Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2974/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı Rusiya Federasiyasının X13 Universitetinin hüquq fakültəsinin “Beynəlxalq hüquq” ixtisasının “magistr” təhsil dərəcəsini müvəffəqiyyətlə bitirməsi barədə ona verilən qeydiyyat nömrəsi 03/MЮ **********798 xx.xx.2014-cü il tarixli diplomun tanınmasına dair müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X12rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının X13 Universitetinin hüquq fakültəsinin “Beynəlxalq hüquq” ixtisasının “magistr” təhsil dərəcəsini müvəffəqiyyətlə bitirməsi barədə ona verilən qeydiyyat nömrəsi 03/MЮ **********798 xx.xx.2014-cü il tarixli diplomun tanınmasına dair müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2012-ci il tarixə qədər X13 Universitetinin hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “bakalavr” təhsil dərəcəsinin normativ tədris müddəti ilə (tədris müddəti 4 il) əyani tədris forması üzrə təhsil almışdır. Bakalavr təhsil dərəcəsini bitirikdən sonra dərhal eyni universitetin “Beynəlxalq hüquq“ ixtisası üzrə “magistr” təhsil dərəcəsinin normativ tədris müddəti ilə (tədris miiddəri 2 il) qiyabi tədris forması üzrə xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixə qədər təhsil almışdır. Eyni zamanda xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək eyni universitetin hüquq fakültəsinin xarici dillər kafedrasında əlavə peşə təhsili proqramı çərçivəsində əyani tədris formasında “Hüquqşünaslıq sahəsində xarici dil üzrə mütəxəssis” peşə təhsili barəsində diplom alıb tədris planını tam olaraq yerinə yetirmiş, dövlət attestasiyasını uğurla yerinə yetirərək hüquqşünaslıq üzrə “bakalavr” və “magistr” dərəcəsinə yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra qeydiyyat nömrəsi 162/бю P№ 05161 nömrəli “bakalavr”, qeydiyyat nömrəsi 03/3MЮ 107705 ******* nömrəli “magistr” və qeydiyyat nömrəsi 1626/ДПК 14 001626 nömrəli “peşə təhsili” haqqında diplomları almışdır. Xarici dövlətin ali təhsil sahəsində ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 2015-ci ildə Təhsil Nazirliyi nəzdində Akkreditasiya və Nostrifikasiya İdarəsinə tərəfindən müraciət edilmişdir. Tərəfindən edilmiş müraciət əsasında, ali təhsil üzrə diplomların tanınması üçün 2015-ci ilin dekabr ayında müsahibə keçirilmiş, nostrifikasiya prosedurun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən verilmiş suallar cavablandırılmış, lakin müsahibə zamanı ekspert qrupunun bir üzvü onun qarşısında seçim tələb edərək “seçim edin, ya bakalavr ya da magistr diplomunu təsdiq edəcəyik” demiş və yuxarıda qeyd etdiyi 3 diplomlardan yalnız “bakalavr” diplomunun təsdiq edildiyini və digər diplomlarla bağlı bir müddətdən sonra müraciət edə biləcəyi bildirilmişdir. Bundan sonra iddiaçıya digər diplomlarla bağlı imtina qərarı gəlmişdir. Təkrar müraciət etmək istədikdə artıq imtina qərarının verildiyi bildirilərək təkrar müraciətinə baxılmamışdır. İddiaçı cavabdehin imtinasını tam əsassız və qanunsuz hesab edir. Cavabdeh tərəfindən təşkil olunmuş müsahibə zamanı eyni gündə bakalavr dərəcəsi haqqında olan diplom təsdiq edilmiş, lakin magistr dərəcəsi haqqında diplomuna imtina cavabı verilmişdir. İmtina məktubunda “nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız magistr ixtisası üzrə bilik səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir” qeyd edərək, onun rus dilinin bilik səviyyəsinin qənaətbəxş olmamasını əsas tutaraq magistr dərəcəsi haqqında diplomu Azərbaycan Respublikası ərazisində tanınmasına layiq bilinməmişdir. Eyni gündə keçirilən müsahibə zamanı bakalavr diplomunu təsdiq edib lakin magistr diplomunun təsdiq edilməməsi və rus dilinin bilik səviyyəsinin qənaətbəxş olmamasını əsas gətirməsi ağlabatan deyildir. Belə ki, o, X13 Universitetində təhsilini əyani (bakalavr), qiyabi (magistr) və “Hüquqşünaslıq sahəsində xarici dil üzrə mütəxəssis” peşə təhsili barəsində təhsil əyani formada bitirmişdir. Bundan başqa, o, ailə üzvləri ilə birgə 1998-ci ildən Rusiya Federasiyasının Moskva şəhərinə köçüb və orda 11 illik etno-mədəni azərbaycan komponentli tam orta məktəbini bitirərək ** AA ***4707 nömrəli attestatı almışdır. Rusiya Federasiyasının Moskva şəhərində yaşayaraq əyani formada təhsil aldığı Rusiya Federasiyasının qanunlarına uyğun miqrasiya orqanı tərəfindən xarici pasportuna vurulmuş möhürlər bir daha sübut edir. Təhsil aldığı dövrdə dərsə davamiyyəti tam olmuş, yüksək qiymətlərlə universiteti bitirmişdir. Dərsə davamiyyətinin tam olması rus dilini sərbəst bilməsini bir daha sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasəncavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, cavabdeh agentlik iddiaçının müraciətinə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün xx.xx.2016-cı il tarixdə iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Ekspertiza xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilən normalardan da göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələbləri müəyyən edən bir anlayışdır. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına bilir. Bu əsasla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 009603 seriyalı şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə Rusiya Federasiyasının X13 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomu Azərbaycan Respublikasında tanınmışdır. - X3 xx.xx.2012-ci ldə Rusiya Federasiyasının Xalqlar Dostluğu Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomu Azərbaycan Respublikasında 050212 – Hüquqşünaslıqhüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir. - 03/MЮ **********798 seriyalı 26.0.2014-cü il tarixli magistr diplomundan görünür ki, X2 Federasiyasının Xalqlar Dostluğu Universitetinin hüquqşünaslıq fakültəsi üzrə magistr təhsili almışdır. -Nikahın bağlanması haqqında AZ-İİ 475489 seriyalı şəhadətnamədən görünür ki, X1 Elvin Xəqani oğlu ilə nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. -cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli ekspert rəyindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibəyə dəvət edilmişdir. Ekspert qrupu tərəfindən Q.Quliyevanın aldığı magistr ixtisası üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyanivə qiyabi təhsilalma formaları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları: -bənd 1.2.Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. -bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə qeyd edir ki, cavabdehin mənfi rəy verilməsinə əsas kimi göstərdiyi tədris blini qənaətbəxş səbiyyədə olmaması barədə dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X11 Universitetinin bakalavr pilləsini 2012-ci ildə bitirərək həmin ildə eyni universitetin magistrartura bölməsinə daxil olmuş və 2014-cü ildə həmin təhsil dərəcəsini bitirmişdir. 2015-ci ildə iddiaçı müvafiq diplomları cavabdeh orqana təqdim edərək həmin diplomların tanınması barədə ekvivalentlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müsahibə keçirilmiş və iddiaçının bakalavr pilləsini müvəfəqqiyətlə bitirməsi barədə diplomun tanınması barədə şəhadətnamə təqdim etsə də, eyni tarixdə magistr diplomunun tanınmasından imtina barədə qərar qəbul etmişdir. İmtinanın əsası kimi xx.xx.2015-ci il tarixli ekpsert rəyi təqdim edilmişdir. Ekspert rəyində “magistr ixtisası üzxrə bilik səviyyəsinin qənaətbəxş olmaması” barədə qeyriaydın əsas göstərilmişdir. Lakin cavabdeh iddia ərizəsində imtinanın əsası kimi iddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olmasını göstərmişdir. Məhkəmə cavabdehin gətirdiyi dəlilləri əsassız hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı eyni universitetin 2008-2012-ci illərdə bakalavr təhsil dərəcəsini, 2012-2014-cü illərdə isə magistr təhsil dərəcəsini almaq üçün tədrisini başa vrumuşdur. Göründüyü kimi təhsildə hər hansı fasiləyə yol verilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının tədirs dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması və ya unutması kimi ehtimallar ağlabatan deyildir. Cavabdeh bakalavr təhsil dərəcəsi üzrə diplomun tanınması barədə qərar qəbul etdiyi halda, eyni tarixdə magistr dərəcəsi üzrə diplomun tanınmasından tədris dilini bilmə səviyyəsi ilə bağlı imtina etməsi əsassız heasb edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X13 Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq hüquq” ixtisasının “magistr” təhsil dərəcəsinin müvəffəqiyyətlə bitirdiyi üçün ona verilən 03/MЮ **********798 qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli diplomun tanınmasına dair müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2974/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2974/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver