Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2948/2022 21.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Kirov adıan sovxozun xx.xx.1993-cü il tarixli 59 saylı əmrinə əsasən ayrılmış Quba rayonu, 2-ci Nügədi kənd 7-ci məhəllə ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon 2-ci Nügədi kənd 7-ci məhəlləsində yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayon Kirov adıan sovxozun xx.xx.1993-cü il tarixli 59 saylı əmrinə əsasən ayrılmış Quba rayonu, 2-ci Nügədi kənd 7-ci məhəllə ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Kirov adına Sovxozda işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 1992-ci il tarixli 418N-li, XDS Rəyasət Heyətinin 19 avqust 1992-ci il tarixli 62N-li qərarları ilə və Sovxoz Direktorunun 19 may 1993-cü il tarixli 59N-li əmrinə əsasən ona Quba rayon 2-ci Nügədi kəndi 7-ci məhəllə ərazisində 0,08 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Faktiki olaraq torpaq onun isifadəsinə 1993-cü ildə verilmiş və 09 oktyabr 1998-ci il tarixli 2-ci Nügədi kənd torpaq Komissiyasının aktı ilə torpaq ona təhkim edilmişdir. Haızradək 0,08 ha torpaq sahəsi onun istifadəsindədir. O, qeyd olunan torpaq sahəsinə çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina cavabı vermişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasına onun iştiakı olamdan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən ediimiş hüquqiarın dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ayrılması ilə bağlı Quba rayonu Kirov adına sovxozun xx.xx.1993-cü il tarixli, 50 saylı əmri əlavə olunmamışdır.Bundan əlavə ayrılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinə dair 1:2000 və 1:10000 miqyaslı yerqurluşu sxemlərində Quba rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin möhürü təmin olunmamışdır. İş materiallarında olan : -09 oktyabr 1998-ci il tarixli 2-ci Nügədi kənd torpaq Komissiyasının aktı ilə torpaq İddiaçı təhkim edilmişdir. -Quba rayon İİ Nügədi bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı verilən torpaq sahəsinə dair tərtib edilmişdir. - X4 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Kirov adına sovxozun xx.xx.1993-cü il tarixli 59 saylı əmrində vətəndaş İddiaçı adı aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən həmin əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbinin əsası kimi Quba rayonu ll Nügədi sovxozu Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli aktına istinad edir. Həmin aktda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 1992-ci il tarixli 418N-li, XDS Rəyasət Heyətinin 19 avqust 1992-ci il tarixli 62 N-li qərarları ilə və Sovxoz Direktorunun 19 may 1993-cü il tarixli 59 N-li əmrinə əsasən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsinin təhkim edildiyi göstərilmişdir. Lakin məhkəmənin sorğusuna cavab olaraq X5 filialı Kirov adına sovxozun 19 may 1993-cü il tarixli 59 N-li əmrində İddiaçı adının aşkar edilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi torpağın təhkim aktı hüquqmüəyyənedici sənəd deyildir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Beləliklə, göstərilən normaların məzmunundan göründüyü kimi, qanunverici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar (sərəncam, əmr və s.) mövcud olmadığından onun həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasına dair iddiası təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2948/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2948/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver