Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2926/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı1 ( STP-də programlaşdırma şöbəsinin müdiri işləyən, ünvan 1 ünvanında yaşayan) və İddiaçı2 (işləməyən, Sumayıt şəhəri, 17-ci mikrorayon, ev 12, mənzil 48 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİHİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2021-ciil təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Suqmayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmşdır ki, iddiaçılar xx.xx.2009-cu ildə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan üç uşağımız anadan olmuşdur: 2011-cu il təvəllüdlü X9, 2012-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X8. Onlar uşaqlara, ata adının yaşatmaq üçün onların hər ikisinin soyadlarını “Xatatıyev”dən “Ramazanlı”ya dəyişdirmişdir. Lakin övladları xx.xx.2021-ci il təvəllüdlü X4 hazırda soyadı “Xatatıyev” kimi yazılmışdır. Atasının adını yaşatmaq üçün onun da soyadını “Ramazanlı” kimi yazılmasını istəyirlər. Lakin cavabdeh əsassız olaraq bizim müraciətlərini təmin etməyərək məhkəməyə müraciət etməyi bildirmişlər. İddiaçı2 digər iddiaçının izahatını müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. 1 saylı Sumqayıt regional ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, iddiaçılar İddiaçı1 və X3 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi birgə ərizədə soyadının dəyişdirilməsini tələb etdikləri şəxsin 18 yaşı tamam olmuş şəxs deyildir.Ərizədə adı göstərilən övladları, xx.xx.2021-ci il təvəllüdlü X4 özünün yalnız 18 yaşma çatdıqdan sonra soyadının “Ramazanlı” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır.18 yaşına çatanadək isə xx.xx.2021-ci il təvəllüdlü X4 valideynləri, yəni iddiaçılar - İddiaçı1 və X3 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla soyadı yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər. İş materiallarına əlavə edilmiş: - AZ-İ № 539480 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. - AZ-İİİ № 698996 seriyalı xx.xx.2021-ci i tarixli doğum haqqında şəhadətnamədən görünür ki, müvafiq olaraq X8 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. - AZ-İİİ № 296483 seriyalı xx.xx.2017-ci i tarixli və AZ-İİİ № 772001 seriyalı xx.xx.2011-ci i tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, müvafiq olaraq X6 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində,X10 xx.xx.2011-ci il Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2” qeyd edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-(060)-3863/2011 saylı qətnaməsindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2011-ci il təvəllüdlü X2 “Ramazanlı” kimi dəyişdirilməsi barədə iddiaları təmin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, uşaqların «Xatatıyev» soyadı daşıması gələcəkdə onlara cəmiyyətdə narahatlıq gətirə bilər. Bundan başqa iddiaçıların digər övladları xx.xx.2011-ci il təvəllüdlü İnci və xx.xx.2012-ci il təvəllüdlü Cavidanın da soyadı “Ramazanlı”ya dəyişdirildiyindən uşaqların soyadları arasında fərq ziddiyyət yarada bilər. Bu səbəbdən iddiaçıların iddia tələbinin təmin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2021-ciil təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2926/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2926/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver