Məhkəmə qərarları › İş №2-1(118)-296/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-296/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-296/2021 30.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.04.2020-ci il tarixli 0244 saylı əmri ləğv edilməsi və əvvəlki vəzifəsinin bərpa edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.04.2020-ci il tarixli 0244 saylı əmri ləğv edilməsi və əvvəlki vəzifəsinin bərpa edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının döyüşlərdə iştirakı ilə əlaqədar mübahisənin məhkəmədənkənar həllinin olması ehtimalı nəzərə alınaraq tərəflərə məhkəmə tərəfindən vaxt verilmişdir. 24 sentyabr 2021-ci il tarixdə cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin 18.09.2021 -ci il tarixli müvafiq əmrilə iddiaçı K.N.Mustafa Azərbaycan Respublikası Müdafiə Nazirliyində müvafiq vəzifəyə təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibatı akt qəbul etməyə və ya qanu nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı hallarda məhkəmə icraat xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıda 21.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası müdafiə nazirinin 18.09.2021 -ci il tarixli müvafiq əmri ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində müvafiq vəzifəyə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.04.2020-ci il tarixli 0244 saylı əmri ləğv edilməsi və əvvəlki vəzifəsinin bərpa edilməsinə” dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar