Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-294/2020 30.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Namiq qızının katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx xxxxxx 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sabunçu rayonunun inzibati ərazisində S.Əliyev adına Ramana Südçülük-Maldarlıq sovxozun xx xxxxxx 2000-ci il tarixli 06 saylı əmri ilə Ramana Südçülük kəndində iddiaçıya fərdi yaşayış evin tikilməsi üçün ayrılmış və qanuni istifadəsində olan 0.1 hektar torpaq sahəsinin yerləşmə cizgi sxeminin tərtib edilməsi barədə cavabdeh inzibati orqanın üzərinə vəzifə qoyulması”na dair iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin xx xxxxxx 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sabunçu rayonunun inzibati ərazisində S.Əliyev adına Ramana Südçülük-Maldarlıq sovxozun xx xxxxxx 2000-ci il tarixli 06 saylı əmri ilə Ramana Südçülük kəndində iddiaçıya fərdi yaşayış evin tikilməsi üçün ayrılmış və qanuni istifadəsində olan 0.1 hektar torpaq sahəsinin yerləşmə cizgi sxeminin tərtib edilməsi barədə cavabdeh inzibati orqanın üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkilinə hüquqi yardım edilmiş, inzibati mübahisələrin məhkəmə aidiyyəti müzakirə edilmişdir. İddiaçının vəkili işin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, bu mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı deyil və iş aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçıların tələbi Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində S.Əliyev adına Ramana Südçülük-Maldarlıq sovxozun xx xxxxxx 2000-ci il tarixli 06 saylı əmri ilə Ramana Südçülük kəndində iddiaçıya fərdi yaşayış evin tikilməsi üçün ayrılmış və qanuni istifadəsində olan 0.1 hektar torpaq sahəsinin yerləşmə cizgi sxeminin tərtib edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşdən görsənir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi hazırda Bakı şəhərinin inzibati ərazisində yerləşən torpaq sahəsi ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki inzibati mübahisəyə İPM-nin 8.1.1ci maddəsinin müddəalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin xx xxxxxx 1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sabunçu rayonunun inzibati ərazisində S.Əliyev adına Ramana Südçülük-Maldarlıq sovxozun xx xxxxxx 2000-ci il tarixli 06 saylı əmri ilə Ramana Südçülük kəndində iddiaçıya fərdi yaşayış evin tikilməsi üçün ayrılmış və qanuni istifadəsində olan 0.1 hektar torpaq sahəsinin yerləşmə cizgi sxeminin tərtib edilməsi barədə cavabdeh inzibati orqanın üzərinə vəzifə qoyulmasına dair inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə(ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-294/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-294/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver