Məhkəmə qərarları › İş №2-1(118)-2978/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2978/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2978/2025 27.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: birinci dərəcə əlillik təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş orqanizmin funksiyasının 80% pozulması barədə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, cavabdeh tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş orqanizmin funksiyasının 80% pozulması barədə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi sağlamlıq durumumu qiymətləndirərək xx.xx.2024-cü ildə 80% orqanizmin funksiyasının pozulması ilə əlaqədar olaraq iddiaçıya ikinci dərəcəli əlillik təyini barədə qərar qəbul etmişdir. Əlilliyin təyini üçün diaqnozu “Genişlənmiş kardiomiopatiya, Dilatasion kardiomiopatiya. Durğunluq ürək çatmamazlığı, xroniki ürək çatışmazlığı. İİİ f.s. AF-30%. Süni ürək ritmi aparıcısının olması, Süni ürək ritmi aparıcısının olması” ilə əlillik müddətsiz təyin edilmişdir. Sağlamlıq durumumun qiymətlənməsi barədə cavabdeh tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş qərarla aşağıda qeyd edilənlərə əsasən razılaşmır. Belə ki, 2020-ci ildən etibarən səyrici aritmiyadan əziyyət çəkir. Covid-19 pandemiyasından sonra kardioloji müayinə zamanı DKMP diaqnozu qoyulmuş, xx.xx.2024-cü ildə CRT-İCD implantasiya edilmiş və AV nod ablasiya isə planlı şəkildə tövsiyyə edilmişdir. “Yeni Klinika” tərəfindən xx.xx.2024-ciı il tarixdə “Xəstəyə CRT-D implantasiya olunub və hal-hazırda AV düzgün ablasiya planlaşdırılır (kod 2.6.460) qərarı qəbul edilib”. Həmçinin “Bakı Sağlamlıq Klinikası” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli epikrizdə yanaşı xəstəlik kimi Z95.0 süni ürək ritminin aparıcısının olması son diaqnoz müəyyən edilmişdir. Lakin əlilliyin qiymətlənməsi zamanı “Bakı Sağlamlıq Klinikası” tərəfindən son klinik diaqnoz kimi Z.95.0 -süni ürək ritminin aparıcısının olması diaqnozu nəzərə alınmamışdır. Həmçinin əlilliyin qiymətlənməsi zamanı “Durğunluq ürək çatışmamazhğı. xroniki ürək çatışmazlığı 111 f.s. Al-30% kimi müəyyən edilmişdir”. Halbuki Sumqayıt Tibb Mərkəzi PHŞ 4 saylı şəhər Xəstəxanasını "X3 müayinəsi” zamanı (müayinə tarixli xx.xx.2024) EF atım fraksiyası 24-26% müəyyən edilib. Cavabdeh tərəfindən atım fraksiyası - 30% kimi göstərilib. Qeyd edilən sübut edir ki, cavabdeh əlilliyin qiymətlənməsini düzgün aparmamış, qiymətləninə zamanı Atım fraksiyası 24-26% olduğu halda Atım fraksiyasını 30% göstərmiş. Z 95.0-süni ürək ritminin aparıcısının olmasını isə qiymətlənmə zamanı göstərməmişdir. Nəticədə əlilliyi düzgün qiymətlənməmiş, orqanizmin funskiyasının pozulması faizi daha yüksək olduğu halda onu 80% müəyyən etmişdir. Halbuki yuxarıda qeyd etdiyi hallar nəzərə alınsaydı orqanizmin funksiyasının pozulması faizi 80%- dən çox, əlillik dərəcəsi ilə müddətsiz birinci dərəcəli əlil kimi müəyyən edilməli idi. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 191 saylı qərarına görə orqanizmin funksiyalarının 81-100%-dək pozulması halında əlillik müddətsiz ləyin edilir. Həmin qərarın l.ll-ci bəndinə görə "Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hah olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz, təyin edilir". Qeyd edilən hüquq normasından da görünür ki, orqanizmin funksiyası tamamilə pozulduğu halda birinci dərəcəli əlillik verilir (kənar xəstəliklər də nəzərə alınmaqla). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, vətəndaşın əlillik vəziyyətinə dair sonuncu müraciətinə Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli forma 088 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin müraciətə dair vətəndaşa xx.xx.2024-cü il tarixdən Ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının pozulması 80% olmaqla müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş,etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbilə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1380 saylı məktubu ilə təqdim edilmiş T192/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025ci il tarixdə X6 İnstitutunda aparılmış müayinələrdən sonra “İ42.0-Dilatasion kardiomiopatiya. Z95.0-CRTD implantasiyası əməliyyatından sonrakı vəziyyət. İ50.0- Xroniki ürək çatmamazlığı İV F.S. (LVEF-25%)” diaqnozu qoyulmuşdur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 iyul 2025-ci il tarixli, 3-17-4/2-17453/2025 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin İ00223237İKT nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində elektron qaydada qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Qeyd edək ki, məktubunuzda göstərilən “İ42.0- Dilatasion kardiomiopatiya. Z95.0-CRTD implantasiyası əməliyyatından sonrakı vəziyyət. İ50.0-Xroniki ürək çatmamazlığı İV F.S. (LVES-25%)” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.4-cü bəndinə (ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurlu və ya miokardola baş vermiş dərin dəyişikliklər) əsasən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyinatına əsas verir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı cavabdeh tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş orqanizmin funksiyasının 80% pozulması barədə müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi haqqında qərarın ləğv edilməsi və ona həmin tarixdən müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” əsasən:

2.3. Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: FS 35-60 1 il İİİ, XÜÇ İİA mərhələ ÜDS-nin ciddi disfunksiyası: FS 65-80 2 il İİİ, XÜÇ İİB mərhələ ÜDS-nin ağır və davamlı 85-100 müddətsiz disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya 80 müddətsiz miokardda baş vermiş dərin dəyişikliklər ürək ritminin süni tənzimləyicisi 50 müddətsiz qoyulduğu hallarda

İddiaçı ona birinci dərəcə əlilliyin təyin edilməsini istəsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1380 saylı məktubu ilə təqdim edilmiş T192/2025 saylı ekspert rəyinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə X6 İnstitutunda aparılmış müayinələrdən sonra “İ42.0-Dilatasion kardiomiopatiya. Z95.0-CRTD implantasiyası əməliyyatından sonrakı vəziyyət. İ50.0- Xroniki ürək çatmamazlığı İV F.S. (LVEF-25%)” diaqnozu qoyulmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 iyul 2025-ci il tarixli, 3-17-4/2-17453/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə X6 İnstitutunda aparılmış müayinələrdən sonra “İ42.0-Dilatasion kardiomiopatiya. Z95.0-CRTD implantasiyası əməliyyatından sonrakı vəziyyət. İ50.0-Xroniki ürək çatmamazlığı İV F.S. (LVEF-25%)” diaqnozu qoyulmuşdur. “İ42.0-Dilatasion kardiomiopatiya. Z95.0-CRTD implantasiyası əməliyyatından sonrakı vəziyyət. İ50.0-Xroniki ürək çatmamazlığı İV F.S. (LVES-25%)” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.4-cü bəndinə (ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurlu və ya miokardola baş vermiş dərin dəyişikliklər) əsasən orqanizmin funksiyalarının 80 faiz pozulması ilə müddətsiz əlillik təyinatına əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın XBT kodu İ50.0, İ42.0, Z95.0 bənd 2.3.4 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər olduğu halda orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz, bənd 2.3.5 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, qeyd edilən ağırlaşmalar eyni xəstəliyin ağırlaşmaları olduğundan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş orqanizmin funksiyasının 80% pozulmasına görə müddətsiz ikinci dərəcə əlillik əsaslı olmuş, iddiaçıya müddətsiz birinci dərəcə əlilliyin təyin edilməsi üçün digər yanaşı xəstəliklər müəyyən edilməmişdir. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar