0.65 ha torpaq sahəsi 40 il müddətinə kənd təsərrütafı məhsullarının istehsalı məqsədilə Gəndov kənd sakini X11 icarəyə verilmişdir. İddiaçı qeyd edir ki, X38 İslahat Komissiyasının 06 noyabr 2001-ci il tarixli qərarı ilə Qəndab cins maldarlıq kompleksinə daxil olan tikililər və tikililərin yerləşdiyi 1,5 ha torpaq sahəsi , ümumilikdə kompleks daxili və tikililərin altında olan 4,9 ha torpaq sahəsi mərhum atası X1, istifadəsinə verilmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən müvafiq araşdrıma aparılmış və araşdırması zamanı müəyyən edilmişdir ki, Şabran rayon Aqrar İslahat Komissiyası və X39 Komissiyaları tərəfindən rayon dövlət arxivinə, mühafizə olunması üçün heç bir sənəd verilmədiyindən X12 Şabran rayon Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış torpaq sahəsinin arxiv çıxarışının verilməsi mümkün olmamışdır. (Şabran rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 63 saylı məktubu) Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 və ailə üzvlərinin adına Şabran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında 2.95 ha torpaq sahəsinə verilmiş JN 305, KOD 30404018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və ümumi birgə 0.10 ha torpaq sahəsinə verilmiş JN 491A KOD 30404018 nömrəli torpağın mükiyyət verilməsinə dair şəhadətnamə verilmişdir. 2.95 ha torpaq sahəsinə verilmiş JN 305 KOD 30404018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında dövlət reyestrindən X9 və ailə üzvlərinin adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarış verilmişdir. Həmin sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə Gəndob Yerli AİK-nın xx.xx.2001-ci il tarixli qərarı barədə 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat yoxdur. (DƏDKRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********45 saylı məktubu ) Göründüyü kimi X9 və ailə üzvlərinin adına Gəndob Yerli AİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılmasına dair arxivdə məlumat mövcud deyildir. Bundan əlavə X19 Edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 4..0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; .. 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək və s. Torpağa mülkiyyət hüququna dair JN-01-8, KOD-30404018 nömrəli Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 1486.06 ha torpaq sahəsi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarı ilə Şabran rayon Gəndob Bələdiyyəsinin mülkiyyətinə verilmiş, Şabran rayon Gəndob Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan 0.65 ha torpaq sahəsini 40 il müddətinə kənd təsərrütafı məhsullarının istehsalı məqsədilə Gəndov kənd sakini X11 icarəyə vermişdir. Göründüyü kimi bələdiyyə qanunvericiliyin tələbinə uyğun olaraq öz mülkiyyətində olan torpaq sahəsinə dair hüquqlarını həyata keçirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın rədd edilməsi üçün əsas təşkil edir. Beləliklə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmadığına görə, məhkəmə hesab edir ki iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar