Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-294/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********18 saylı imtinasının əsassız hesab edilməsi, onun adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və çıxarışa dair qeydin ləğv edilməsi, ünvan 1 ünvanına dair X1 mülkiyyətində olmuş 1941 və 1961-ci illərdə işlənib hazırlanmış texniki pasportların və torpaq sahəsinin ümumi plan ölçüsünə uyğun olmaqla “Alternativ Ekspert”iza mərkəzi tərfindən verilmiş xx.xx.2021-ci il tarixli, 275 saylı ekspert rəyi nəzərə alınmaqla İddiaçı adına 1941, 1961 və 1988-ci ilə aid olmuş texniki pasportlarda olan 13.1 metr uzununluqda 1.50 metr enində ölçülərlə uyğunluq təşkil edən yeni plan ölçü və çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı nümayəndəsi vasitəsi ilə Bakı şəhər 18 Saylı Vəkil Bürosunda müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən torpaq sahələrinin ilkin sənədlərinə əsasən qonşuluqda yerləşən İddiaçı bibisi X1 1941-ci ilə aid və 1961-ci ilə aid olan texniki pasportlarda olan koordinatlarına əsasən İddiaçı ilə Ruqiyyət Babayevanın mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhəddinin ölçüsü 13 metr qeyd edilmişdir. Lakin İddiaçı adına verilmiş həmin ünvan üzrə çıxarışda 1.10 metrə azaldılaraq həmin sahə zəbt kimi qeyd edilmişdir. Ona görə də həmin torpaq sahələrinin ilkin qeydiyyat və texniki pasportlarına uyğun yerində ölçülər aparılmaqla həmin torpaq sahəsinə dair ilkin sənədlərin torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olub olmamasının müəyyən edilməsi,torpaq sahəsinin naturada olan ölçülərinin ilkin sənədlər üzərindəki koordinatlar ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi barədə ekspert rəyinin alınmasını xahiş etmişdir. X1 mülkiyyətində olmuş həmin torpaq sahəsi onun ölümündən sonra gəlini X5 isitifadəsində olmuşdur.Ona görə də özəl ekspert qarşısında suallara cavab verilməklə rəy verilməsini xahiş etmiş, X7 tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 275 saylı Ekspert Rəyi hazırlanmışdır. İddiaçı adma verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırlanmış xx.xx.2019-cu il tarixli texniki pasportda əsassız olaraq 1.5 metrə enində əsassız olaraq zəbt kimi qeyd edilmiş dalan formasında çəkilmiş sahə də həmin torpaq sahələrinin qonşu sərhədlərinin faktiki ölçüsünə daxildir. Bununla da İddiaçı adına verilmiş həmin ünvan üzrə çıxarışda 1.10 metrə azaldılaraq həmin sahə zəbt kimi qeyd edilməklə daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız olaraq dəyişdirilmişdir. Ona görə də İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair qeyd ləğv edilməlidir, həmin mübahisəli torpaq sahələrinə dair ilkin verilmiş texniki pasportlardakı çizgilərə və xx.xx.2021-ci il tarixli ekspert rəyi nəzərə alınaraq ölçülər yenidən müəyyən edilərək həmin torpaq sahəsinə dair yeni plan ölçü və çıxarış hazırlanıb mülkiyyətçiyə verilməsi məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməlidir. 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə daxil olan iddiaçının nümayəndəsi və vəkili Vəkil müvafiq işə dair yeni ekspert rəyinin alınmasına dair vəsatətinə münasibətdə bildirilir ki, mövcud məhkəmə praktikasına əsasən daşınmaz əmlaka dair məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi, plan və ölçü sənədləri ilə bağlı koordinatların müəyyən edilməsi və ekspertizanın aparılması üçün mütləq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin rəylərinə istinad olunur. Belə olan halda müvafiq inzibati işin uzun müddət məhkəmə icraatında olamasını nəzərə alaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə lüzum yoxdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Vəkili Ağayev X6 Mayisə Camal qızının adma verilmiş texniki pasportlarda ölçülərində dəyişikilik edilərək, yeni çıxarış və pan və ölçü hazırlanıb verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 16 mart 2022-ci il tarixli 1661/22 saylı ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, qeyd olunan ünvanda İddiaçı məxsus olan 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli ərizəsinə əsasən faktiki sərhədlər daxilində **********07-10301 reyestr nömrəli və texniki pasport verilmişdir. Odur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Vəkili Vəkil Ağahüseyn oğlu tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yazılmış müraciəıt məktubunun məzmununa əsasən qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka verilmiş xx.xx.2019 tarixli **********907-10301 reyestr saylı çıxarışda və texniki pasportda hər hansı bir dəyişiklik edilməsinə əsas yoxdur”. Bildirilir ki, həmin dövlət reyestrindən çıxarış və texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli imtina məktubu, etiraz ərizəsi, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********07 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti, Texniki pasportun surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3- 34/2-7226/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, **********07 reyestr nömrəli çıxarışın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı onun adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və çıxarışa dair qeydin ləğv edilməsini, ünvan 1 ünvanına dair mərhumə X2 mülkiyyətində olmuş 1941 və 1961-ci illərdə işlənib hazırlanmış texniki pasportların və torpaq sahəsinin ümumi plan ölçüsünə uyğun olmaqla yeni plan ölçü və çıxarışın hazırlanıb verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat həmin daşınmaz əmlaka 2019-cu ildə çıxarış və texniki pasport verildiyindən yenidən çıxarış və texniki pasport verilməsinə əsas olmamasını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddia tələbi iki hissədən ibarətdir. Birincisi, iddiaçının adına işlənilmiş xx.xx.2019-cu il tarixli, **********07 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ikincisi isə X3 mülkiyyətində olmuş 1941 və 1961-ci illərdə işlənib hazırlanmış texniki pasportların və torpaq sahəsinin ümumi plan ölçüsünə uyğun olmaqla texniki pasportlarda olan 13.1 metr uzununluqda 1.50 metr enində ölçülərlə uyğunluq təşkil edən yeni plan ölçü və çıxarışın hazırlanıb verilməsi tələbi olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertiza nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2-7226/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən torpaq sahələrinin ilkin sənədlərinə əsasən İddiaçı torpaq sahəsi həmin ilkin texniki pasportda qeyd edilmiş ölçülərə uyğun yerində deyildir. Onun bibisi X1 1941-ci ilə aid və 1961-ci ilə aid olan texniki pasportlarda olan koordinatlarına əsasən İddiaçı ilə Ruqiyyət Babayevanın mülkiyyətində olan torpaq sahəsinin qonşu sərhəddinin ölçüsü 11.9 metrdir. ünvan 4 ünvanında yerləşən İddiaçı torpaq sahələrinin ilkin sənədlərinə əsasən verilmiş texniki pasportdakı koordinatlar və qonşu sərhədlərinin ölçüləri onun adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırlanmış texniki pasportdakı cizgilərlə eyni deyildir. ünvan 4 ünvanında yerləşən İddiaçı torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hazırlanmış texniki pasportda 1.5 m enində zəbt kimi qeyd edilmiş dalan formasında çəkilmiş sahə mərhumə X4 1941-ci ilə aid və 1961-ci ilə aid olan texniki pasportlarda olan koordinatlara əsasən üst-üstə düşmür. Belə olan halda cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulması qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin, iddiaçının iddia tələbində göstərdiyi “Alternativ Ekspertiza” mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 275 saylı ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi, plan və ölçü sənədləri ilə bağlı koordinatların müəyyən edilməsi və ekpsertizanın aparılması üçün mütləq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin rəylərinə istinad olunur. Ona görə də həmin mütəxəssis rəyinə istinad olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********18 saylı imtinasının əsassız hesab edilməsi, onun adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və çıxarışa dair qeydin ləğv edilməsi, ünvan 1 ünvanına dair X1 mülkiyyətində olmuş 1941 və 1961-ci illərdə işlənib hazırlanmış texniki pasportların və torpaq sahəsinin ümumi plan ölçüsünə uyğun olmaqla “Alternativ Ekspertiza” mərkəzi tərfindən verilmiş xx.xx.2021-ci il tarixli, 275 saylı ekspert rəyi nəzərə alınmaqla İddiaçı adına 1941, 1961 və 1988-ci ilə aid olmuş texniki pasportlarda olan 13.1 metr uzununluqda 1.50 metr enində ölçülərlə uyğunluq təşkil edən yeni plan ölçü və çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-294/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-294/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver