Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3/2024 19.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********96 reyestr nömrəli torpaq sahəsinə dair reyestr sənədlərinə düzəlişlərin edilməsi, xx.xx.2017-ci il tarixli A N 163686-li plan və ölşü sənədində əsas döngə nöqtələrinin koordinatlarının əvvəlki mülkiyyətçi X4 verilmiş xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın pasportundakı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması, buna uyğun olaraq torpaq sahəsinin naturada sərhədlərinin dəqiq müəyyən edilməklə ayrılması (naturada yerinin göstərilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 iyul 2017-ci il tarixli 4Ə-743 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini X2 almışdır. Aldığı torpaq sahəsinə dair mülkiyyət hüququ 28 iyul 2017-ci il tarixdə qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Lakin torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları çıxarışlarda fərqli qeyd olunmuş və bir-birinə uyğun gəlmir, nəticədə onun aldığı torpaq sahəsi naturada yeni koordinatlara uyğun olaraq tamam fərqli və başqa şəxsə məxsus yerə təsadüf edir. Bununla bağlı hazırda iddiaçı onun adına tərtib edilmiş plan və ölçü sənədini torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğun tərtib edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ərizəçinin mülkiyyətində olan xx.xx.2017-ci il tarixli **********96 reyestr nömrəli 0,04 ha torpaq sahəsinin müayinə baxışına (inventarlaşdırma, çöl-ölçmə) şərait yaradılmadığı üçün döngə nöqtələrinin koordinatlarını göstərmək mümkün olmamışdır. İş materiallarında olan: - **********96 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - A№163686 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin sənəd Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki,naturada ölçülən torpaq sahəsi ilə baza məlumatlarında olan torpaq sahəsinin cizgiləri uyğunluq təşkil edir.Üzərində başqa vətəndaş tərəfindən yuyucu sex inşa edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları daxilində başqa şəxsə məxsus tikilinin (avtoyuma məntəqəsi) mövcud olduğu qeyd edilmişdir. Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında və idarənin arxivində həmin tikili üzərində mülkiyyət hüququnun qeydə alınması barədə heç bir məlumat aşkar olunmadı. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsi həmin torpaq sahəsinə verilmiş plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından həmin torpaq sahəsinin koordinatları ilə uyğunsuzluq mövcuddur. İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən koordinatları ilə X3 adına xx.xx.2006-cı il tarixdə **********96 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları arasında uyğunsusluqlar mövcuddur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2127 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi iiə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.04 ha torpaq sahəsi həmin torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından həmin torpaq sahəsinin koordinatları ilə uyğunsuzluqlar mövcuddur. İddiaçı adına xx.xx.2017-ci il tarixdə **********96 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu. Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən koordinatları ilə X3 adına xx.xx.2006-cı il tarixdə **********96 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinə verilmiş planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluqlar mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2017-ci il tarixli, **********96 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları X4 xx.xx.2006-ci il tarixli, **********96 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cıil 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, torpaq sahəsinə yerində baxış keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq həmin orqanın vəzifələri sırasına aid edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. Lakin ona verilmiş plan və ölçü sənədində göstərilən koordinatlar aldığı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Belə ki, ona verilən plan və ölçü sənədində göstərilən koordinatlar faktiki aldığı torpaq sahəsindən təxminən 150 metrə qədər aralıda yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda iddiaçı plan və ölçü sənədinin həmin torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və yerində tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının və cavabdeh idarənin mütəxəssisinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən etdi ki, iddiaçının alqı-satqı zamanı ona göstərilən torpaq sahəsi ilə sənədlə koordinatları qeyd edilmiş torpaq sahələri arasında təxminən 150 metrə qədər məsafə vardır. İkinci torpaq sahəsində təxminən 6- 7 mişar daşı hündürlüyündə qaldırılmış yarımçıq tikili mövcuddur, istifadə edilmir və abadlaşdırılmamışdır. Məhkəmə cavabdehin imtina cavabının dəlillərinin araşdırılması üçün mütəxəssis rəyi alınmaqla məhkəmə-texniki-tikinti ekspertizası təyin etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarla faktiki torpaq sahəsinin koordinatları arasında, eyni zamanda iddiaçıya verilmiş plan və ölçü sənədində göstərilən koordinatlarla əvvəlki mülkiyyətçi X4 verilmiş plan və ölçü sənədində göstərilən koordinatlar arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Məhkəmə həmin mütəxəssis və ekspert rəyləri ilə kifayətlənməyərək əlavə məhkəmə texniki-tikinti ekspertizası təyin etmişdir. Bu dəfə mütəxəssis və ekspert rəy vermişdir ki, Abşeron rayonu Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və torpaq sahəsinin sənədlə faktiki vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə məcmuu qaydada sübutları qiymətləndirdikdə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla təmin edilmiş sahiblik, istifadə və sərəncam vermək hüquqları vardır. Cavabdeh orqanın əməkdaşlarının yol verdiyi qeyridəqiqlik nəticəsində iddiaçı uzun illərdir torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Bununla bağlı iddiaçıya verilmiş plan və ölçü sənədində koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və ona tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədində göstərilən koordinatların torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırılması və torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək yerində ona tanıdılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver