Məhkəmə qərarları › İş №2-1(118)-2912/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2912/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2912/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarına düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarına düzəliş edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X4 adına verilmiş xx.xx.2017-ci il tarixli, A№ 145495 saylı torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə beş nəfərdən ibarət ailəyə Xaçmaz rayonu, Qadaşoba kəndi ərazisində 2.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. Dövlət Aktına əsasən ailənin mülkiyyətinə verilmiş 2.50 ha torpaq sahəsi üç hissədən -1.50 ha, 0.50 ha və 0.50 ha-ibarətdir. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə Dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair Dövlət reyestrindən çıxarışın alınması tələb olunur. Hal-hazırda 2.50 ha torpaq sahəsinin 1.50 ha hissəsinə beş nəfərdən ibarət ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışı almışdır. Yerdə qalan 0.50 ha və 0.50 ha torpaq sahələrinə çıxarışları ala bilməmişdir. Ailəsinin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün 20 iyun 2023-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-8617/2023 nömrəli məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz ərizənizə əlavə olunmuş JN-0065 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 65 C nömrəli planşetində göstərilən 0.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0.30 ha ölçüdə öz əksini tapmışdır və naturada faktiki istifadə olunan torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində göstərilən yerdən kəskin fərqlənir. Ona görə də iddiaçı müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 17 dekabr 1997- ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0065 KOD 30214068 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 2.50 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə üzrə Suqmayıt İnzibati Məhkəməsinin icraatında 2- 1(118)-850/2024 saylı iş vardır. Həmin işə baxılarkən məhkəmə tərəfindən 5 saylı Ərazi İdarəsinə müvafiq sorğu verilmiş, sorğuya əsasən məhkəməyə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun və icraçı- mütəxəssis Salman Abbasovun imzası ilə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-9664/2024 saylı mütəxəssis rəyi göndərilmişdir. Həmin rəydə qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN-0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X5 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, iddiaçının İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxilik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki, torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. Həmçinin məhkəmə işə baxarkən X7 iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və onun tərəfindən məhkəməyə adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A № 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi X4 adına verilmiş həmin çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinin koordinatları iddiaçının ailəsinin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair JN-0065 Dövlət Aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Beləliklə, Kamil Süleymanovun adına verilmiş çıxarış ailə üzvlərinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin hüdudları çərçivəsində verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən X4 adına verilmiş çıxarış tamamilə qanunsuz olaraq verilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı ii iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Beləliklə cavabdeh orqan tərəfindən X4 adına yuxarıda göstərilən çıxarışın verilməsi səbəbindən Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli qərarı ilə ailənin mülkiyyətinə verilmiş və dövlət aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışı ala bilmir. xx.xx.2024-cü il tarixdə müvafiq ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X4 adına verilmiş həmin çıxarışın və plan və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ona 3-21-3-34/2- X-0089-9/2024 saylı məktubla cavab verilmişdir ki, Xaçmaz rayonu Qadaşoba kəndində yerləşən 0.20 ha torpaq sahəsinə dair vətəndaş X8 və ailə üzvlərinin adına verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan, Xaçmaz rayonu, Qadaşoba kəndində yerləşən 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.50 ha konturu üzərində hüquqların dövlət qeydiyyatının aparılması və həmin kontur ilə naturada üst-üstə düşən **********15 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli X8 və ailə üzvlərinə aid daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2024- cü il tarixli, 3-21-3-34/2-X-0089-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 iul 2024-cü il tarixli 2- 1(118)-850/2024 saylı məktubu ilə tələb edilən mütəxəssis rəyi 3-21-3-34/2-9664/2024 saylı məktub ilə təqdim edilmişdir. Hal-hazırda JN:0065 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati iş məhkəmədə davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X11 iştirak etmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 0065 KOD 30214068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 №li qərarı ilə 2.50 ha torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının İddiaçı və ailə üzvlərinin istifadəsində, Xaçmaz rayonu, Qədəşoba kəndi ərazisində yerləşən, JN-0065, KOD 30214068 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş 2.50 ha torpaq sahəsinin JN-0065C plaşetində (kontorunda) göstərilmiş 0.50 ha mübahisəli torpaq sahəsi torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən X5 mülkiyyətində olan 0.20 ha torpaq sahəsinə dair **********15 reyestr nömrəli çıxarışın koordinatları üst-üstə düşür. Buna baxmayaraq, iddiaçının İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədinə əsasən JN 0065C planşetində (kontorunda) göstərilmiş 0.50 ha torpaq sahəsi təşkil edir və çoxilik meyvə bağı kimi istifadə olunur. Həmin ərazidə mülkiyyətçilərin faktiki istifadəsindəki, torpaq sahələrinin ölçüləri mülkiyyət sənədində göstərilmiş ölçülərdən artıq olduğundan uyğunsuzluqlar yaranmışdır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Xurşudoba kəndində yerləşən 0.20 ha torpaq sahəsi X4, X9, X6 paylı mülkiyyətindədir. X11 tərəfindən məhkəməyə adına verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, A № 145495 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(067)-328/2010 saylı qətnaməsinə əsasən İddiaçı JN seriyalı 0061 saylı 30214068 kodlu dövlət aktındakı 61C planşetindəki cizgilər daxilindəki torpaq sahəsindən çıxarılması, X1 JN Seriyalı 0061 saylı 30214068 kodlu dövlət aktındakı 61C planşetindəki cizgilər daxilindəki torpaq sahəsində yerləşdirilməsi qət edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 10 yanvar 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, RX seriyalı ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Qədəşoba kəndində yerləşən X8 məxsus olan 0.20 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.20 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Lakin faktiki naturada istifadəsində 0.06 ha torpaq sahəsi təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin 04 fevral 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı protokolunun surətini, və adlı siyahıdan vətəndaş X2 aid hissənin surətini təqdim edirlər. Siyahıda digər şəxslərin adları göstərilməyib, lakin vətəndaş X2 aid qrafada torpaq payçılarının sayı 4 nəfər qeyd olunub. Cavabdehin 28 oktyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və koordinatları müəyyən edilmişdir.(sxem əlavə olunur) İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə uyğun gəlmir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşür, hansı hissədə və ölçüdə, (müqayisəli ortofoto görüntü təqdim edilir.) X11 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A №145495 saylı plan ölçü sənədinə əsasən 0.20 ha torpaq sahəsinin koordinatları ilə JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür, (hansı hissədə və ölçüdə, müqayisəli ortofoto görüntü təqdim edilir) X11 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A №145495 saylı plan ölçü sənədinə əsasən 0.20 ha torpaq sahəsinin koordinatları X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatlarında sürüşmə var, lakin ölçüləri və çizgiləri həmin sənədə uyğundur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür, (hansı hissədə və ölçüdə, müqayisəli ortofoto görüntü təqdim edilir) Qeyd: Həmin torpaq sahələrinin ətrafında olan torpaq sahələri ilə bağlı müxtəlif vaxtlarda məhkəmə işləri olub və yerində icra olunub. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, JN 0065 KOD 30214068 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 №li qərarı ilə 2.50 ha torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 №li Qərarı ilə X3 və onun ailə üzvlərinə 1.46 ha torpaq sahəsi ayrılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 №li Qərarı əsasında JN 0061 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi X10r. Sonuncunun adına xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. İddiaçı X4 adına verilmiş xx.xx.2017-ci il tarixli, A№ 145495 saylı torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarına düzəliş edilməsini istəyir. İddiaçı qeyd edir ki, mütəxəssis rəyindən göründüyü kimi X4 adına verilmiş həmin çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinin koordinatları iddiaçının ailəsinin mülkiyyətində olan 2.50 ha torpaq sahəsinə dair JN-0065 Dövlət Aktının JN-0065C planşetində göstərilmiş 0.50 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı hesab edir ki, Kamil Süleymanovun adına verilmiş çıxarış iddiaçının ailə üzvlərinin mülkiyyətində olan 0.50 ha torpaq sahəsinin hüdudları çərçivəsində verilmişdir. Üçüncü şəxs X11 isə hesab edir ki, ona məxsus torpaq sahəsi yerindədir, heç bir zəbt halına yol verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə uyğun gəlmir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşür. X11 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A №145495 saylı plan ölçü sənədinə əsasən 0.20 ha torpaq sahəsinin koordinatları ilə JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür. X11 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A №145495 saylı plan ölçü sənədinə əsasən 0.20 ha torpaq sahəsinin koordinatları X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatlarında sürüşmə var, lakin ölçüləri və çizgiləri həmin sənədə uyğundur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları üst-üstə düşür. Mütəxəssis rəyindən göründüyü kimi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə uyğun gəlmir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşür. X11 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********15 olan çıxarışa və A №145495 saylı plan ölçü sənədinə əsasən 0.20 ha torpaq sahəsinin koordinatları X1 və ailə üzvlərinin adına verilmiş JN 0061, KOD 30214068 saylı Dövlət Aktının koordinatlarında sürüşmə var, lakin ölçüləri və çizgiləri həmin sənədə uyğundur. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, X8 məxsus xx.xx.2017-ci il tarixli, A№ 145495 saylı torpaq sahəsinin plan-ölçü sənədinin koordinatları ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olmaqla, iddiaçıya məxsus JN 0065 KOD 30214068 saylı Dövlət Aktının koordinatları daxilində yerləşən torpaq sahəsinin hüdudlarına müdaxilə etmir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar