Məhkəmə qərarları › İş №2-1(118)-2957/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2957/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2957/2025 16.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə imtinasının əsassız hesab edilərək İddiaçı xx.xx.2024 cü il tarixdən etibarən orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə imtinasının əsassız hesab edilərək iddiaçıya xx.xx.2021-ci il ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı N1-N4-cü illərdə İ Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə yaralandığı üçün N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 179 saylı əmr ilə ştatdan kənar edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 227 nömrəli Qərarı ilə İddiaçı aldığı yara hərbi travma kimi qiymətləndirilmiş və döyüşlərdə yaralandığı qeyd edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 6 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının qərarına əsasən ona ikinci qrup əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə yeni diqanoz olaraq “əlillik əlaməti təyin edilmir” diaqnozu qoyulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə-tibbi ekspertizası təyin edilmiş və tərtib edilmiş xx.xx.2025-ci il tarixli T 110/2025 saylı ekspert rəyi təqdim edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə-tibbi ekspertizasının ekspert rəyində İddiaçı “Əsas diaqnoz: Y.36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması” kimi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklər və travmaların müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və tərtib edilmiş xx.xx.2025-ci il tarixli T 419/2025 saylı ekspert rəyi təqdim edilmişdir. İddiaçıda mövcud olan xəstəliklər və travmaların müəyyən edilməsinə dair keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının ekspert rəyində “Əsas diaqnoz: Y.36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması” kimi; Ağırlaşmalar: G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, sol bazu kələfinin posttravmatik pleksopatiyası, G83.2-yuxarı ətrafların mono-plegiyası, sol yuxarı ətrafın süst monoparezi, proksimal 2 bal, distal 3 bal, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, sol yuxarı ətrafın funksiyasının pozulması, əmək qabiliyyətinin itirilməsi, M24.5-oynaqların kontrakturası, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 25 dərəcə, M79.5-yumşaq toxumalarda qalmış yad cisim, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol ikinci qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cisminin səviyyəsində, sol V-Vl qabırğalar səviyyəsində 17x10mm ölçülü 4 ədəd və bir neçə ədəd 1-2 mm ölçüdə metal qəlpələr” kimi qeyd edilmişdir. Daha sonra İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “Y36.4, L90.5, M70.5, M10.1, M24.5, M62.5, R52.1, Z73.6-Odlu silahla yaralanmadan sonra sol çiyin nahiyəsinin ön səthində kobud dartıcı çapıq toxumaları, sol supraklavikulyar sahədə, sol İİ qabırğa proksimalı səviyyəsində, Th4 fəqərə cismi səviyyəsində, sol V-Vİ qabırğalararası səviyyədə –17x10 mm ölçülü 4 ədəd və bir neçə 1-2 mm ölçülü metal qəlpələri, sol akromioklavikulyar oynağının İİİ dərəcəli artrozu, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 23°), əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu qoyulmuşdur.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 09 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkili iddia ərizəsinə dəqiqləşmə edərək Cavabdehn xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə imtinasının əsassız hesab edilərək İddiaçı xx.xx.2024 cü il tarixdən etibarən orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi və həmin iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək bildirdi ki, iddiaçı barədə xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində qərarlar olmasına baxmayaq iddiaçı həmin qərarları 30 gün ərzində mübahisələndirməmiş və iddiaçının müvafiq qərarlardan məlumatı sms vasitəsi ilə olmuşdur. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli, 0215003AAD0R nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli, C00002706ENM nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən xx.xx.2023-cü il tarixli K00112037KGQ nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə növbəti qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 227 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması. Sol çiyinüstü nahiyyənin irinləmə və ağırlaşmış qəlpə yarası və yad cismi (qəlpə). Sol döş qəfəsinin ön divarının yad cismi (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyənləşdirilmişdir. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Döş qəfəsinin sol yarısının odlu silah yaralanmasından sonrakı çoxsaylı yad cismi. Döş əzələlərinin zədələnməsi, dartıcı çapıq toxuması ağrılarla. Restriktiv tipli mötədil ventilyasiya pozuntusu. Sol körpücük sümüyünün bitişmiş sınığı. Sol bazu oynağının artrozu, qarışıq kontrakturası və ətrafın hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması, ağrı” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol çiyin üstü nahiyyədə ön səthində kobud dartıcı çapıq toxuması. Sol körpücük sümüyünün aktomial ucunun bitişmiş sınığı, aktomioklavikulyar oynağının İİİ dərəcəli artrozu, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol İİ qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cismi səviyyəsində, sol V-Vİ qabırğalar səviyyəsində təxminən 17x10 mm ölçülü 4 ədəd və bir neçə 1-2 mm ölçüdə metal qəlpələri, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3125 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş (xx.xx.N4) Hərbi travma, sol körpücüküstü nahiyədə odlu silahla güllə və qəlpə yaralanması nəticəsində, sol bazu kələfinin postravmatik neyropatiyası. Sol yuxarı ətrafın süst monoparezi. Hərəki və hissi funksiyanın pozulması, xroniki ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsində keçirilmiş xx.xx.2024-cü il tarixli, 1824 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntu müayinə zamanı aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışa əsasən iddiaçıya 30 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 may 2008-ci il tarixli, 227 nömrəli Qərarına əsasən iddiaçının xx.xx.N4-cü il tarixdə aldığı xəsarətin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının Qərarına əsasən 11 may 2024-cü il tarixdə əlillik əlamətinin təyin edilməməsi səbəbindən iddiaçıya əlillik verilməsindən imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanı ünvan 3ımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 1.6-cı bənd: Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bənd: Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2.Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın4.3-cü bəndinəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın4.2-ci bəndindəqeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: 1.4. Tibbi-sosial ekspert komissiyalarıiki pilləlişəkildətəşkil olunur: ilkin pillə— zona tibbisosial ekspert komissiyaları; ali pillə— Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi vəNaxçıvan Muxtar RespublikasıTibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyalarıəlillik dərəcələrinin (qrupunun), müddətini vəsəbəbini müəyyən edir.Şəxsin həyat fəaliyyətinin məhdudlaşmasıdərəcəsindən asılıolaraq “Əlilliyin müəyyən olunmasımeyarlarına dair”Əsasnaməəsasında İ, İİ vəİİİ qrupəlillik təyin edilirvə “Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. 3.1.İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspertkomissiyaları: Həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsiəsasındaəlillik dərəcəsini, onun müddətini, səbəbini vəəlilliyin başverməvaxtınıtəyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddə: Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddə: İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddə: İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 70.Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

6. Məhkəmənin mövqeyi

Hazırkı işdən görünür ki, xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı ilk dəfə olaraq 30 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq Görpücük sümüyünün sınığı. Yumşaq toxumalarda qalmış yad cisim. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Bazu sümüyünün yuxarı ucunun sınığı. Kəskin xolesistitlə birgə öd kisəsi daşları. Oynaqların kontrakturası diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra isə iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə əyani müayinə həyata keçirilmiş və nəticədə əlillik əlamətlərinin təyin edilməməsi diaqnozu səbəbindən iddiaçıya ödənilən pensiya məbləğinin ödənişi dayandırılmışdır. Növbəti əyani müayinə baxışı xx.xx.2022-ci il tarixdə keçirilmiş və sonuncu əyani müayinədə gəlinmiş nəticə ilə eynilik təşkil edilərək əlillik əlamətinin təyin edilməməsi diaqnozu üzrə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları əsasında müvafiq olaraq ilkin və təkrar məhkəmə-tibbi ekspertizaları keçirilmişdir. Ekspertiza nəticəsində iddiaçıda mövcud olan xəstəlik, qüsur və travmalara münasibətdə oxşar nəticələri ifadə edən rəylər tərtib edilmişdir. Belə ki, ekspert rəyində “Əsas diaqnoz: Y.36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması” kimi; Ağırlaşmalar: G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsİ, sol bazu kələfinin posttravmatik pleksopatiyası, G83.2-yuxarı ətrafların mono-plegiyası, sol yuxarı ətrafın süst monoparezi, proksimal 2 bal, distal 3 bal, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, sol yuxarı ətrafın funksiyasının pozulması, əmək qabiliyyətinin itirilməsi, M24.5-oynaqların kontrakturası, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 25 dərəcə, M79.5-yumşaq toxumalarda qalmış yad cisim, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol ikinci qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cisminin səviyyəsində, sol V-Vl qabırğalar səviyyəsində 17x10mm ölçülü 4 ədəd və bir neçə ədəd 1-2 mm ölçüdə metal qəlpələr” kimi qeyd edilmişdir. İddiaçı daha sonra məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “Y36.4, L90.5, M70.5, M10.1, M24.5, M62.5, R52.1, Z73.6-Odlu silahla yaralanmadan sonra sol çiyin nahiyəsinin ön səthində kobud dartıcı çapıq toxumaları, sol supraklavikulyar sahədə, sol İİ qabırğa proksimalı səviyyəsində, Th4 fəqərə cismi səviyyəsində, sol V-Vİ qabırğalararası səviyyədə –17x10 mm ölçülü 4 ədəd və bir neçə 1-2 mm ölçülü metal qəlpələri, sol akromioklavikulyar oynağının İİİ dərəcəli artrozu, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 23°), əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə əlillik təyin edilməsi şəxsin sağlamlıq vəziyyətində mövcud olan faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun gəlinmiş nəticəyə dair aktın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsi və nəticəsi İddiaçı barəsində onun sağlamlıq vəziyyətinə uyğun əlilliyin təyin edilməsi üçün sözügedən aktın hüquqi əsasını təşkil edir. Göründüyü üzrə əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçıda hazırki vaxtda olan xəstəliklərin və travmaların mövcudluğu onun barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər, habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Yəni, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəf iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya əlillik statusunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə cavabdehin imtinası əsassız hesab edilərək İddiaçı xx.xx.2024 cü il tarixdən etibarən orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar