Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-297/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaç İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli NA00005033 nömrəli qərarın ləğv edilməsi, Ukrayna Təhsil və Elm Nazirliyi Poltava X4 tərəfindən verilmiş B19 №249695 seriyalı, xx.xx.2019-cu il tarixli ali təhsil haqqında bakalavr diplomunun (kvalifikasiyanın) tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X5rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli NA00005033 nömrəli qərarın ləğv edilməsi, Ukrayna Təhsil və Elm Nazirliyi Poltava X4 tərəfindən verilmiş B19 №249695 seriyalı, xx.xx.2019-cu il tarixli ali təhsil haqqında bakalavr diplomunun (kvalifikasiyanın) tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində orta təhsili başa vuraraq, xaricdə ali təhsil almaq qərarına gəldiyi üçün Ukrayna Təhsil və Elm Nazirliyi Poltava X3 daxil olmuşdur. 2019-cu ildə həmin Akademiyanı qiyabi təhsil forması üzrə bitirərək, “Müəssisənin iqtisadiyyatı” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. Sözügedən ali təhsil müddəti xx.xx.2014-xx.xx.2019-cu illəri əhatə etmişdir. Akademiya tərəfindən verilmiş B19 №249695 seriyalı, xx.xx.2019-cu il tarixli ali təhsil haqqında bakalavr diplomu və 2219 nömrəli, xx.xx.2019-cu il tarixli diploma əlavə sənədləri ilə qeyd etdiyi fakt tam şəkildə öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, xarici dövlətdə təhsil alan şəxs həmin dövlətdə əldə etmiş olduğu ali təhsilə aid kvalifikasiyanı (diplomu, sertifikatı və s.) şəxsin həmin kvalifıkasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etməsi və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olması üçün tanıtdırmaq məcburiyyətində qalır. Tanınma - xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür. Ukrayna Təhsil və Elm Nazirliyi Poltava X4 tərəfindən verilmiş B19 №249695 seriyalı, xx.xx.2019-cu il tarixli Ali Təhsil haqqında Bakalavr Diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün elektron qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. TKTA-nın 02 avqust 2022-ci il tarixli NA00005033 nömrəli Qərarı ilə sözügedən diplomun tanınmasından və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq izah etdi ki, 2014-2015-ci illərdə Donetsk vilayətində başlayan müharibə ilə əlaqədar dərslər keçirilməmişdir, ali təhsil müəssisəsi tələbələri çağıracaqlarını desələr də, sonrdan tədrisə çağırılmamışlar. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: xx.xx.2014/2015-ci tədris ili üzrə (yarımil) - getməyib, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə - 4 gün, 2017/2018-ci tədris ili üzrə - 5 gün, 2018/2019-cu tədris ili üzrə 5 gün, 2019/xx.xx.2019-cu tədris ili üzrə (yarımil) - 25 gün. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2022-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş: -“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X6 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ərizəçi ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr"in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramfna əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Bel ki, ərizəçinin təhhsil adlığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənsimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndində əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. -Ukrayna Təhsil və Elm Nazirliyi Poltava X4 tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli B19 249695 nömrəli diplomundan görünür ki, İddiaçı “müəssisənin iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili almışdır. -xx.xx.2021-ci il tarixdə həmin diplom Kiyev şəhərində Ukrayna Təhsil və Elm Nazirliyi idarəsinin rəisi Şapoval S.S A-2208-21 saylı nömrə ilə apostil edilmişdir. - Ukrayna Təhsil və Elm Nazirliyi X9 Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01- 10/46 nömrəli arayışdan görünür ki, fiziki şəxslərin vəsaitləri hesabına qiyabi təhsil forması üzrə Poltava X4nda (indiki X9 Universiteti) təhsil almış və 2015- 2016-cı tədris ilində “Müəssisələrin iqtisadiyyatı” hazırlı istiqaməti üzrə İqtisadiyyat və menecment fakültəsinin 2-ci kursunun tədris planını icra etmiş və yuxarıda qeyd edilən fakültənin 3-cü kursuna keçirilmişdir (xx.xx.2016-cı il tarixli 1452- ct saylı əmr). Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2020-ci il tarixli 1283 saylı “Poltava X4nın növünün dəyişdirilməsi və adının X9 Universitetinə dəyişdirilməsi haqqında”, xx.xx.2021-ci il tarixli 879 saylı “X9 Universitetinin Nizamnaməsinin təsdiqi haqqında” əmrlərinə müvafiq olaraq və rektorun xx.xx.2021-ci il tarixli 220 saylı əmrinə əsasən Poltava X4nın növü dəyişdirilmiş və adı X9 Universitetinə dəyişdirilmişdir. - Ukrayna Təhsil və Elm Nazirliyi X9 Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01- 10/50 nömrəli arayışdan görünür ki, fiziki şəxslərin vəsaitləri hesabına qiyabi təhsil forması üzrə Poltava X4nda (indiki X9 Universiteti) təhsil almış və 2016- 2017-ci tədris ilində “Müəssisələrin iqtisadiyyatı” hazırlı istiqaməti üzrə İqtisadiyyat və menecment fakültəsinin 3cü kursunun tədris planını icra etmiş və yuxarıda qeyd edilən fakültənin 4-cü kursuna keçirilmişdir (xx.xx.2017-ci il tarixli 1412- ct saylı əmr). - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1759/223 saylı qərardadı ilə iş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Təhsildə Keyfiyyət Təminatı Ağentliyinə 1 ay müddət müəyyən edilmişdir. - Cavabdeh tərəfindən verimiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118) 1759/2023 nömrəli qərardadı əsasında İddiaçı Ukrayna Poltav X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 249695 nömrəli diplom üzrə əldə etdiyi "Müəssisə iqtisadiyyatı" ixtisasının tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasınd yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir. İ il - (yarımil)-getməyib, İİ il - getməyib, İİİ il -4 gün, İV il -5 gün, V il - 5 gün, V il - 25 gün, Qeyd: Akademik illər - xx.xx.2014 - xx.xx.2019.Təhsil müddəti 5 il. İddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiy üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən az yarısı gədərtəhsil aldığı ölkənin ərazisind olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qəra ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasə həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan ço olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərini həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da iddiaçının auditoriy dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqust tarixli 2306 nömrə Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmas Qaydalan”nm 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən iddiaçının xarici dövlətin ali təhsilə ai kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsaslar mövcud olduğundan və 0 noyabr 2023-cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasında imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyanivə qiyabi təhsilalma formaları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları: -bənd 1.2.Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. -bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 4.1.1 tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin norrfıativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. 3.10 Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura , səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali,təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarfnın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinaya əsas kimi göstərdiyi təhsilin normativ müddətinin iddiaçı tərəfindən yerinə yetirilməməsi və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünün dövlət standartlarının tələblərinə uyğun olmaması imtina üçün mötəbər əsaslardır və qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən inzubati orqan tərəfindən diskresion səlahiyyətlər əsasılnda qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığıverildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-297/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-297/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver