Məhkəmə qərarları › İş №2-1(118)-2975/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2975/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2975/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh arxiv sənədlərində qeyd edilmiş X4, İddiaçı Yusif oğluna düzəliş edilməsi və buna dair doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Cavabdeh arxiv sənədlərində qeyd edilmiş X4, İddiaçı Yusif oğluna düzəliş edilməsi və buna dair doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-174/15 saylı məktubu ilə iddiaçının müracilətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsində ata adı “Yusub” kimi qeyd edilmişdir. Lakin, bir çox sənədlərdə atası X6 göstərilmişdir. Məlumat üçün qeyd edir ki, qızına şəxsiyyət vəsiqəsi almaq üçün aidiyyatı quruma müraciət etmişdir, oradan ona bildirilmişdir ki, qızının baba adı ''Yusif' kimi göstərilmədiyindən qızına məxsus sənədlər sistemə oturmamışdır. Bu səbəblə o, şəxsiyyət vəsiqəsində qeyd edilmiş İddiaçı İddiaçı Yusif oğluna düzəliş edilməsi məqsədi ilə doğum haqqında şəhadətnamənin yenisinin əldə etmək üçün Cavabdehnə müraciət etmişdir. Lakin, cavabdeh qurumdan bildirilmişdir ki, arxiv sənədlərində onun soyad, ad və ata adı X2 göstərilmişdir və bu səbəbdən də ona imtina məktubu verilərək, inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Zərdab rayonu Şıxbağı kənd icra nümayəndəliyində xx.xx.1961-ci ildə tərtib edilmiş 139 saylı doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Yusubov”, adı “Yusifəli”, ata adı “Yusub” qeyd edilmişdir. İddiaçı atasına məxsus Zərdab rayonu Şahhüseynli kənd icra nümayəndəliyində xx.xx.1982-ci ildə tərtib edilmiş 16 saylı ölüm haqqında akt qeydində ölən şəxsin adı “Usub” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Cavabdeh arxiv sənədlərində qeyd edilmiş X4, İddiaçı Yusif oğluna düzəliş edilməsi və buna dair doğum haqqında şəhadətnamənin verilməsini istəyir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Əsasnamənin 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nikah haqqında şəhadətnaməsinin, paportunun, orta təhsil haqqında attestatının, əmək kitabçasının, X1 Şəhadətnaməsinin surətlərində məlumatları ata adı “İddiaçı Yusif oğlu” olaraq qeyd edilmişdir. Həmçinin iddiaçının qardaşı İddiaçıxan Yusif oğlunun şəxsiyyət vəsiqəsində onun ata adı “Yusif” olaraq qeyd edilmişdir. İddiaçının bacısı X5, qardaşı X8 doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, onların da ata adları “Yusif” olaraq qeyd edilmişdir. İddiaçının bacısı X9 şəxsiyyətə vəsiqəsində, qardaşı X8 şəxsiyyət vəsiqəsində də ata adları “Yusif” olaraq qeyd edilmişdir. İddiaçının atası X10 X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27 saylı vəsiqəsində adı “Yusif” olaraq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilmiş sənədlərdə mövcud olan məlumatlar iddiaçının adı, ata adı, soyadının “İddiaçı Yusif oğlu” olduğunu təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arxiv sənədlərində qeyd edilmiş X4, İddiaçı Yusif oğluna düzəliş edilməsi və buna dair doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh arxiv sənədlərində qeyd edilmiş X4, “İddiaçı Yusif oğlu”na düzəliş edilməsi və buna dair doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar