Məhkəmə qərarları › İş №2-1(118)-300/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-300/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-300/2020 10.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx xxxxxx 1959–cu ildə anadan olmuş, onun oğlu Məmmədov Ceyhun Cəbrayıl oğlu anadangəlmə psixi qüsurlu xəstə olmaqla, tibb müəssisələrində qeydiyyatda olmuş və 12 yaşından, 1998–ci il tarixdən xəstəliyi ilə bağlı müavinət almış, 2-ci qrup əlil hesab olunmuşdur. Bundan başqa oğlu Ceyhun Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(060)-2459/2014 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmiş və o, oğluna qəyyum təyin edilmişdir. Onun xx.xx.1977-ci ildən bu günə kimi işləməklə 30 ildən çox ümumi əmək stajı vardır. Odur ki, qanunverciliyin tələblərini nəzərə alaraq öz hüquqlarından istifadə edərək ona sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müracət etmiş və ona **********5 nömrəli xx xxxxxxxx 2019–cu il tarixli məktubla bildirilmişdir ki, şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959–cu il təvəllüdlü, oğlu Məmmədov Ceyhun Cəbrayıl oğlunun TSEK-də müayinə barədə məlumatına əsasən əlillik dərəcəsi xx.xx.2002–ci il tarixdən (yəni 16 yaşından sonra) müəyyən edildiyi üçün, ona oğlunun əlil olmasını nəzərə alıb yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hesab edir ki, onun müracindən imtina olduqca əsassızdır. Belə ki, iş materiallarına əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 saylı zona TSEK tərəfindən verilən TSE–0 seriya AR, 498151 nömrəli Arayışdan da görünür ki, xx.xx.1986cı il təvəllüdlü Məmmədov Ceyhun Cəbrayıl oğlunun əlillik səbəbi “uşaqlıqdan” kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Sumqayıt şəhər TSEK-in müayinə aktından da görünür ki, Məmmədov Ceyhun Cəbrayıl oğlu “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, qıcolma tutulmaları və psixopatabənzər davranışla” diaqnozu üzrə xəstə olduğuna görə uşaqlıqdan əmək qabiliyyətsizdir və İİ qrup əlildir. Sumqayıt şəhər Ruhi–Əsəb xəstəlikləri Dispanseri tərəfindən verilən 33 nömrəli Epikrizdən də görünür ki, “doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, qıcolma tutlmalan və psixopatabənzər davranışla” dıaqnozu uzrə xəstədir. Oğlunun əlilliyi ilə bağlı bütün dəlillər Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(060)- 2459/2014 saylı qətnaməsində də öz əksini tapır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, **********2 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imklanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. Vətəndaşın xx.xx.2006-cı ilədək əmək kitabçasına əsasən əmək stajı 17 il 05 ay 28 gün təşkil edir. xx.xx.2007–ci ildən xx.xx.2017–ci ilədək sosial sığorta stajı 9 il 11 ay. Fərdi hesabında toplanan sığorta kapitalı-7753.03 manat təşkil edir. Vətəndaşın şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlüdür, oğlu Məmmədov Ceyhun Cəbrayıl oğlunun TSEK–də müayinə barədə məlumatına əsasən əlillik dərəcəsi xx.xx.2002–ci il tarixdən (yəni 16 yaşından sonra) müəyyən edildiyi üçün, vətəndaşa oğlu Məmmədov Ceyhun Cəbrayıl oğlunun əlil olmasını nəzərə alıb, yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahaat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, oğlu Məmmədov Ceyhun Cəbrayıl oğluna məxsus xəstəlik ilə bağlı sənədlər və doğum haqqında şəhadətnamənin surəti,DSMF-nun Sumqayıt şəhər şöbəsinin imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Məhkəmə onu da zəruri hesab edir ki, iddiaçının sağlamlıq imkanları məhdud oğlu Məmmədov Ceyhun Cəbrayıl oğlunun anadan olduğu xx.xx.1986-cı il tarixdən ona qulluq etdiyi dövrü nəzərə alaraq ona yaşaya görə təyin ediləcək pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan xx.xx.1986-cı il təvəllüdlü Məmmədov Ceyhun Cəbrayıl oğlu anadan olduğu gündən anası İddiaçı himayəsindədir. Qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının əmək kitabçasına əsasən stajını onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Hesab olunur ki, İddiaçı əmək kitabçasına əsasən stajını sığorta stajına daxil edildiyi və sağlamlıq imkanları məhdud övladının səkkiz yaşınadək tərbiyyə etdiyi nəzərə alınarsa onun yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək kitabçasına görə əmək stajı 27 il 4 ay 28 gün təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə iddiaçıya 56,6 yaşı tamam olduğu xx.xx.2016-ci il tarixdən yaşa görə pensiya təyin edilməli olmasına baxmayaraq, ona həmin tarixlərdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı Məmmədov Ceyhun Cəbrayıl oğluna səkkiz yaşına kimi qulluq etdiyini nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, İİ qrup sağlamlıq imkanları məhdud övladı Məmmədov Ceyhun Cəbrayıl oğluna səkkiz yaşına kimi qulluq etdiyini nəzərə alaraq, xx.xx.2016-cı ildə etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar