Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2956/2023 14.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.60 ha torpaq sahəsi JN-506 nömrəli kod 30101004 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən üç nəfər ailə üzvü ilə birlikdə iddiaçılara ayrılmışdır. 2003-cü ildən torpaq sahəsi onların istifadəsindədir. Mülkiyyətçilərdən X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında çşəhadətnamə aldıqdan sonra torpaq sahəsi üzərində çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin onlara imtina cavabı verilmişdir. Belə ki, cavabdeh həmin torpaq sahəsinə dair başqa şəxsin adına çıxarışın verildiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə sorğu verərək iddiaçıların cavabdeh inzibati orqana müraciəti və onlara verilmiş imtina cavabının təqdim edilməsi üçün cavabdehə sorğu vermişdir. Alınmış cavablardan məlum olur ki, İddiaçı2 cavabdeh orqana müraciət edərək məsələnin araşdırılması və çıxarışın hazırlanmasına dair göstəriş veriməsi xahiş olunmuşdur. Məhkəməyə verilən iddia tələbində isə iddiaçı başqa şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi və çıxarışın hazırlanması tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətində qoyulan tələblə iddia tələbi fərqlənir. Hazırki mübahisənin həlli üçün ilk növbədə mübahisələndirilən çıxarışın ləğv edilibedilməməsi məsələsinə baxılmalıdır ki, iddiaçı müvafiq xahişlə (çıxarışın ləğv edilməsi ilə bağlı) cavabdehə müraciət etməmişdir. Halbuki, hazırki iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir və ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi həmin iddianın mümkün hesab edilməsi üçün xüsusi şərtlərə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Bundan başqa iddia tələbində göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi də inzibati məhkəmə icraatı çərçivəsində baxılan iddialara aid deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə X1 adına 1.3808 ha kənd təsərrüfatı istehsalı üçün verilmiş **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2956/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2956/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver