Məhkəmə qərarları › İş №2-1(118)-2936/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2936/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2936/2025 10.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “ona xəstəliyinə uyğun olaraq müəyyən olunmuş əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı ona xəstəliyinə uyğun olaraq müəyyən olunmuş əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-xx.xx.2022-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Cəbrayıl istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma Sağ diz nahiyəsinin əzilməsi” xəsarətini almışdır. Xəsarət döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı alınmışdır. “Travma haqqında Arayışa əsaəsn travmanın müharibədə keçirdiyi ruhi həyəcan nəticəsində onda psixoloji problemler yaranmağa başlamışdır. 11. 08.2022-ci il tarixdə psixoloji sarsıntı keçirmiş və özünün belə xəbəri olmadan əsəbləşərək iti kəsici alətlə sol said nahiyəmi kəsərək özünə intihara cəhd eləmişdir. Bununla bağlı Xaçmaz RMX tərəfindən ixtisaslaşdırılmış müayinə və müalicə üçün xx.xx.2022-ci il tarixdə SN Respublika Psixitariya Xəstəxanasına göndərilmiş, ona “Xəstəlik haqqında Şəhadətnamə” tərtib olunmuşdur. SN Psixi Sağlamlıq Mərkəzində ona “Üzvi affüktiv (ifadə olunmuş depressiya) pozuntu, özünə qəsd cəhdləri ilə” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Respublika Dioqnostik Mərkəzinin oftalmoloqu ilə konsultasiya olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-nın baş nevroloqu və baş radioloqu ilə konsultasiya olunmuşdur.MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim Komissiyasının “Xəstəlik haqqında şəhadətnaməsinin” 12-ci bəndində bunlar qeyd edilmişdir: “mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv(ifadə olunmuş depressiya”)pozuntu, özünə qəsd cəhdləri”, “ Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı”, “sol diz oynağının ön çarpaz bağının degenerasiyası”, “sağ gözün hipermetropiyası Hm 0.75 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. Sol gözün görmə itiliyi 1.0 olmaqla”,Qeyd edilmişdir ki, “Sülh dövründə xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”.Respublika Psixatiriya Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli Həkim psixiatr komissiyasının rəyindəki diaqnozda qeyd edilmişdir ki:“üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində)şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə qəsd cəhdləri ilə F 07.0 “X2” Radiologiya şöbəsi tərəfindən hzırlana arayışda qeyd edilmişdir ki, “MR Beyində MR-siqnalına görə daha çox qliotik ocaqlar kimi qiymətlədirilir. Demiyelinizasiya edici prosesin diferesniyası üçün dinamik müayinə tövsiyyə olunur. Beyin yarımkürələrində subaraxnoidal şırımların həcmi artmışdır”. Respublika Dioqnostika mərkəzində müalicədə olmuşdur. Bütün bu sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq, ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 15,12.2022-ci it tarixli 14486 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi effektiv iifadə olunmuş depressiya) pozuntu, özünə qəsd cəhdləri Hə. Partiavıs travması, Keçirilmiş qapalı kəilə-bevin travması. bas-bevin silkələnməsindən sonrakı v&getativ damar davamsıztığı. Soi diz ovnaäıntn ön carnaz bamnm demnerasivası" diaqnozfu travmansn səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir;“Sağ gözün hipermetroDİvası Hm 0,750 n&tic&sində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiva Hə 0,8 olmaqla, Soi gözün görmə itiiivi 1.0 olmaqla. 36, 46-cı dişlərin karivesi. 35-ci disin kökü” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 11,03.2024-cü il tarixli 4007 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə qəsd cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir, (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir)...Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədlə qərar qəbul edilmişdir. Həmçinin, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur. İş materiallarından görünür ki, iddiaçıya əlilliyin imtina olunması barədə bildiriş ona xx.xx.2024-cü ildə cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2024-cü ildə məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar