Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-298/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın Alekseyevka İƏV üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 630 saylı təsərrüfatın başçısı o - İddiaçı olmaqla onun istifadəsində yaşayış evinin tikintisi üçün 2001-ci ildə 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin nümayəndəliyin 2006-2010-cu illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfatbaşına kitabında 598 saylı təsərrüfatın başçısı İddiaçı olmuş, onun istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Ailə üzvləri ilə münasibətləri korlandığından o, 2014-cü ilə kimi Rusiya Federasiyasında yaşamış və kənddə yaşamadığı müddətdə atası X5 ona məxsus torpaq sahəsini tanımadığı şəxsə 1200 ABŞ dollarına satmışdır və guya atası alıcıya bildirmişdir ki, oğlu Valeh ilə alqısatqını onun razılığı ilə notariat kontorunda rəsmiləşdirsin. Alıcı olan həmin şəxs guya atasına bildirmişdir ki, özü torpaq sahəsini sənədləşdirəcəkdir. Bundan sonra o, Quba rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyov onun şikayət ərizəsi əsasında araşdırma aparmış və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi atası X2 Şıxbabayev adlı şəxsə satmışdır. Bundan sonra iddiaçı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm 5 saylı ünvan 1 ünvanladığı məktubunda qeyd edilir ki, Quba rayon Dövlət Arxivinin 19.06.2020ci il tarixli 626 nömrəli arxiv arayışında 2001-2005-ci illərə aid onun adına 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Lakin onun adına olan 0,10 ha torpaq sahəsi təsərrüfatbaşına kitabda 2001-2005-ci illəri əhatə etdiyindən, ona Reyestr Çıxarışının verilməsindən imtina edilmişdir və buna əsas kimi bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanına əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə bölünmüş kəndlərdə 2001-ci ilin yanvar ayının 01-dək inşa edilmiş yaşayış evlərinə və ya onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların Dövlət qeydiyyatı üçün əsas hesab olunur. Reyestr xidmətinin cavab məktubundan belə çıxır ki, 2001-ci ildən sonra təsərrüfat başına kitablardan aparılmış çıxarış Reyestr Çıxarışı verilməsi üçün əsas deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Vətəndaş İddiaçı Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25.06.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 05.07.2021-ci il tarixli **********37 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizə cavab olaraq bildiririk ki, ərizənizə əlavə olunmuş Quba rayon Dövlət arxivinin 19.06.2020-ci il tarixli 626 nömrəli arxiv arayışında Quba RİHB-nın Alekseyevka İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid ALekseyevka kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında 2001-ci ildən sizin 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli fərmanına əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Yuxarıda göründüyü kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05 iyul 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 iyun 2020-ci il tarixli, 626 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Quba RİHB-nın Alekseyevka kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında 630 saylı təsərrüfatın başçısı İddiaçı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 2001-ci ildən 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin nümayəndəliyin 2006-2010-cu illərə aid Alekseyevka kəndi üzrə 7 saylı təsərrüfatbaşına kitabında 598 saylı təsərrüfatın başçısı İddiaçı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 0,10 ha torpaq sahəsi olduğu yazılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında onun adına qeydə alınmasını əsas göstərərək həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna səbəb kimi 2001-ci ildən sonra təsərrüfat başına kitablardan aparılmış çıxarış Reyestr Çıxarışı verilməsi üçün əsas olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0, 8.0-8.0.8-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndində kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların əldə olunmasını təsdiq edən sənəd kimi təsbit edilmişdir. Hazırki işdə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 iyun 2020ci il tarixli, 626 saylı arxiv arayışı ilə iddiaçının adının 2001-ci ildən 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir ki, həmin dövrdən təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Eyni zamanda iddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin atası tərəfindən Füzuli Şıxbabayevə satıldığını bildirmişdir. iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyünü təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10.02.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, subyektlərin adlı siyahısında elektron məlumat bazasında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında JN-813 KOD 30304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” 0,11 ha.nan İddiaçı adı qeyd olunmuş, lakin şəhadətnamənin arxiv nüsxəsi JN-813F KOD 30304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X1 adınadır. Həmin şəhadətnamə cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuşdur. Sözügedən şəhadətnamə qüvvədə olmaqla onun ləğv edildiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İnzibati icraat haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabına əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-298/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-298/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver