Məhkəmə qərarları › İş №2-1(118)-2917/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2917/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2917/2024 14.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “oğlu X6 hərbi xidmət vəzifələrinin İcrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “oğlu X6 hərbi xidmət vəzifələrinin İcrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu mayor X14, N saylı hərbi hissə komandirin müavini-qərərgah rəisi vəzifəsində xidmət edərkən, xx.xx.N0NN-ci iİ tarixindən xx.xx.N0NN-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuşdur, xx.xx.N0NN-ci il tarixində saat 15.00 radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Vəziyyəti dahada pisləşdiyindən, ona tibbi yardım göstərilməsi üçün, Yevlax rayon Mərkəzi Xəstəxanasının həkimi, terapevti X5 hərbi hissəyə dəvət olunaraq, oğluna tibbi yardım göstərmişdir. Həmin gün axşam saatlarında gizir X1 vasitəsi ilə yaşadığı Tərtər şəhərindəki kirayə qaldığı evə aparılmışdır. Səhhəti təkrar pisləşdiyinə görə, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaşadığı ünvana gəlmiş və tibbi yardım göstərilmişdir. xx.xx.N0NN-cü il tarixində səhər saatlarında iddiaçının oğlu vəfat etmişdir. Tərtər Hərbi Prokurorluğu tərəfindən, oğlunun ölüm faktı ilə əlaqədar aparılan araşdırma nəticəsində, xx.xx.N0N3-cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Materiala əlavə olunmuş AZ-İİ N77N58 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, mərhumun xx.xx.N0NN-ci İİ tarixində "kardiogen şok" diaqnozu ilə ölməsi qeyd edilmişdir. "Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9" XNN xx.xx.N0N3-cü il tarixli K/14N-N0N3 nömrəli komissiyon məhkəmətibbi ekspertizası rəyindən görünür ki, mərhum oğlunun meyiti məhkəmə-tibbi ekspertizadan keçirilmədiyinə və ona təyin olunan "kardiogen şok kəskin transmural miokard infarktı" diaqnozu ölümündən sonra tərtib edildiyinə görə, ölümünün səbəbi barədə konkret fikir söylənməsi mümkün olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının oğlunun ölümünə səbəb olmuş xəstəliyin kiliniki əlamətləri o, xx.xx.N0N3-cü il tarixində hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən olmuşdur. N.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3.10.1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun N7.1ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; N7.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; N7.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); N7.1.1N. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; N7.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; N7.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; N7.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 27.2 Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: N7.N.1. bu Qanunun N7.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması N7.N.N. sərxoş vəziyyətdə olması; N7.N.3. inzibati xətanın və ya cinayətin törədilməsi. N7.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasəm Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Belə ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş 03.11,N0NN-ci il tarixli N nömrəli arayışda hərbi hissənin sabiq qərargah rəisi-hərbi hissə komandirinin müavini mərhum mayor X14, N noyabr N0NN-ci il tarixdə saat 09:00-radələrində kirayə yaşadığı ünvan N ünvanda “kardiogen şok” nəticəsində vəfat etdiyi üçün ölümün səbəbi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığı qeyd edilmişdir. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, N3 saylı arayışı; N saylı hərbi hissə komandirinin N nömrəli, NN dekabr N0NN-ci il tarixli əmrindən çıxarış; xx.xx.N0N3-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər sənədlər daxildirlər. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın N.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, N) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hesab edir ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İnzibati iş materiallarında olan poçt göndərişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respubikası Müdafiə Nazirliyinə həmin tarixdə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş 35 (otuz beş) gün müddətində cavab verilməmiş və iddiaçı N yanvar N0N4-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 39.1-ci maddəsin əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətindən 35 gün keçməsinə baxmayaraq cavab verilmədiyindən, məhkəməyə müraciət etmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının oğlu X14 N noyabr N0NN-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum oğlunun hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olduğu əsası ilə arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasəm Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N saylı, N5 mart N019-cu il tarixli əmrindən çıxarışa əsasən, iddiaçının mərhum oğlu kapitan X14 N5 mart N019-cu il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin sırasına daxil edilmiş və həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N saylı, NN dekabr N0NNci il tarixli əmrindən çıxarışda isə qeyd edilmişdir ki, “mayor X14, N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini, N noyabr N0NN-ci il tarixdə saat 09:00radələrində kirayə yaşadığı ünvan N ünvanda "kardiogen şok” nəticəsində vəfat etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin N0 dekabr N0NN-ci il tarixli 01011 nömrəli əmrinə əsasən NN dekabr N0NN-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilsin.” Məhkəmə qeyd edir ki, iş materiallarında olan 16 iyun N0N3-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında aşağıdakı faktlar öz əksini tapmışdır: N nömrəli hərbi hissə komandirinin sabiq müavini qərargah rəisi mayor X15 xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək hərbi hissə üzrə cavabdeh təyin olunmuş xx.xx.N0NN-ci il tarixdə saat N radələrində hərbi hissədə olarkən səhhəti pisləşmiş, özünü halsız hiss etmişdir. Hərbi hissədə stasionar müalicə üçün şərait olmadığından Elşad Paşayevə hərbi hospitala müraciət etməsi bununla bağlı şərait yaradılması bildirilsə də, Elşad Paşayev etiraz etmişdir. Elşad Paşayevin vəziyyəti daha da pisləşdiyindən hərbi hissənin mülki işçisi XN rayon X10 X13 Ailə Sağlamlıq Mərkəzinin həkimi terapevt X3 hərbi hissəyə çağıraraq Elşad Paşayevə tibbi yardım göstərməsini xahiş etmişdir. Məlahət İsmayılova saat N radələrində hərbi hissəyə gələrək Elşad Paşayevə tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin vəziyyəti yaxşılaşmış ona yenə də xəstəxanaya gedib analiz verməsi tövsiyyə olunsa da, yaxşı olduğunu bildirərək getməmişdir. Həmin gün saat 19-N0 radələrində Elşad Paşayev gizir X8 ilə birlikdə öz şəxsi avtomobili ilə yaşadığı Tərtər şəhərinə getmişdir. Elşad Paşayev evdə olduğu müddətdə halı yenidən pisləmiş, başında ağrılar olduğunu bildirmiş, bu zaman həyat yoldaşı Zərifə Paşayeva 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini xahiş etmişdir. Saat N1:05-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ nın TTTYS tərəfindən Elşad Paşayevin yaşadığı ünvana həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevi müayinə edərək tibbi yardım göstərmiş bundan sonra Elşad Paşayevin səhhəti yaxşılaşmış, həkimlər Elşad Paşayevə nevropatoloq yanına getməsini tövsiyə etsələr də, Elşad Paşayev razı olmamışdır. Elşad Paşayevin səhhəti xx.xx.N0NNci il tarixdə səhər saat 09 radələrində yenidən pisləşmiş, Zərifə Paşayeva yenidən 103 Təcili və Tibbi yardım xidməti mərkəzinə zəng edərək həkim gəlməsini demişdir. Saat 10:15-də Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ min TTTYS tərəfindən həkim briqadası göndərilmiş, həkim briqadası Elşad Paşayevin yaşadığı ünvana çatdıqda Elşad Paşayevin artıq öldüyünü görmüşlər, Paşayev Eİşad Şırağa oğluna "Kardiogen şok (Kəskin transmural miokard infarktı)" diaqnozu qoyulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən qərarda qeyd edilmişdir ki, mərhumun ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.N0N3-cü il tarixdə hərbi hissədə növbətçi vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prokurorluğu Tərtər Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” tərəfindən tərtib edilmiş K/14N nömrəli rəydə qeyd edilib ki, Elşad Paşayevin ölümünə səbəb olmuş xəstəliyin (patologiyanın) kliniki əlamətləri o, xx.xx.N0N3-cü il tarixdə hərbi hissədə növbətçi kimi xidməti vəzifələrini yerinə yetirərkən artıq onda mövcud olmuşdur. Göründüyü kimi iddiaçının mərhum oğlu X6 ölümünə səbəb olan xəstəliyin xidməti vəzifələrini yerinə yetirərkən yaranması ekspert rəyi ilə də öz təsdiqini tapır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun N7-ci maddəsinə əsasən: N7.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: N7.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; N7.1.N. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; N7.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; N7.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; N7.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; N7.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; N7.1.7. ezamiyyətdə olarkən; N7.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; N7.1.9. toplanışlar keçərkən; N7.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; N7.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); N7.1.1N. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; N7.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; N7.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; N7.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. N7.N. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: N7.N.1. bu Qanunun N7.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; N7.N.N. sərxoş vəziyyətdə olması; N7.N.3. inzibati xətanın və ya cinayətin törədilməsi. N7.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarında qeyd edilən hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar sayılmayan hallar hazırki iş üzrə mübahisənin hallarına aid deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun N-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun N4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum X6 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı oğluna - mərhum X6 hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etməsini təsdiq edən müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar