Məhkəmə qərarları › İş №2-1(118)-295/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-295/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-295/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X4rşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 27 nömrəli xx.xx.2020-ci il tarixli məcburi göstərişin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 27 nömrəli xx.xx.2020-ci il tarixli məcburi göstərişin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Qobuqıraq kənd sakini X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə etdiyi çirkab suların çaya axıdılmasına dair müraciət əsasında cavabdeh tərəfindən yoxlama həyata keçirilmiş və iddiaçı MMC-yə “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinin pozuntularının aradan qaldırılması üçün 27 nömrəli xx.xx.2020-ci il tarixli məcburi göstəriş verilmişdir. İddiaçı həmin göstərişi qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən idiaçı 7500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra iddiaçıya cavabdeh tərəfindən məcburi göstəriş verilmişdir. Göstərişə əməl olunmasa barəsində ikinci inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekoligiya və X9 5 saylı Ekologiya və X7 xx.xx.2020-ci il tarixli 27 saylı məcburi göstərişdən görünür ki, “xxxx” MMC-yə məxsus İddiaçı MMC-nin fəaliyyət zamanı formalaşan istehsalat çirkab sularının birqismi tənzimlənmədən və zərərsizlşədirilmədən müəssisəyə məxsus köhnə kanalizasiya xətti ilə Xaçmaz rayonu Qobuqıraq kəndindən keçən kiçik çaya axıdılması müəyyən edilmişdir. Bununla bağlı iddiaçıdan 1 ay müddətində çirkab suların axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi və köhnə kanalizasiya xəttinin bağlanmasını təmin etmək tapşırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən göstəriş inzibati akt deyildir və ondan qanunvericilikdə şikayət nəzərdə tutulmamışdır. Həmin göstəriş iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Yəni, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı iddiaçı tərəfindən çirkab suların bir qisminin Xaçmaz rayonu Qobuqıraq kəndindən keçən kiçik çaya axıdılmasını müəyyən edərək bunun qarşısının alınması məqsədi ilə köhnə kanalizasiya xəttinin bağlanmasını təmin edilməsi barədə göstəriş vermişlər. Qeyd olunan göstəriş əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar edildikdə artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz gedə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı və ya hərəkəti mübahisələndirməlidir. Göstərişin verilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqi müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Mübahisələndirilən göstəriş özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə göstərişin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisənin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X4rşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 27 nömrəli xx.xx.2020-ci il tarixli məcburi göstərişin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar