Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-292/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İmtinanın əsası kimi sözügedən qeyri yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların təqdim edilməməsi göstərilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı məhkəmə tərəfindən qanunsuz pozuntu kimi qiymətləndirilsin, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə və mənəvi ziyanın əvəzi kimi 60 000 (altmış min) manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, inzibati orqana müraciət bununla bağlı olmadğı üçün, ərizə icraata qəbul edilməmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №-li xx.xx.2004-cü il tarixli sərəncamı sənədini, İnşaat Pasportu (“xxxx” ASC-nin, “Azəriqaz” İB-nin, istilik təsərrüfatı idarəsinin, elektrik enerjisi satışı təşkilatı olan Barmek Azərbaycan Elektrik Şəbəkəsinin, Sumqayıt Telekommunikasiya Qovşağının, Ekologiya və təbii sərvətlər Nazirliyi Sumqayıt şöbəsinin, DİN-nin Yanğın Təhlükəsizliyi idarəsinin və digər müvafiq təşkilatların razılıqları) sənədlər toplusunu, o cümlədən İddiaçı 2-ci mikrorayon ərazisində kommersiya obyekti tikintiquraşdırılması məqsədi ilə ayrılmış 32 kv.m. torpaq sahəsinin mövqe planı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və Şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədini, Obyektin planını, obyektin ümümi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. Bundan başqa obyektin fəaliyyət göstərdiyini göstərən obyektə qazın verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz” X1 Şərt icazəsini təqdim etmiş, mövcud obyektin faktiki fəaliyyət göstərdiyini bildirən “xxxx” ASC-nin su sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 01.02.201 1-ci il tarixli 152303 saylı Müqaviləsini təqdim etmiş, obyektində mövcud olan 64-4-74-86 nömrəli stasionar telefonun işlədiyinin sübutları kimi müqaviləni və ödəniş qəbzini təqdim etmiş, kommersiya obyektinin on illərlə işlədiyinin və Dövlət Vergi qurumuna vergi ödənişlərinin verildiyinin sübutları sənədlərini təqdim etmiş, “xxxx”ASC-nin Bildirişini xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində 114-cü növbəlilik qəbzi əsasında obyektinə aid bütün sənədləri məsul şəxsinə təqdim etmişdir. Həmin məsul şəxs sənədlərə baxıb, dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Belə olan halda iddiaçı əlyazma ərizəsinin qəbul edilməsini və imtinanın rəsmi təqdim edilməsini istəmişdir. Rəhbərlik tərəfindən iddiaçı qəbul etmələrini istəmiş, rəsmi müraciət vermək üçün məsul şəxsdən ərizə blankını istəmiş, lakin, o, müxtəlif bəhanələrlə ləngidilmiş, ərizə blankı verilməmiş, hətta əlyazma rəsmi ərizəsinin qəbulundan imtina olunmuşdur. İlk dəfə ondan dörd çatmayan sənəd istəsələr də, bu dəfə sektor müdiri iddiaçının yanında baş mühəndis Ağasəf müəllimlə məsləhətləşərək, Dövlər Reyestrində obyektinin qeydə alınması üçün Tikintiyə icazə və İstismara icazə sənədlərini istəmişdir. xx.xx.2020-ci il tarixdə rəsmi əlyazma ərizəsi qəbul olunmadığından, növbəti gün səhər tezdən iş başlanan kimi yenə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə gəlmişdir. Bu dəfə kompüterdə hazırlanmış kağız daşıyıcıda ərizə gətirmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin ümümi şöbəsində bildirmişdir ki, ərizəsi qəbul olunmazsa, Azərbaycan Respublikasının bütün aidiyyəti səlahiyyətli orqanlara şikayətlər edəcəkdir. İddiaçının xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində böyiik çətinliklərlə qəbul olunmuş rəsmi ərizəsində yazılıb: Yazıb bildir ki, xx.xx.2020-ci il tarixdə səhər saat 10:40-da 114-cii növbə əsasında idarənizdəki müvafiq vəzifəli şəxsinə fəaliyyətdə olan kommersiya obyekti tikilimin Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278 №li xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid inşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Həmin vəzifəli şəxs İdarənizdəki sektor müdiri ilə məni görüşdürdü, serkor müdiri mənim yanımda baş mühəndis Ağasəf müəllimlə məsləhətləşərək, Dövlər Reyestrində obyektimin qeydə alınması üçün sənədlərdə aşağıdakı çatmayanları gətirməyimi istədi (serkor müdirinin öz xətti ilə yazdığı siyahıya bax qoşmada):
1. Tikintiyə icazə;
2. istismara icazə. Nəzərinizə çatdırıram ki, Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278M-H xx.xx.2004-cii il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusu veriləndən kommersiya obyektim tikilərək, faktiki fəaliyyətdədir, Azər işıq ASC-dəki **********6 istehlakçı koduna əsasən elektrik enerjisi sərfıyyatına görə pul ödənilir və bundan vergi tutularaq dövlətə xeyir verilir, obyektimdə mövcud olan su sərfiyyatına görə pul ödənilir, obyektimdə olan 64-4-74-86 nömrəli stasionar telefon nömrəsinə görə hər ay pul ödənilir, vergi qurumuna dövlət vergisi verilir. Hökumət Portalında göstərdiyi məlumatları yoxlamaq mümkündür. Dövlət Reyestrində mövcud olan tikilinin qeydə alınması haqqında sənədi verməməklə, süründürməçilik etməklə ona 60 min manat ziyan vurulur. Obyektin planı, obyektin ümümi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memearlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu idarənizdə vəzifəli şəxslərə təqdim etmişdim, kserosurəti isə hazırkı ərizəmin qoşmasında əlavə olunmuşdur. Yuxarıda qeyd olunanlara, müvafiq qanunvericiliyə əsasən xahiş edirəm: Araşdırma aparasınız, faktiki tikilinin Reestrdə qeydə alınması üçün tədbir görəsiniz, əks halda çatışmayan sənədləri göstərməklə mənim ərizəmə əsaslandırılmış yazılı cavab verəsiniz. Qoşma:
1. Vəzifəli şəxsin xətli ilə tələb olunan sənədlər siyahısının surəti.
2. İdarənizdəki növbəlilik qəbzi.
3. Şəxsiyyət vəsiqəmin surəti.
4. İnşaat Pasportunun surəti.
5. Su təchizatı haqqında Müqavilənin surəti.
6. Azəriqaz istehsalat Birliyinin obyektimə verilmiş Terxniki şərtinin surəti. lmza:\imza var\İddiaçı xx.xx.2020-ci il İddiaçı tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsinə əvvəlcə şifahi müraciət etmiş, nəticəsi olmadığından səhər tezdən xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Tikiliyə tikinti icazəsinin alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Baş Memarlıq və şəhərsalma idarəsində ərizənin qəbul olunması haqqında ştampı ilə sübutu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə təqdim edib, sorğu verilməsini istəmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinə Sorğunun verilməsi xahişi barədə ərizəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə əlbəəl olaraq xx.xx.2020-ci il tarixdə rəsmi vermiş və həmin ərizənin qoşmasında Baş Memarlıq və şəhərsalma idarəsində bu haqda rəsmi müraciətin qəbul olunması haqqında sübutun surəti əlavə olunmuşdur. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə 2 saylı Sumqayıt Ərazi İdarəsində əlbəəl olaraq rəsmi müraciəti qəbul olunarkən, ümümi şöbəsinin məsul işçisi demişdir ki, hələ xx.xx.2020-ci il tarixdə qəbul olunmuş ərizəyə cavab hazır deyildir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhrü ilə və poçtun ştampları ilə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə məktub-zərfi almışdır. Həmin zərfin içərisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********33 №-li iddiaçıya ünvanlanan məktubu var idi. Həmin zərfin üzərindəki poçt ştampından göründüyü kimi, həmin məktub xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Qanunu pozaraq, saxtakarlığa yol vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cü il tarixli 853 №-li Fərmanı ilə və sairə Fərmanlarla edilmiş əlavə və dəyişikliklərlə) Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 19 və 98-ci bəndlərinə əsasən sənəd imzalanan gün göndərilməlidir. Göründüyü kimi, Qanunla təsdiq edilmiş Təlimatın 19; 98-ci bəndlərini kobud şəkildə pozaraq, faktiki olaraq xx.xx.2020-ci il tarixdə iddiaçının ərizəsinə cavab verdiyini gizlətmək məqsədi ilə, vəzifəli şəxslər saxtakarlıq edərək xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli sənədi qoymuşdur, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33№-li məktubunu qoymuşdur. Göründüyü kimi 2 saylı Sumqayıt Ərazi İdarəsinin möhürü və xx.xx.2020-ci il tarixli poçt ştampı zərfin üzərində mövcuddur. xx.xx.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə sorğunun verilməsi xahişi barədə ərizəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əlbəəl olaraq rəsmi qaydada qəbul etmişdir, ümumi şöbə Reyestrdən Çıxarışın verilməsi üçün xx.xx.2020-ci il tarixli rəsmi ərizənin cavabının hələ hazır olmadığını iddiaçıya şifahi olaraq bildirmişdir. Belə olan halda, iddiaçının xx.xx.2020-ci il tarixdə Baş Memarlıq və şəhərsalma idarəsinə Sorğunun verilməsi xahişi barədə (vəsatətə) ərizəyə baxılmalı idi, Sorğu verilməli, daha sonra Çıxarışın verilməsi üçün xx.xx.2020-ci il tarixli rəsmi ərizəsinə məcmu halda baxılmalı idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2020ci il tarixdə poçt şöbəsinə təhvil verdiyi cavabda xx.xx.2020-ci il tarixdə aldıqları vəsatət barədə yazılmalı olduğu halda, heçnə yazılmamışdır. Bu bir daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçının yuxarıda qeyd etdiyi korrupsion əməllərini təsdiq edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə iddiaçının ünvanına çatdırılması üçün təhvil verdiyi xx.xx.2020-ci il tarixli məktubu qanunsuzdur, hüquqlarının kobud pozulması ilə yazılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyildir (Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə x xxxxxxx 2016-cı il tarixli Qərarı). Torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 278№-li xx.xx.2004-cii il tarixli sərəncamı; İnşaat Pasportu sənədlər toplusu; Obyektin planı, obyektin ümiimi görünüşü şəkli Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənəd təqdim edilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Rccstri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi süründürməçilik edir. Müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Lakin, “Azəriqaz” istehsalat birliyi tərəfindən qazın iddiaçının obyektinə verilməsi üçün Texniki Şərt sənədinin surəti, “xxxx” ASC-nin obyektimə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair xx.xx.2011-ci il tarixli Müqavilənin surəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizəsi ilə birlikdə verdiyi digər sənədlərdən göründüyü kimi obyektinin altından heç bir magistral boru kəmərləri keçmir. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafıq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Araşdırma aparılması, faktiki tikilinin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışın verilməsi barədə xx.xx.2020-ci il tarixdə iddiaçının ərizəsi əlbəəl rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qəbul edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşağıdakı kimi rəsmi qaydada ərizə qəbul edilmişdir: “Yazıb bildirirəm ki, xx.xx.2020-ci il tarixli ərizəmlə mən sizdən mövcud olan faktiki kommersiya obyekti tikilimin altındakı torpaq sahəsinə Reyestrdən Çıxarışı verilməyinizi xahiş etmişdir. Dövlət Reyestrində qeydə alınması üçün Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının 278№-li xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid İnşaat Pasportu sənədlər toplusunu təqdim etmişdir. Obyektin planı, obyektin ümumi görünüşü şəklini Sumqayıt şəhər İcra Hakimiyyəti Baş memarlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədi, İnşaat Pasportu sənədlər toplusunu İdarənizdə vəzifəli şəxslərə təqdim etmişdim, kserosurəti isə 11,08.2020-ci il tarixli ərizəmin qoşmasında əlavə olunmuşdur. Bir daha torpaq sahəsinin plan və ölçüsünü göstərən sənədin surətini əlavə olaraq bununla Sizə təqdim edib, ərizələrimə məcmu halda baxılmasını xahiş edirəm. Qoşma: Sumqayıt şəhər icra Hakimiyyəti Baş memearlıq və şəhərsalma idarəsinin möhrü ilə təsdiqlənmiş sənədin surəti. İmza:/imza var/İddiaçı xx.xx.2020-ci il” Faktiki fəaliyyətdə olan kommersiya obyekti tikiliyə kod nömrəsinin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəni iddiaçı müvafiq sənədlərin surətləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə SP004749063AX ştrix kodlu və SP004750680AZ ştrix kodlu sifarişli məktublarla göndərmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Mülkiyyət hüququ, o cümlədən xususi mülkiyyət huququ qanunla qorunur. Mülkiyyət huququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və huquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. İlec kəs cəmiyyətin maraqlan və qanunda, beynəlxalq lıuququn ıımumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-4-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mulki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yukluluyunun), başqasına keçməsinin və bu huquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə huquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 -ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanf’nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə huququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə huququ mahiyyət etibarı ilə mülkiyyət huququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək huququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət huququ «şərti və qeyri- sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına gorə Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin pozulması faktını qeyd etmişdir. Gorunduyu kimi, İnsan Hüquqları uzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət huququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Osasnamə»nin 9.11 -ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cu bəndinə gorə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin huquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə gorə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin invcntarlaşdırılmasmı həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı yazılı izahatında bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və iddia ərizəsinə əlavənin qoşmasında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, kommersiya obyekti internet rabitəsi, internetklub kimi fəaliyyət göstərib, dövriyyəsi 2011 -ci ildə 3690,1 manat olmuşdur, 2012-ci ildə dövriyyəsi 3649,32 manat olmuşdur, 2013-cii ildə dövriyyəsi 2433,44 manat olmuşdur, 2014-cü ildə dövriyyəsi 717,86 manat olmuşdur, 2015-ci ildə dövriyyəsi 257,65 manat olmuşdur, 2016-cı ildə dövıivvəsi 130,2 manat olmuşdur, 2017-ci ildə dövriyyəsi 572,85 manat olmuşdur, 2018-ci ildə dövriyyəsi 0 olmuşdur və 2019-cu ildə 0 olmuşdur. Sübutlardan göründüyü kimi, iddiaçının kommersiya obyekti mövcuddur və faktiki olaraq fəaliyyət göstərib, dövlət büdcəsinə vergilər ödəmişdir. Bu sübutları əldə etmək üçün o, məlumat almaq sorğusu ərizəsi ilə 2 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət etmişdir. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əsasnaməsinə əsasən hər ilin yanvarın 1-nə olan tarixə ərazilər üzrə mövcud, fəaliyyətdə olan obyektlərə baxılması inventarizasiyası aktları təsdiq edilir. Faktiki fəaliyyətdə olan kommersiya obyektinə müvafiq kod nömrəsinin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2020; xx.xx.2020-ci il tarixli və sairə ərizələri ilə (SP**********AZ və SP004750680AZ ştrix kodlu) müraciətlər etsə də, nəticəsiz qalmışdır. Azərpoçt MMC-nin 299699319JNV1 mədaxil qəbzindən göründüyü kimi sifarişli-xəbərnaməli məktub üçün 1,27 manat pul ödəmişdir. Azərpoçt MMC-nin 299791449№-li mədaxil qəbzindən göründüyü kimi sifarişli məktub üçün 0,57 manat pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və social deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi tarixi torpağın mənim üçün kommersiya məqsədi ilə ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından sonra olmuşdur. O vaxtı bələdiyyələr torpaq ayırmırdılar. Lakin, buna baxmayaraq Dövlət Reestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ondan bələdiyyənin sənədlərini istəyirdi, futbol topu kimi onu bələdiyyəyə göndərirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi, cavabdeh təşkilat vaxtı yubatmaq üçün ehtiyatsızlıqdan yox, qəsdən əməllər etmişdir və buna görə də mənəvi ziyanın əvəzi ona daha çox məbləğdə məhkəmə tərəfindən kompensasiya təyin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 10-cu bəndində göstərildiyi kimi ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “Avropa İnsan Hüquqları və X4 Haqqında Konvcnsiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insan anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini ifadə edir. X6 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarla) ifadə oluna bilər. “Avropa İnsan Hüquqları və X4 Haqqında” Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən “maneəsiz” istifadə etmək hüququna malikdir. xx.xx.2021 -ci il tarixli sifarişli-xəbərnaməli məktubla “xxxx” Sığorta Şirkəti ASC-nin Bütün növ sığorta haqları üçün 22.09.201 1-ci il tarixli mədaxil qəbzini, “xxxx” Sığorta Şirkəti ASC-nin Bütün növ sığorta haqları üçün xx.xx.2011-ci il tarixli mədaxil qəbzini, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən kommersiya obyektinə Azərbaycan Respublikasının Yanğından Mühafizə Cəmiyyətinin (60 manat məbləğində yanğınsöndürən alışım haqqında) xx.xx.2011 -ei il tarixli 97№-li Məktub-Qaiməni sübut kimi məhkəməyə göndərmişdir. Məhkəməyə göndərdiyi müraciətinin, SS669109635AZ ştrix kodİu sifarişli poçt göndərişi üçün Azərpoçt MMC-nin 312497999№-li mədaxil qəbzindən göründüyü kimi 1,27 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -cı maddəsinə əsasən, əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğıı xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Sözügedən qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları təqdim etdikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona xx xxxxxx 2020-ci **********33 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli **********33 saylı bildirişə xx xxxxxx 2020-ci il tarixində saat 17:46-da nömrə verilmişdir. xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərinin iş günü olmadığını, nömrələnmiş məktubların ümumi şöbədə surətlərinin çıxardılaraq arxivləşdirilməsini, xaric olan sənədlərin kitabında qeydiyyatının aparılmasını, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktub xx xxxxxx 2020-ci tarixdə poçta təqdim olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir.
Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı bildirirki, Azərbaycan Respublikası İnzibati Prosessual məclləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasada, iddia tələbindən kənara çıxa bilməz. İddiaçı məhkəmədən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsi ayrıca tələb deyil, əsas tələb Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsidir. İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümükünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Həmin Qanunun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Beləki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. İddiaçı qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə xx.xx.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə xx.xx.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq, onun hüquqlarını pozmuşdur. Cavabdeh isə qeyd edir ki, İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli **********33 saylı bildirişə xx xxxxxx 2020-ci il tarixində saat 17:46-da nömrə verilmişdir. xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərinin iş günü olmadığını, nömrələnmiş məktubların ümumi şöbədə surətlərinin çıxardılaraq arxivləşdirilməsini, xaric olan sənədlərin kitabında qeydiyyatının aparılmasını, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə karantin dövrü olduğunu və işçilərin sayının az olmasını nəzərə alaraq məktub xx xxxxxx 2020-ci tarixdə poçta təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, vətəndaşların müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxta və qaydada cavab verilməli olsada, bu hallar iddianın təmini üçün əsas ola bilməz. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev