Məhkəmə qərarları › İş №2-1(118)-3/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı dəymiş zərər olaraq 41.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, Sumqayıt şəhəri Sarı qaya bağlar massivi 652A ünvanında yerləşən bağ eviə giriş üçün yol xəttinin çəkilişinin cavabdehin şəxsi vəsaiti hesabına çəkilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hasarın və həyətə giriş üçün yol xəttinin çəkilişinin cavabdehə həvalə edilməsi, yol çəkilişi zamanı dəyəri ödənilmədən zəbt edilən 2 sota yaxın toroaq sahəsinin, sındırılan dəmir darvazanın, həyətində olan və cavabdeh tərəfindən məhv edilən 20-ə yaxın böyük şam ağacının dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya dəymiş zərər olaraq 41.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, Sumqayıt şəhəri Sarı qaya bağlar massivi 652A ünvanında yerləşən bağ eviə giriş üçün yol xəttinin çəkilişinin cavabdehin şəxsi vəsaiti hesabına çəkilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə idda qismən təmin edilmiş və iddiaçıya dəymiş zərər olaraq 1566 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Hazırda iddiaçı və cavabdehin nümayəndəsi Zaur Kazımov ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin barışıq sazişi bağladıqlarını bildirmiş və bu əsasla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, cavabdeh Azərbaycan Avtomobil Yolları X4 imzalandıqdan sonra 5 (beş) iş günü ərzində İddiaçı 10.000 manat məbləğində kompensasiya ödəyir, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ödənilən 10.000 manat məbləğində kompensasiyanı qəbul edir və bununla kompensasiya məbləğiylə razılığını ifadə edir. Barışıq Sazişinin 2.4-cü bəndinə görə sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazlrki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ua varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Barışıq Sazişinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin nümayəndəsi X5 barışıq sazişinin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş 10.000 manatı İddiaçı təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Göstərilən Məcəllənin 66.2-ci maddəsinə əsasən barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanunauyğundur və tərəflərin və ya hər hansı şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd olmadığından barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 66, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı dəymiş zərər olaraq 41.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, Sumqayıt şəhəri Sarı qaya bağlar massivi 652A ünvanında yerləşən bağ eviə giriş üçün yol xəttinin çəkilişinin cavabdehin şəxsi vəsaiti hesabına çəkilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddiası üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən İddiaçı 10.000 manat məbləğində pul vəsaitini verməsi və tərəflərin gələcəkdə bir-birinə qarşı hər hansı iddia irəli sürməyəcəyi şərtləri ilə bağlanmış barışıq sazişi təsdiq edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar