Məhkəmə qərarları › İş №2-1(118)-3/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X9 (Bakı şəhəri, Böyük Qala küçəsi ev 13 mənzil 23-də yaşayan) Üçüncü şəxsin nümayəndəsi X1 (Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən vurulmuş maddi ziyana görə 150000 manat, mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və üçüncü şəxslər X12, Azərbaycan Respublikası Mərkəzi Bank nəzdində İpoteka Fondu, xxxx ASC-yə və Azərbaysan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehlərdən maddi ziyana görə 170000 manat, mənəvi ziyana görə 30000 manat, kirayə tutduğu evə görə hər ay üçün ödədiyi 250 manat hesabı ilə 36 ay üçün 9000 manat, ümumilikdə ******* manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddaiçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs qismində X10, iddia tələbi kimi vurulmuş maddi ziyana görə 150000 manat, mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın tutulması tələbinin saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi icraata qəbul edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində İpoteka Fondu, “xxxx” ASC və Azırbaycan Respublikası Daxili İşlər Nazirliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbiçi olan İddiaçı xx.xx.2010-cu il tarixdə kreditor – ipotekasaxlayan “xxxx” ASC-dən 42000 manat götürüb İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu yoncalıq ərazisində yeni yaşayış massivində X10 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. İddiaçı xidməti vəzifəsi ilə əlaqədar ötən 4 il ərzində həmin evdə yaşamamış, 2014-cü ilin may ayında qayıdıb gəldikdə isə evi yaşamaq üçün yararsız vəziyyətdə olduğunu aşkar etmişdir. Belə ki, evin bütün divarlarında iri çatlar əmələ gəlmişdir. İddiaçı məcburiyət qarşısında qalaraq əşyaların əksəriyyətini evdə yerləşdirərək ailə üzvləri ilə birlikdə bu günə kimi hər ay 250 manat ödəməklə başqa evdə kirayədə yaşayır. Bundan başqa həmin evə görə aylıq 146 manat “xxxx” ASC-yə kredit borcu ödəyir. İddiaçı evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi ona satan Fuad Əliyevə, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə isə 14-17 sm olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu səbəbdən də evin tikinti normalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlara və arakəsmələrə təsir göstərdiyi üçün qəzalı vəziyyətə düşdüyünü, evi tikib satanla sığorta fonduna müraciət edilməsini iddiaçıya bildirmişlər. Lakin iddiaçının müvafiq orqanlara müraciətlərinə və şikayətlərinə baxmayaraq məsələnin həlli bu günə kimi nəticəsiz qalmaqdadır. X4 polisə də şikayət etmiş, lakin istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı evi istismara qəbul edən Cavabdeh rəyinə inanaraq, yəni evin tikinti inşaat normalarına tikildiynə əmin olaraq əldə etdiyi üçün ilk növbədə həmin orqanı cavabdeh hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə etdə və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməmiş və izah etmişdir ki, yerli icra hakimiyyəti orqanlarına fərdi yaşayış evinin kosntruksiyasının dayanaqlılığı barədə rəy verilməsi səlahiyyəti verilməmişdir. İcra Hakimiyyəti yalnız təqdim olunan layihənin evin xarici görünüşü ilə eyniliyini müəyyən edir və layihəyə rəy verilir. Bununla əlaqədar cavabdehin nümayənfəsi iddianən rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X6 nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı evi alarkən şəxsən evə baxış keçirmiş və evin vəziyyəti ilə bağlı heç bir iradı olmamışdır. Daha sonra uzun müddət ev istifadə olunmadığından baxımsız vəziyyətə düşmüşdür. Evin yararsız vəziyyətə düşməsi tikinti normalarının pozulması ilə deyil, uzun müddət istismar olunmaması ilə bağlı yaranmışdır. İş materiallarına əlavə edilmiş : -“Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” aktdan göünür ki, Cavabdeh tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş komissiya həmin aktı tərtib etmişdir ondan ötrü ki, X12 tərəfindən Xırdalan şəhərində yerləşən inşası başa çatmış ikimərtəbəli fərdi yaşayış evi istifadəyə qəbula təqdim edilmişdir. İnşa edilmiş binanın tikintisi X12 tərəfindən özümünaliyyələşdirmə şəklində yerinə yetirilmişdir. Komissiya işlərin inşaat normaları və qaydalarına uyğun aparıldığı qənatəinə gələrək yaşayış evinin istismara qəbul edilməsi qərarını qəbul etmişdir. - “xxxx” ASC, X12 və İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli N İP-446 saylı alqı-satqı və ipoteka müqavilələrindən görünür ki, satıcı X12 özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, Yeni yaşayış massivi ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 165,8 kv m, o cümlədən yaşayış sahəsi 58,4 kv m olan 2 mərtəbəli fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini alıcı – ipotekaqoyan İddiaçı mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 42000 manatdır, mənzilin dəyərinin 7000 manatı alıcı ipotekaqoyanın özü tərəfindən, 35000 manatı isə kreditor - ipotekasaxlayan tərəfindən xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən alıcı - ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. - “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli İP-446/k saylı kredit müqaviləsindən görünür ki, kreditor 35000 manat məbləğində pul vəsaitini 324 ay müddətinə borcalana Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, Yeni yaşayış masivi ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 165,8 kv m, o cümlədən yaşayış sahəsi 58,4 kv m olan 2 mərtəbəli fərdi yaşayış evinin alınması üçün vermişdir. - Azərbaycan Respublikası DİN Baş və Təhqiqat İdarəsinin xx.xx.2016-cl il tarixli 005-17621-3216 saylı məktubundan görünür ki, İddiaçı 2010-cu ildə X15 rayonu, Xırdalan şəhəri Yoncalıq adlanan ərazidən 89000 manata aldığı evə 2014-cü ilin may ayında köçərkən evin divarlarının çatladığı müəyyən edilməsi və bununla bağlı F.Əliyevin evin pulunu qaytarmaqdan və evi təmir etməkdən imtina etməsi faktı ilə bağlı Abşeron RPİ Təhqiqat şöbəsində araşdırma aparılmış, xx xxx 2015-ci ildə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərar x xxxxxx 2015-ci il tarixdə Abşeron rayon Prokurorluğunda ləğv edilərək əlavə araşdırma aparılması üçün materil Abşeron RPİ İstintaq şöbəsinə göndərilmiş, xx xxxxxx 2015-ci il tarixdə əməldə cinatər tərkbibinin olmaması əsası ilə CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. - “xxxx” Sığorta Şirkəti ASC-nin iddiaçının müraciətinə cavab məktubundan göünür ki, iddiaçıya məxsus ev Abşeron rayonu yeni yaşayış massiv ərazisində yerləşir. Həmin ərazidə mərkəzi kanalizasiya sistemi mövcud deyil, həmçinin bəzi evlər tökmə torpaq (süni üsulla qurudulmuş yer sahəsinin) üzərində tikilmişdir ki, bu səbəbdən də tökmə torpağın çökməsi və ya hərəkətə gəlməsi ehtimalı çox böyükdür. Belə olduğu halda evlərin bu ərazidə tikintisi müəyyən inşaat normalarına uyğyun olmalıdır, lakin təcrübə onu göstərir ki, qeyd edilən massivdə tikiliən evlər inşaat norma və qaydalarana əməl edilmədən inşa edilmişdir. Bununla bağlı risklər nəzərə alınaraq “xxxx” Sığorta Şirkəti ASC-nin bu cür ərazilərdə inşa edilmiş daşınmaz əmlaka sığorta təminatı verməsi mümkün deyildir. - Cavabdeh iddiaçının nümayəndəsinin müraciətinə xx.xx.2017-ci il tarixli 1041/s saylı cavab məktubundan görünür ki, cavabdeh müraciətin araşdırılıdığını bildirərək iddiaçıya problemin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. - DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı N0081654-li xx.xx.2010-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi Yeni yaşayış massivi 0.04 torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin olunaraq ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi Yeni yaşayış massivində İddiaçı məxsus 3 otaqlı, ümumi sahəsi 165,8 kv m olan iki mərtəbəli fərdi yaşayış evi qəzalı sayılırmı? 2) Evdə hansı qüsurlar (divarlarında, damında çatlar, uçma izləri və s.) aşkar edilmişdir? 3) Aşkar olunmuş qüsurlar nə vaxt yaranmışdır? 4) Qeyd olunan qüsurların yaranma səbəbi nədir? Ekspert Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanaraq 1-ci sual üzrə belə nəticəyə gəlmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, eləcə də həmin evin gələcəkə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa-gücləndirmə işlərinin aparılmasının vacib hesab olunduğu müəyyən edilir. 2-4-cü suallar üzrə ekspert cavab vermişdir ki, tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəyi ərazidə mühəndis-axtarış işləri aparıldıqdan və bünövrə alt qrunt əsas öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən, tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığından atmosfer (digər kənar sular) sularının mütamadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərxində bünövrəaltı qrunt əsasında (islanıb, quruması səbəbindən) tədricən qeyri-bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən sözügedən yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılması üçün nə qədər vəsaitinin tələb olunmasının müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə 18893 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 102 saylı mütəxəssis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Yoncalıq ərazisi Yeni yaşayış massivində yerləşən İddiaçı məxsus 3 otaqlı, ümumi sahəsi 165,8 kv m olan iki mərtəbəli fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olması, ikinci mərtəbədə dəmir-beton sütünların olmaması, bünövrəaltı dəmir-beton konstruksiyanın müxtəlif ölçülü 15,0 sm və 7,0 sm olması, hamar olmaması və birinci mərtəbənin tavanına qədər olan sütunların ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlrinin aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında evin istismara tam yararsız olub-olmaması və istismara tam yararsız olduği halda evin tam sökülməsi və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə nə qədər vəsaitin tələb olunması barədə suallar qoyulmuşdur. Ekspertin 10/613 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 85 saylı mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı, 165,8 kv m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183,0 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Ekspert rəyinin əsaslanıdığı mütəxəssis rəyində göstərilmişdir ki, tədqiq olunan fərdi yaşayış evinin dövrə boyu qazıntı işləri aparılmış və tikilinin üç tərəfində və arakəsmə divarı altında mövcud olan dəmir-beton kəmərinin hündürlüyü 15,0 sm, tikilinin bir divarının bünövrəsinin isə 7,0 sm olduğu müəyyən edilmişdir. Həmin yük daşıyan divarın dəmirbeton bünövrə altı və arakəsmə divarlarının altındakı dəmir-beton konstruksiyasının ovxalanması, hamar olmaması hallarının olduğu və tikinti texnologiyasına uyğun olmadığı müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yeni yaşayış massivində yerləşən 2 mərtəbəli, üç yaşayış otağından ibarət, ümumi sahəsi 165,8 kv m, yaşayış sahəsi 58,4 kv m olan fərdi yaşayış evini xx.xx.2010-cu il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən X7 almışdır. İddiaçı hərbiçi olduğundan həmin yaşayış evinə dərhal köçməmiş, 2014-cü ilin may ayında xidmət yerinin dəyişdirilməsi ilə bağlı ailəsi ilə birlikdə evə köçmək istəyərkən evin qəzalı vəziyyətə düşdüyünü aşkar etmişdir. Belə ki, evin divarlarında böyük çatlar yaranmışdır. Bununla bağlı iddiaçı evi istismara qəbul edən orqan kimi Cavabdeh hesab edərək vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəl fərdi yaşayış evlərinin tikintisi zamanı vətəndaşlardan yerli icra hakimiyyətləri ilə tikinti layihələrinin razılaşdırılması və təsdiqlənməsi tələb olunurdu. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.13-cü bəndinə əsasən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq; 4.11.14-cü bəndinə əsasən müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, tikilinin istismara qəbul edilməsi tikintinin sonuncu mərhələsidir. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Məhkəmə hesab edir ki, iddiaçının sırf istismara qəbul edilmə aktının təsdiq etməsinə görə kompensasiyanın yerli icra hakimiyyəti orqanından tələb etməsi əsassızdır. Belə ki, iş üzrə aparılmış ekspertizalar zamanı da evin tikini və inşaat mormalarına zidd qaydada inşa edilməsi, çatların əməl əgəlməsinin səbəbləri yalnız evin bünövrəsinin dövrə boyu qazıntı işlərinin aparıldıqdan sonra çüəyyən edilmişdir. Belə ki, yükdaşıyan divarın altının ovxalanması, hamar olmaması halları və tikinti texnologiyasına uyğun olmaması, bünövrə altı dəmir-beton kəmərinin ovxalanması nəticəsində 12 mm-lik armaturların üzə çıxması halları müşahidə edilmişdir. Yəni göstərilən fəsadlar evin istismara qəbulundan bir neçə il sonra və müəyyən qazıntı və müayinə işlərinin aparılması nəticəsində aşkara çıxmışdır. Ev istismara qəbul edilərkən vizual baxış zamanı həmin hallar müəyyən edilməyə bilərdi və buna görə icra hakimiyyəti orqanı məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110-cu maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 250 manat xərclər iddiaçıdan tutularaq Az.MEM, VÖEN**********, X2, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatına sərf edilmiş 250 (iki yüz əlli) manat İddiaçı tutularaq Az.MEM, VÖEN**********, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar