Məhkəmə qərarları › İş №2-1(118)-2978/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2978/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2978/2022 03.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçınların nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil bürosunun vəkili, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 9B, mənzil 25-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 Mais oğlunun, İddiaçı3 və Fərmanlı X12 Cavabdehnə qarşı Cavabdeh tərəfindən tərtib olunmuş 143 saylı,xx.xx.2002-ci il tarixli nikah haqqında akt qeydində “kişi” bəndində, “evlənənədək və evlənənəndən sonra soyadları”, “qadın evlənənəndən sonra” bəndində “Fərmanlı”dan “Sarıyev ,”Sarıyeva”ya 87 saylı xx.xx.2004-cü il tarixli doğum haqqında akt qeydində uşaq, ata və ana bəndlərində “Fərmanlı” soaydlarından “Sarıyev”, “Sarıyeva” soyadlarına 158 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında akt qeydində uşaq,ata və ana bəndlərində “Fərmanlı” soyadlarından “Sarıyeva” “Sarıyev” “Sarıyeva” soyadlarına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 Mais oğlu, İddiaçı3 və X13 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qarşı Cavabdeh tərəfindən tərtib olunmuş 143 saylı xx.xx.2002-ci il tarixli nikah haqqında akt qeydində kişi bəndində evlənənədək və evlənənəndən sonra soyadları, qadın evlənənəndən sonra bəndində “Fərmanlı”dan “Sarıyev ,”Sarıyeva”ya, 87 saylı xx.xx.2004-cü il tarixli doğum haqqında akt qeydində uşaq, ata və ana bəndlərində “Fərmanlı” soaydlarından müvafiq olaraq “Sarıyeva”, “Sarıyev” “Sarıyeva” soyadlarına, 158 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında akt qeydində uşaq, ata və ana bəndlərində “Fərmanlı“ soyadlarından müvafiq olaraq “Sarıyev”, “Sarıyev, “Sarıyeva” soyadlarına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxx 1979-cu ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuşdur. X2, anası X1r. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra, ailə Sumqayıt şəhərində məskunlaşmışdır. 1996-cı ildə yəni, yetkinlik yaşına çatmadan valideynləri onun soyadını "Sarıyev"dən "Fərmanlı”ya dəyişmişlər. Lakin onun doğum haqqında şəhadətnaməsində müvafiq dəyişiklik aparılmamışdır. Buna baxmayaraq, ona "Fərmanlı" soyadı ilə şəxsiyyət vəsiqəsi verilmiş və bütün sənədlərdə (doğum haqqında şəhadətnamə istisna olunmaqla) onun soyadı "Fərmanlı" kimi yazılmışdır. X14 07 sentyabr 2002-ci ildə X16 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvadına da “Fərmanlı” soyadı verilmişdir. Onların birgə nikahından iki övladları vardır - xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı İl təvəllüdlü X11. Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında “X14”, ana qrafasında isə “İddiaçı3” yazılmışdır. Uşaqlardan İddiaçı2 verilmiş şəkilsiz şəxsiyyət vəsiqəsi ASAN-Sumqayıt tərəfindən xx.xx.2014-cü ildə verilib və xx.xx.2020-cİ ilədək etibarlı olub. Bundan sonra ona xx.xx.2030cu il tarixədək etibarlılıq müddəti olan yeni nəsil şəxsiyyət vəsiəsi verilibdir. X10 xx.xx.2014-cü ildə ASAN-Sumqayıt tərəfindən verilmiş şəkilsiz şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2000-ci ildə başa çatıb. X19 11-ci sinif şagirdidir, ali məktəbə hazırlaşır. Fərmanlı Nəzrinə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt ASAN Xidmət Mərkəzinə müraciət etdikdə, aşkar oiunub ki, onun özünə məxsus 'doğum haqqında şəhadətnamədə ata qrafasında “X14” yazılmasına baxmayaraq, atasına məxsus doğum haqqında şəhadətnamədə atasının adı “İddiaçı1” kimi qeyd olunubdur.Bu səbəbdən də X14 öz şəxsiyyət vəsiqəsini dəyişmək məcburiyyətində qalmış və xx.xx.2032-ci il tarixinədək etibarlılıq müddəti olan yeni nəsil şəxsiyyət vəsiqəsi veriərək yeni vəsiqədə soyadı "Sarıyev" yazılmışdır. Bu dəyişklikdən sonra o, həyat yoldaşı ilə birlikdə Cavabdehnə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş 143 saylı, xx.xx.2002-ci il tarixli nikah haqqında akt qeydində və uşaqların doğum akt qeydlərində müvafiq düzəlişlərin aparılmasını xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-58/62 saylı imtina bildirişi vermişdir. İddiaçıların övlad xx.xx.2006-cı il təvəllüdlü X11 ərizə ilə məhkəməyə müraciət edərək,valideynlərinin onun soyadının “Fərmanlı”-dan “Sarıyeva”ya dəyişrililməsi barədə iddia tələbi ilə razı olduğunu bildirmiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş X7 hərbi bileti, diplomlarda, məcburi köçkün vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnamədə soyadının “Fərmanlı” kimi qeyd olunduğu, şəxsiyyət vəsiqəsində isə “Sarıyev” kimi qeyd olunduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş İddiaçı2 və X8 şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamədə soyadının “Fərmanlı” kimi qeyd olunduğu müəyyən edildi. -AZ-İ № 000209 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İsayeva İddiaçı3 Mehman Mais oğlu ilə nikaha daxil olaraq “Fərmanlı” soyadını qəbul etmişdir. -Vİ-ЖГ № 385734 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1979-cu ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuşdur.Ata qrafasında “X15”, ana qrafasında “X4” qeyd edilmişdir. - Məhkəmə sorğusuna əsasən AR Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sarıyev (Fərmanlı) Mehman Mais oğlunun, İddiaçı3 və X5 Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. - Cavabdeh məhkəmənin sorğusuna əsəsn verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qubadlı rayon Mahmudlu icra nümayəndəliyi tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.1979-cu il tarixli, 15 saylı doğum. Cavabdeh tərəfindən X6 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli, 143 saylı nikah, İddiaçı2 adına tərtib edilmiş 01,03.2004-cü il tarixli, 87 saylı doğum, X3 adına tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 158 saylı doğum haqqında akt qeydlərinin surəti məhkəməyə göndərilmişdir. - Qubadlı rayon Qayalı icra nümayəndəliyi tərəfindən İddiaçı1 adına tərtib edilmiş xx.xx.1979-cu il tarixli, 15 saylı doğum akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuşdur. Ata qrafasında X15,ana qrafasında X4 qeyd edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı2 adına tərtib edilmiş 01,03.2004-cü il tarixli, 87 saylıvə X3 adına tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 158 saylı doğum haqqında akt qeydlərindən görünür ki, onların soyadı “Fərmanlı” kimi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X28: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş 143 saylı,xx.xx.2002-ci il tarixli nikah haqqında akt qeydində “kişi” bəndində, “evlənənədək və evlənənəndən sonra soyadları”, “qadın evlənənəndən sonra” bəndində “Fərmanlı”dan müvafiq olaraq “Sarıyev, ”Sarıyeva”ya, 87 saylı xx.xx.2004-cü il tarixli doğum haqqında akt qeydində uşaq, ata və ana bəndlərində “Fərmanlı” soaydlarından müvafiq olaraq “Sarıyev”, “Sarıyeva” soyadlarına, 158 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında akt qeydində uşaq,ata və ana bəndlərində “Fərmanlı” soyadlarından müvafiq olaraq “Sarıyeva” “Sarıyev” “Sarıyeva” soyadlarına dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar