Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2985/2025 15.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçınn nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi -Sosial Ekspert Komissiyası üzərinə iddiaçıya 27 may 2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi uğrunda 2-ci qrup əliliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə “diaqnozun əlillik təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərarın xx.xx.2024-cü il saat 10:04: 52 tarixində qəbul edilmiş, həmin tarixədək qərar barədə məlumatlandırılmamışdır. Qərarda diaqnoz qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 221 №-li Qərarında göstərilmişdir: Abşeron RHK tərəfindən 1987-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin tenar nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 2028 nömrəli göndərişi. xx.xx.2016-cı il tarixli 2028 nömrəli arayışı. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 30 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nm həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Azərbaycan Respublikassının Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 3911 saylı rəyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il “X3 psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixatr Komissiyası tərəfindən müayinə olunması və diaqnozunun Üzvi Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0 şəklində qeyd olunmuşdur. Ümumiyyətlə o dispanser xəstəsidir. Ayda 5-6 dəfə qıcolma baş verdiyindən, dövlət xəstəxanasından hər ay ona 500 mq depakcn verilir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı xx.xx.2024-cü il tarixində ********** nömrəli telefon nömrəsinə gəlmiş sms vasitəsi ilə olmuşdur. İddiaçı 30 gün müddəti keçirdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 221 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol təpə nahiyyəsində bir ədəd, sifətin sol yarısında bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol əlin tenar nahiyyəsində bir ədəd, sağ əlin əlin tenar nahiyyəsində bir ədəd, sol baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri arterial təzyiqin yüksəlməsindən, qıcolmalardan olmuşdur. Medikamentoz preparatlardan Depakin, Maqnium, Tripleksam qəbul etdiyini bildirmişdir. Verilən suallara yayındırıcı cavablar vermişdir. Nevroloji müayinə zamanı təsvir etdiyi tutmanın xarakteri epilepsiyaya uyğun olmamış, dərman qəbulu haqqında dəqiq məlumat verə bilməmişdir. Depakin 500mgx3 dəfə qəbul etdiyini qeyd etsə də, nə vaxtdan qəbul etdiyini və hansı həkimin təyin etdiyini söyləyə bilməmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, xəstəliklə bağlı, müalicələrlə bağlı yayındırıcı cavablar vermişdir. İnstrumental müayinələrin nəticələrində yaşla bağlı dəyişikliklər müşahidə olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3854 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Sağ tərəfdə mastoid hüceyrələri sklerotik görnümdədir. Alın və təpə sümüklərində bir neçə ədəd, subsantimetrik periostal qalınlaşma izlənilir” kimi qeyd edilmişdir. Unikal Klinikasının xx.xx.2024-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Medulla oblanqata sağ yarımında, kiçik kaliberli kistik sahə leyhinə dəyərləndirilən siqnal artışı izlənmişdir. Sağ frontalda ağ maddədə T2/FLAİR ağırlıqlı sekanslarda hiperintens ocaq izlənmişdir. Gliyotik ocaq leyhinə dəyərləndirilir” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=62%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcik ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional assimetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Mərkəzi Hərbi Həkim Komissiyasının 221 saylı, 16 dekabr 2016-cı il tarixli qərarı; Həkim Psixiatr Komissiyasının 3911 saylı, xx.xx.2024-cü il tarixli rəyi; Abşeron rayon Mərkəzi Xəstəxanasının EEG protokolu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 06 iyun 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 1969-cu il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 15 may 2017-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (Kəllədaxili travmaların nəticələri, Keçirilmiş ağır açıq kəllə-beyin travmasının qalıq əlamətləri, Fokal başlanğcçlı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar və s. diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2022-ci ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 06 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik təyin etmir” səbəbindən əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı halhazırda cavabdeh orqanın 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona 06 iyun 2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş V00194871SJA nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli, 2-1(118)-2985/2025 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T434/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssislərə göndərilməsinə ehtiyac duyulmadı. Odur ki, onun iş materiallarında olan tibbi sənədlərinə əsasən adına “Sumqayıt Psixiatriya Xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, V00194871SJA saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya, qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd, sol əlin tenor nahiyəsində bir ədəd, sağ əlin tenor nahiyəsində bir ədəd, sol baldırın orta A-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar. Ağırlaşmalar: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə. Yanaşı xəstəliklər: G40.1-sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş posttravmatik kranialgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), 167.4- hipertenziv ensefalopatiya, İ10essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə yüksək qüsur ilə” diaqnoz ona stasionarda müayinə və müalicədə olarkən anamnestik, klinik və laborator müayinələrinin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın arxa ənsə nahiyəsində, sol təpə nahiyəsində, sifətin sol yarısında, sağ alın nahiyəsində, sol baldırın orta 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin içəri səthində, sol ayaq pəncəsinin içəri səthində, hər iki əlin tenar nahiyəsində hərəsində bir ədəd olmaqla cəmi 9 (doqquz) ədəd qəlpə yaralanmalarından sonra yaranmış çapıqlar aşkar edildi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan epileptiform qıcolma tutmaları, koqnitiv funksiyanın enməsi ilə (F07); sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş posttravmatik kranİalgiya qıcolma tutmaları ilə (tutma sayı ayda 4-5 dəfə olur, hər tutma 15 dəqiqə davam edir), 167.4-hipertenziv ensefalopatiya, İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə yüksək qüsur ilə” (G40.1); kəllədaxilİ travmaların nəticələri, keçirilmiş (1994-cü ildə) Hərbi travma, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət (T90.5) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda V00194871SJA nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 06 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına dair əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva