Məhkəmə qərarları › İş №2-1(118)-2939/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2939/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2939/2022 16.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. xx.xx.2022-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdehin **********5 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtinanın səbəbi kimi onun işlədiyi sahənin güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə aid olmaması, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. İmtina məktubunu o, xx.xx.2022-ci il tarixdə (ASAN xidmətdən) almışdır. Belə ki, onun xx.xx.1979 - xx.xx.1980-ci illərdə və xx.xx.1982- xx.xx.1995-ci illərdə "xxxx" ASC-nin Mexaniki-Təmir şöbəsində işlədiyi təmirçi çilingər peşəsinin iş xüsusiyyətləri həmin müəssisənin verdiyi arayışda da qeyd olunduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 2211100а-18559 kodu ilə qeyd olunmuş peşənin iş xüsusiyyətləri ilə eynidir. Həmçinin, onun xx.xx.2016 - xx.xx.2020-ci il tarixlərdə "SEMOCO” MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçiçilingər peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bölməsinin 3.4 (a) Boru istehsalı yarımbəndində qeyd olunmuş təmirçiçilingər peşəsinin iş xüsusiyyətləri ilə eynidir ki, bu fakt da həmin müəssisənin verdiyi arayışla təsdiq olunmuşdur. "xxxx" MMC-nin Mexaniki xidmət sahəsi məhz "xxxx" ASCnin ərazisində Boruyayma sexində təmir və xidmət işlərini həyata keçirmişdir, yəni həmin dövrdə onun iş yeri faktiki olaraq Qara metallurgiya sahəsi (Azərboru - Boruyayma sexi) olmuşdur. Təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2022-ci il tarixədək 40 il 9 ay çox ümumi əmək stajı, 28 il güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı, 42 000 manatdan çox pensiya kapitalı vardır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iş materiallarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən, iddiaçının təqdim etdiyi xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsində avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X4 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexində təmirçi-çilingər, 1.3.12.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. Bundan narazı qalan İddiaçı məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməiidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Əmək pensiyaları haqqında qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində (a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingər yarımbəndində nəzərdə tutulan vəzifələrlə İddiaçı işlədiyi vəzifərlərlə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Beləliklə, iş materiallarına əlavə edimiş sənədlərə əsasən İddiaçı aşağıdakı vəzifələrdə çalışmışdır: 1. xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Xovlu-iplik fabrikinin Mexaniki Təmir şöbəsində avadanlıqların təmiri üzrə çilingər, 2. xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X4 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexində təmirçi-çilingər, 3. xx.xx.2016-28.01,2020-ci il tarixləri arasındakı dövr ərzində isə Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər. İddiaçının işlədiyi Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsi, Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X5 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexi və Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsi yuxarıda qeyd olunan keçə fabriki və keçə istehsalı, tökmə istehsalı və boru isehsalı sahələrinə aid deyil. Beləliklə İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 16 gün (xx.xx.2000xx.xx.2005-ci il, xx.xx.2011-14.08202-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavab tərəfindən təqdim edilmiş etiraza əlavədə qeyd olunmuşdur ki, iş materiallarına əlavə edimiş sənədlərə əsasən İddiaçı aşağıdakı vəzifələrdə çalışmışdır:

1. xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Xovlu-lplik fabrikinin Mexaniki Təmir şöbəsində avadanlıqların təmiri üzrə çilingər, 2. xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X4 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexində təmirçi-çilingər, 3. xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər. İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçı 01,07.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizə ilə cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci madəsinin tələbinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyqun olaraq müəyyən edilir. Qeyd olunan siyahının Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində (a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingər yarımbəndində nəzərdə tutulan vəzifələrlə İddiaçı işlədiyi vəzifərlərlə uyğunluq təşkil etmir. İddiaçının işlədiyi Sumqayıt Xovlu-lplik fabrikinin Mexaniki Təmir şöbəsi, Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X5 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexi və Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsi yuxarıda qeyd olunan Keçə fabriki və keçə istehsalı, Tökmə istehsalı və Boru istehsalı sahələrinə aid deyil. Beləliklə İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 16 gün (xx.xx.2000xx.xx.2005-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1995-ci ildən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İddiaçıya məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş Б № 369742 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-cı ildə 45 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə həmin texniki peşə məktəbini bitirmişdir. - İddiaçya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12 may 1980-ci ildən 15 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 17/L saylı, xx.xx.2020-ci il tarixli araşdırıcı arayışdan görünür ki, İddiaçı 13 dekabr 2016-cı il tarixindən 28 yanvar 2020-ci il tarixədək mexaniki xidmətdə isti və zərərli iş şəraitində mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.4 (a) Boru istehsalı bəndində təmirçi çilingər kimi öz əksini tapmışdır. - "xxxx" Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2021-ci il tarixli, 33 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" Azərbaycan Boru Yayma Zavodunda xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2016cı il tarixədək Texniki Xidmət və Təmir Departamentinin Mexaniki Təmir sexinin Boruyayma sexində yivaçma sahəsində təmirçi-çilingər vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - "xxxx" ASC tərəfindən verilmiş 11 saylı, 08 iyul 2021-ci il tarixli arayışın surətində qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək (Siyahı №2, bölmə XİV, yarımbölmə 14a, Metal emalı – tökmə istehsalatı 2150100a – 18559, təmirçi– çilingərlər), xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək (Bölmə 11, yarımbölmə 1a metal emalı–tökmə istehsalı təmirçi–çilingərlər), xx.xx.2009-cu il tarixdən xx.xx.2009cu il tarixədək (Bölmə 11 yarımbölmə 1a metal emalı–tökmə istehsalı, təmirçi–çilingərlər vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına əsasən İddiaçı peşəsi pensiya siyahısında mövcuddur. İddiaçı xx.xx.2009-dan–xx.xx.2009-cu ilədək, xx.xx.2009-dan xx.xx.2011-ci ilədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Politelien” zavodu tərəfindən verilmiş 241 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 13 iyul 2000-ci ildən 30 sentyabr 2003-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X7” zavodunun mexaniki təmir sexinin dixloretan, kükürd anhidridi, quru qələvi, karbohidrogen və onun birləşmələri sexinin nasos, kompressorların təmiri sahəsində təmirçi çilingər işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri, korbohidrogen, onların birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Əlavə olaraq da qeyd edilmişdir ki, iddiaçı xx.xx.2000 – xx.xx.2005-ci illərdə “SAM” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “Azərikimya” İstehsalat Birliyi “Etilen-Politelien” zavodu tərəfindən verilmiş 242 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01 oktyabr 2003-cü il tarixdən 21 iyul 2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X8” zavodunun təmir sexinin əsas texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri sahəsində təmirçi çilingər işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri, karbohidrogen, onların birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - Azərbaycan Respublikası Sumqayıt Xovlu İplik ASC tərəfindən verilmiş 0/49 saylı, 05 avqust 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" fabrikində xx.xx.1979-cu il tarixli 290 saylı əmrə əsasən xx.xx.1979-cu ildə Mexaniki Təmir şöbəsinə avadanlıqların təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli 230 saylı əmrə əsasən xx.xx.1980-ci ildə Hərbi Xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1982-ci il tarixli 260 saylı əmrə əsasən xx.xx.1982-ci ildə Mexaniki Təmir Şöbəsinə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 27 saylı əmrə əsasən xx.xx.1995-xx.xx.1995-ci ilədək öz hesabında məzuniyyətdə olmuş, xx.xx.1995-ci il tarixli 112 saylı əmrə əsasən xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-xx.xx.1980-ci ilədək və xx.xx.1982–xx.xx.1995-ci ilədək əmək şəraiti zərərli və ağır olan iş şəraitində ( kod – ******* a – 18559) fəaliyyət göstərmişdir. Bütün bunlar vətəndaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 nömrəli əlavənin siyahısına əsasən pensiyaya çıxmaq hüququ verir. Təmirçi – çilingər (kod – 221100a – 18559) Mərkəzi Təmir şöbəsində olan avadanlıqların, qurğuların (kürədi maşınların) xidməti və təmir işlərini icra edir. - “X10” QSC tərəfindən verilmiş X-Y-2026 saylı, 05 noyabr 2022-ci il tarixli araşdırıcı arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixindən X9 QSC-nin (bundan əvvəl “X9” MMC-nin) təmir-tikinti və rekonstruksiya işləri şöbəsində isti və zərərli iş şəraitində mexaniki avadanlıqların təmiri üzrə təmirçi–çilingər peşəsinə işə qəbul edilmiş və hal-hazırda həmin şöbədə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşə (vəzifə) hazırda “X9” QSC-də mövcud olan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında öz əksini tapmışdır. Belə ki, “mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər” peşəsi siyahının 3-cü metallurgiya istehsalatı bölməsinin 3.2 polad və ferroərintilər istehsalatı bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi ilə eynilik təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 26 iyul 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı,29 iyun bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında Qanunun” tətbiq edilməsi üçün həmin qanunda müəyyən edilmiş meyarlar mövcud deyildir. Belə ki, iddiaçı yuxarıda qeyd olunan hüquq normalarına müvafiq olaraq 0.01.2006-cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi və xüsusi iş stajına malik deyildir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək qanunvericiliklə tələb olunan yaş həddinə, yəni 57 yaşa çatmadığından ona Əmək pensiyaları haqqında Qanunun həmin dövrdə qüvvədə olan redaksiyası da tətbiq edilməməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun 60 yaşa çatdığı dövrdə yaranmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına malik olması və eyni zamanda tələb olunan pensiya kapitalına malik olması tələb edilirdi ki, iddiaçıda ona pensiya təyin edilməsi qeyd olunan şərtlərə cavab verir. Hazırki iş üzrə işin mübahisəli halı, iddiaçının xüsusi iş stajına malik olub-olmaması ilə bağlıdır. Cavabdeh orqan hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan xüsusi iş stajına malik deyildir. Bu dəlilini də onunla əsaslandırır ki, iddiaçının işlədiyi Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsi, Azərbaycan Alüminium ASC-nin Sumqayıt “Alüminium” X5 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexi və Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsi Keçə fabriki və keçə istehsalı, Tökmə İstehsalı və Boru istehsalı sahələrinə aid deyildir. Beləliklə cavabdeh iddiaçının 10 il 10 ay 16 gün güzətşli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən iş stajına malik olduğunu bildirir və həmin stajın 12 il 6 ay olmaması səbəbindən onun müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, cavabdeh orqan qeyd olunan peşələrin iddiaçıya güzəşli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına aid olmadığını qeyd etsə də, bununla bağlı dəlilini əsaslandırmamış, hansı səbəbdən bu qənaətə gəldiyini qeyd etməmişdir. Bunun əksinə olaraq yuxarıda qeyd olunan iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarla onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi öz təsdini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və 60 yaşının tamam olduğu 18 avqust 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar