Məhkəmə qərarları › İş №2-1(118)-292/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-292/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-292/2020 22.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2rşı “Fərdi yaşayış evinin qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2rşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 322 saylı fərdi yaşayış evinin iddiaçının adına qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini məhkəməyə dəqiqləşmə ərizəsi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 322 saylı fərdi yaşayış evinin X1 adına qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iş materiallarını ararşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən mahiyyəti etibarı ilə imtina etməmiş xx xxxxxxx 2019-cu il tarixli cavabı məktubu ilə bildirmişdir ki, hüquqmüəyyənedici sənədlər və vərəsəliklə bağlı sənədlər təqdim ediləcəyi halda müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İnzibati orqan iddiaya etirazındada bildirmişdir ki, iddiaçı ərizə ilə poçt vasitəsilə müraciət etmiş, müvafiq sənədləri təqdim etməmiş, ona müvafiq izah verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı daşınmaz əmlakla və vərəsəliklə bağlı sənədləri məhkəməyədə təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati orqana qanunvericilikdə nəzərdə tutulmuş formada müraciət olmadığna görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunsun ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və vərəsəliklə bağlı sənədlərlə təkrar inzibati orqana rəsmi qaydada müraciət edərək, vərəsəsi olduğu şəxsin adına müvafiq qeydiyyatın aparılmasını xahiş edə bilər. İnzibati orqan imtina vəya hərkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar