Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2959/2022 27.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisi, M.Əsədov küçəsində yerləşən "xxxx" firmasına məxsus ticarət obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq "Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisi, M.Əsədov küçəsində yerləşən "xxxx" firmasına məxsus ticarət obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 26 fevral 2003-cü il tarixli qərarı ilə 195 kv.m torpaq sahəsi, 19 noyabr 2004-cü il tarixli qərarı ilə 120 kv.m torpaq sahəsi həyat yoldaşım X3 ayrılmışdır. Həmin sahələrin üzərində tikilmiş tikililərlə əlaqədar olaraq inşaat pasportları hazırlanmış daha sonra tikinti işləri həyata keçirilərək istifadəyə verilmişdir. Hər iki torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam verilmişdir. Yuxarıda qeyd edilən sənədləri toplayaraq qeyri-yaşayış binasına çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdirlər, ona xx.xx.2022-ci il tarixdə imtina məktubu ilə bildirilmişdir ki, tikintiyə icazə sənədi və istismara icazə sənədi təqdim edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Belə ki, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis-Geoloji Mərkəzin 13 aprel 2012-ci il tarixli rəyinə əsasən tikinti üçün ayrılmış sahənin mühəndis-geoloji şəraiti məqbul qiymətləndirilmişdir. AR FHN X9 Xidmətinin 11 iyul 2012-ci il tarixli rəyində layihə sənədlərinin müvafiq tələblərə uyğunluğu göstərilmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışını, Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisinin tərtib etdiyi 16 aprel 2012-ci il tarixli aktı, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 28 iyun 2012-ci il tarixli rəyini, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 02 iyul 2012-ci il tarixli rəyini, X1 Baş İdarəsinin 16 avqust 2012-ci il tarixli rəyini, qeyri-yaşayış binasının texniki pasportunu, "RƏSUL-92” firmasına məxsus ticarət obyektinin eskiz layihəsini, '’RƏSUL- 92” MMC-nin nizamnaməsini, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardlm edilmiş, izah edilmişdir ki, iddia tələbi iddiaçının adından deyil firmanın adından qaldırıla bilərdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı iddia ərizəsində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisi, M.Əsədov küçəsində yerləşən "xxxx" firmasına məxsus ticarət obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Hazırki iş üzrə iddiaçı qismində İddiaçı iddia qaldırmış olsa da, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi mövcud mübahisə "xxxx" Firmasına məxsus ticarət obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını müəyyən edilir. Belə ki, qeyd edilənlərdən göründüyü kimi, iddiaçının iddianın əsası kimi istinad etdiyi hüquqi sənədlər onun özünə deyil "xxxx" Firmasına aiddir. İddiaçı "xxxx" firmasının adından deyil, öz adından iddia qaldırmışdır. Bu isə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, "xxxx" Firması adından iddia qaldırılması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2959/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2959/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver