Məhkəmə qərarları › İş №2-1(118)-2990/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2990/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2990/2022 01.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin imtinasını əsassız hesab etməklə, ona qanuni əsaslarla ayrılmış Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 5/66-da yerləşən 5 saylı mənzilə dair orderin və hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin imtinasını əsassız hesab etməklə, ona qanuni əsaslarla ayrılmış Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 5/66-da yerləşən 5 saylı mənzilə dair orderin və hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçı ailə üzvləri ilə yuxarıda göstərilən ünvanda yaşayır. Qeyd etdiyi mənzil cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 302 nömrəli əmri əsasında ayrılmış və iddiaçının adına 10 nəfər ailə üzvləri ilə yaşamaq üçün xx.xx.1997-ci il tarixli 73/843 saylı order verilmişdir. 1997-ci ildə həmin mənzil bu ərazidə yerləşən bir sıra evlərlə birlikdə yanmış, yararsız hala düşmüşdür. Bu səbəbdən də cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qərarı əsasında yanmış həmin mənzillərin yerində Dövlət vəsaiti hesabına yeni mənzillər inşa olunmuşdur. Lakin burada yenidən yaşayış evi tikilməsinə baxmayaraq həmin mənzillə bağlı onlara hər hansı bir hüquq müəyyənedici sənəd verilməmişdir. Dəfələrlə iddiaçı bu məsələ ilə bağlı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə, Mənzil şöbəsinə ayaq döymüş, lakin order verilməmişdir. İddiaçının cavabdeh təşkilata ünvanladığı ərizəsinə xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, mənzilin faktiki vəziyyətinə uyğun olaraq yeni orderin verilməsi mümkünsüzdür. Belə ki, xx.xx.2009-cu ildə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə order verilməsi nəzərdə tutulmamışdır. İddiaçı cavabdehin bu imtinası ilə razı deyil və bildirir ki, qeyd edilən mənzillə bağlı adında order olmuş və həmin order əsasında bu evə köçmüşdür. Hazırda yeni order verilməsinin əsas səbəbi mənzilin yandıqdan sonra yenidən tikilməsi ilə bağlıdır ki, bunun nəticəsində həmin mənzilin texnki göstəriciləri və otaqların sayı dəyişdirilmiş və bu hal da mənzildə yaşamağa əsas verən orderin verilməsini qaçınılmaz etmişdir. Yeni Mənzil Məcəlləsinə istinad etmənin heç bir hüquqi əsası yoxdur. Hazırki yaranmış münasibətlər xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normaları ilə tənzimlənməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ona qanuni əsaslarla ayrılmış Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 5/66-da yerləşən 5 saylı mənzilə dair orderin və hüquqmüəyyənedici sənədlərin verilməsini istəyir. İşin hallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 28 iyul 1993-cü il tarixli, 302 nömrəli əmri ilə yaşayış sahəsi 19.0 kv.m olan birotaqlı 5 saylı mənzil 6 nəfərdən ibarət ailə tərkibi ilə İddiaçı növbədə saxlanılması şərtilə müvəqqəti yaşamaq üçün təqdim edilmiş, adına 04 fevral 1997-ci il tarixli, 73/843 saylı order verilmişdir. 1997-ci ildə birmərtəbəli 8 mənzilli 5/66 saylı yaşayış binasının o cümlədən, 1 otaqlı 5 saylı mənzilin yanması ilə aparılmış yenidənqurma və bərpa-təmir işlərindən sonra həmin mənzil yaşayış sahəsi 41.03 kv.m olan 3 otaqlı kimi onun tərəfindən istifadə olunur. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının mənzil Məcəlləsində yaşayış sahələrinə orderin verilməsi nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın hazırda order vermək səlahiyyəti olmadığına görə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, digər hüquq müdafiə vasitələrindən istifadə etməsi(tikilinin istismara qəbul edilməsi və.s) istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar