Məhkəmə qərarları › İş №2-1(118)-2955/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2955/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2955/2023 25.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə ona verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №189732 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində yerləşən 1198.59 kv.m həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə ona verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №189732 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində yerləşən 1198.59 kv.m həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 15 fevral 2023-cü il tarixli, 3-21-3-24/2-B-0041-8/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 1990-cı ildə məlum səbəblərdən sonra Azərbaycan Respublikasının Xaçmaz rayonu Rəhimoba kəndinə məcburi köç etmişdir. 1993-cü ildə Xaçmaz rayonunun Rəhimoba kəndində qaçqınlar üçün yaşayış sahəsi verilmişdir. O, həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamışdır. O, heç bir mane olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995- ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatına haqqında Qanunun 9-cu maddəsinə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli qərarı ilə ona Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən 1198.59 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair AR DT və XK tərəfindən A №189732 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Daha sonra iddiaçı öz mülkiyyət hüquqlarını qeydiyyata aldırmadan Azərbaycan Respublikasını tərk etmiş vətəndaşlıqdan imtina edərək Qırğızıstan Respublikası vətəndaşlığını qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyetrində qeydiyyata alınması və texniki pasportun hazırlanması xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub göndərilərək bildirilmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş hüquq sahibinin xarici ölkə vətəndaşı olduğu müəyyən olunması əsas gətirilərək ərizənin icrasından imtina edilmişdir. Odur ki, cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Turdibəy Bəyoğliyevin etibarnamə üzrə nümayəndəsi X1 rayonu, Rəhimoba kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli ərizələr ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş hüquq sahibinin xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə uyğun olaraq xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərdir. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********47 qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-B-0041-8/2023 qeydiyyat nömrəli məktublarla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 1198.59 ha torpaq sahəsi Göygöl rayonu Şəhriyar kənd sakini Bayaqluyev (Bayoqliev) Turdubey (Turdibay) Məcid (Majitoviçin) oğlunun mülkiyyətinə verilmiş, torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN- 189732 nömrəli plan-ölçü sənədi X11 kitabında xx.xx.2010-cu il tarixdə 31 nömrə ilə uçota alınmışdır. Göygöl rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(066)-1045/2022 saylı Qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsünün A 189732 nömrəli kadastrında X4 olan hissəsinin X3 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə ona verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №189732 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində yerləşən 1198.59 kv.m həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş hüquq sahibinin xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Torpaq Məcəlləsinə əsasən: 49.4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı normalar öz əksini tapmasa da məhkəmə hesab edir ki, bu maddədə qeyd edilən hüquqlar həmin şəxslərədə şamil edilməlidir, hansıkı bununla bağlı formalaşmış məhkəmə təcrübəsidə vardır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqlan ilə fərdin əsas hüquqlannın müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya .'irşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart arixli Qəran, § 93). İnsan Hüquqlan üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxanda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlannın qeydə almamasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələri dirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.” (Azərbaycan Respublikası Ali Məhkəməsinin bülleteni №4 2021. səh 61-63) Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın torpaq sahəsinə münasibətdə təmin edilməsi üçün əsas təşkil edir. (torpaq sahəsinin bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilməsinə dair şərt yerinə yetirilməklə) Məhkəmə araşdırması zamanı Xaçmaz rayonu, Rəhimoba kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından X2 adına qeyd edilmiş hissədən, eləcə də X12 Komissiyasının xx.xx.1997-cii il tarixli 15 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 0.1200 ha ölçüdədir. Lakin iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədində torpaq sahəsi 1198.59 kv.m qeyd edilmişdir. İddiaçı 1198.59 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Məhkəmənin 2-1(118)-2955/2023 saylı, 12 iyul 2023-cü il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Xaçmaz rayon Hülövlü bələdiyyəsinin Rəhimoba kəndinin yerquruluşu xəritəsindən çıxarışa, torpaq sahəsinin planı və ölçüsünə uyğundurmu? Uyğun deyilsə hansı hissələrdə uyğun deyil? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-12967/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.(sxem tərtib olunub) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Xaçmaz rayon Hülövlü bələdiyyəsinin Rəhimoba kəndinin yerquruluşu xəritəsində qeyd olunmuş torpaq sahəsinə uyğundur, lakin torpaq sahəsinin planı və ölçüsündə olan döngə nöqtələrinin koordinatları ilə faktiki naturada istifadə vəziyyəti ilə 74 metrə şimal istiqamətində sürüşmə mövcuddur, torpaq sahəsinin planı və ölçüsündə olan cizgilər isə naturada istifadə olunan torpaq sahəsinə uyğundur, (sxem tərtib olunub) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşmür. -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir, uqodiyası həyətyanıdır. Qeyd edilənlərdən göründüyü kimi sürüşmə olsa da torpaq sahəsinin koordinatları Xaçmaz rayon Hülövlü bələdiyyəsinin Rəhimoba kəndinin yerquruluşu xəritəsində qeyd olunmuş torpaq sahəsinə, torpaq sahəsinin planı və ölçüsündə olan cizgilər isə naturada istifadə olunan torpaq sahəsinə uyğundur. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evinə münasibətdə təmin edilə bilməz. Belə ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas təşkil edir. İddiaçı fərdi yaşayış evi üzərinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqmüəyyəndici sənədləri məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evinə münasinətdə təmin edilməməlidir. İddiaçıya izah edilsin ki, yaşayış evinin lahiyəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə İddiaçı verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A №189732 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində yerləşən 1198.59 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması (torpaq sahəsinin bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilməsinə dair şərt yerinə yetirilməklə) öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar