Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-297/2022 27.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası X6 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi”nə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət X10 Hüquqi Şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının Kupçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində işləmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 33.1.4-cü maddəsi ilə işdən azad edilmişdir. Buna səbəb göstərilən qanunun 13.2-ci maddəsinə istinad edilməsidir. Hesab edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmri qanunvericiliyin normalarına zidd qəbul edilmiş və ləğv edilməlidir. Belə ki, göstərilən əmrin əsaslandırıcı hissəsində göstərilmişdir ki, qanunvericiliyin tələbi pozularaq işə qəbul edilməmişdir. Lakin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 28-ci maddəsinin tələbinə əsasən qanunvericiliyin tələbinə tam olaraq cavab verən qaydada işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. İnzibati orqanın istinad etdiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 13.2-ci maddəsində isə qeyd edilir ki, İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. İşə qəbul edilərkən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş 26.05.2012-ci il tarixli, 58-0506597/65 saylı məktubu ilə göstərilmişdir ki, ona Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş В N: 450368 diplom dövlət nümunəli sənəddir və həmin sənədi cavabdehə orqana təqdim etmişdir. Cavabdeh orqanın əmrdə istinad etdiyi hal isə onun tərəfindən pozulmasıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı şifahi məhkəmə baxişı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Quba RİHB-nin 06 fevral 2017ci il tarixli 09 saylı əmrinə əsasən RİHB-nin Küpçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin edilmişdir. X6 Rayon İcra Hakimiyyətinə göndərdiyi 02 avqust 2021-ci il tarixli 01/05-09/2019 saylı məktubunda (surəti etiraza əlavə edilmişdir) göstərilmişdir ki, İddiaçı adına yazılan, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş "B" seriyalı, 450368 nömrəli diplom blankının hüquqi asası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir. Qeyd olunan məktuba əsasən İddiaçı barəsində müvafiq əmr verilmişdir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 13 2 ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Hamin Qanunun 33.1.4-cü maddəsinə əsasən dövlət qulluğuna qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə xitam verilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası X11 etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət X10 hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.28-ci yarımbəndinə əsasən Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, 2.1.29-cu yarımbəndinə əsasən dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir, 2.1.34-cü yarımbəndinə uyğun olaraq isə dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini, həmçinin Dövlət Qulluqçularının Reyestri vasitəsi ilə öyrənir. Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatları araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Bundan əlavə, Mərkəzin elektron arxiv məlumatlarında X11 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən İddiaçı hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Həmçinin, diplom məlumatlarının həqiqiliyinin yoxlanılması məqsədilə bir sıra şəxsin, o cümlədən İddiaçı malik olduğu diplomun dövlət nümunəli olub-olmamasına dair rəy verilməsi məqsədilə Mərkəz tərəfindən Təhsil Nazirliyinə 24.06.2020-ci il tarixli 01/05- 09/1313 nömrəli məktubla (əlavə olunur) müvafiq sorğu göndərilmişdir. Nazirliyin 07.07.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubunda (əlavə olunur) İddiaçı aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. "Azərbaycan Respublikasının Dövlət X10 hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.34-cü yarımbəndinə uyğun olaraq (dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir) müvafiq məsələ ilə bağlı 07.09.2020-ci il tarixli 01/04-09/2013 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Quba Rayon İcra Hakimiyyətinə) müraciət edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən 30 dekabr 2020-ci il tarixli 02\2-2229çıx-20 nömrəli cavab məktubunda Azərbaycan Beynəlxalq Universitetinin adından diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı toplanmış materialların Baş İdarənin İstintaq idarəsində hazırda istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi bildirilmişdir. Müvafiq məsələ haqqında, həmçinin 02.08.2021-ci il tarixli 01/01-09/2016 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilmiş, 02.08.2021-ci il tarixli 01/05-09/2019 nömrəli məktubla Quba Rayon İcra Hakimiyyətinə təkrar müraciət edilmişdir. Reyestr vasitəsi ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə 30.08.2021-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası X6 nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Həsənov X8 RİHB-nin 06 fevral 2017-ci il tarixli 09 saylı əmrinə əsasən RİHB-nin Küpçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin edilmişdir. X6 Rayon İcra Hakimiyyətinə göndərdiyi 02 avqust 2021-ci il tarixli 01/05-09/2019 saylı məktubunda (surəti etiraza əlavə edilmişdir) göstərilmişdir ki, İddiaçı adına yazılan, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş "B" seriyalı, 450368 nömrəli diplom blankının hüquqi asası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir. Qeyd olunan məktuba əsasən İddiaçı barəsində müvafiq əmr verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti Başçısının 71 saylı, 30 avqust 2021-ci il tarixli Əmrinə əsasən Quba rayon İcra Hakimiyyəti Başçısının Küpçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı dövlət qulluğuna, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, 30 avqust 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Əmrin əsası kimi X6 02 avqust 2021-ci il tarixli 01/05-09/2019 saylı məktubu göstərilmişdir. X6 məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətində çalışan İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “B” seriyalı, 450368 nömrəli diplom bankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hərhansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və Məhkəmənin 20.12.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Təhsil Nazirliyi 10.01.2022-ci il tarixli, 18-18- 02/12 saylı cavab məktubunda bildirmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına yazılmış B seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil sənədinin nümunəsini hökümət təsdqi edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verir. Eyni zamanda B seriyalı 450368 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən heç bir ali təhsil müəssisəsinə verilməmişdir. Habelə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət X10 Hüquqi Şəxsi etirazında qeyd etmişdir ki, Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatları araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Bundan əlavə, Mərkəzin elektron arxiv məlumatlarında X11 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən İddiaçı hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Həmçinin, diplom məlumatlarının həqiqiliyinin yoxlanılması məqsədilə bir sıra şəxsin, o cümlədən İddiaçı malik olduğu diplomun dövlət nümunəli olub-olmamasına dair rəy verilməsi məqsədilə Mərkəz tərəfindən Təhsil Nazirliyinə 24.06.2020-ci il tarixli 01/05- 09/1313 nömrəli məktubla (əlavə olunur) müvafiq sorğu göndərilmişdir. Nazirliyin 07.07.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubunda (əlavə olunur) İddiaçı aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. "Azərbaycan Respublikasının Dövlət X10 hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.34-cü yarımbəndinə uyğun olaraq (dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir) müvafiq məsələ ilə bağlı 07.09.2020-ci il tarixli 01/04-09/2013 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Quba Rayon İcra Hakimiyyətinə) müraciət edilmişdir. Reyestr vasitəsi ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə 30.08.2021-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə uyğun olduğu və imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-297/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-297/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver