Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-300/2023 27.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı (Quba rayonu Afurca kəndində yaşayan), Cavabdehin və üçüncü şəxsin nümayəndəsi X8 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında böyük mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının 2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək şəxsi pensiya kapitalının doğru hesablanaraq pensiyasının düzgün hesablanması, hesabına xx.xx.2006-cı il tarixdən 2015-ci il tarixədək yığılan məbləğlərin 2-2,5 dəfə artırılaraq sonra toplanması, xx.xx.2020-ci il tarixdən sonra aldığı pensiya ilə yeni təyin olunacaq pensiya arasındakı fərqin keçən aylar üçün də ona ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının müraciəti ilə bağlı inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1507/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl zavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzbati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icratına cəlb edilmişdir. İddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Yekun olaraq iddiaçının tələbi “2006 və 2007-ci illərdə X2 işlədiyi və aldığı əmək haqqına görə X4 köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitinsosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020ci il tarixdən başlayaraq hər ay az aldığı məbləğin birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsi, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi, təhsil dövrünün onun sosial sığorta stajına daxil edilməsi və maddi və mənəvi zərərin təzminatl kimi cavabdehdən onun xeyrinə 2000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildə ADU-nun gündüz şöbəsində mexaniki riyaziyyat fakültəsinin riyaziyyat ixtisasını bitirib, hazıradək rayonun kənd məktəblərində ehtiyaca görə müəllim, direktor müavini, direktor və yenə müəllim işləyir. xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək müqavilə üzrə X3 (8 il) işləmişdir. 2019-cu ilin əvvəlində elektron hökumət portalına baxarkən hesabına yığılan sığorta haqlarının ümumi məbləğinin (kapitalın) 20.050,14 manat olduğunu görmüşdür. Bundan başqa X3 işlədiyi 2006-cı və 2007-ci illərdə şəxsi hesabına əmək haqqına uyğun sığorta kapitalının tamamən köçürülmədiyini müşahidə etmişdir. Bundan sonra üç dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, iki dəfə X5 rəsmi müraciət edərək 2006-cı və 2007-ci illər üçün şəxsi hesabında olan 2 illik (dəqiq 1 il 6 ay üçün) çatışmazlığın bərpa olunmasını xahiş etsə də, heç bir müsbət cavab almamışdır. Son 3-cü ərizəsi ilə bütün tələb olunan lazımi arayışları, sənədləri ƏƏSMN-ə göndərmişdir. Nazirlik və DSMF iddiaçının haqlı tələbini yerinə yetirmək əvəzinə, ərizəni DSMF-nin Quba rayon şöbəsinə göndərmiş və ona imtina məktubu verilmişdir. 2006-2019cu illərdə sığorta kapitalının indeksləşdirilməsi aparılmamış, 2020-2022-ci illərin əvvəlində aparılan 16.6 %, 11.4 % və 3.4 %-lik indeksləşdimələr düz heablanmamışdır. Nəticədə onun pensiya kapitalı 4-5 min manat azalmışdır. İddiaçının tələbi ilə əmək pensiyası iki dəfə yenidən hesablansa da, yenə də hesablama qüsurlarla aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci il tarixdə yaranmış və xx.xx.2020-ci il tarixli qərar ilə pensiya təyin edilmişdir. PAS-dan çıxarışa əsasən vətəndaşın 2006-ci ildən sonra 12 il sosial sığorta stajı və müəyyən miqdarda (164.2139 manat) pensiya kapitalı olduğu üçün təyinat aparılarkən 2006-ci ilə qədər olan ümumi iş stajı 25 il üzərindən hesablanmışdır. Hazırda vətəndaşın pensiya statusu “ödənişdə” olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunuun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2006-xx.xx.2014-cü illərdə X3 işlədiyini və müəssisənin sığorta haqlarını ödədiyini, lakin onun şəxsi hesabına əlavə olunmadığını iddia edir. Məsələnin obyektiv araşdırılması üçün Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala xx.xx.2020-ci il tarixli, **********4 saylı sorğu yazılmışdır. Sorğuda iddia olunan X3 xx.xx.2006-xx.xx.2014-cü illər ərzində sosial sığorta haqları və digər ödənişlər barədə məlumatların verilməsi xahiş olunmuşdur. Müraciətə verilən xx.xx.2020ci il tarixli cavab məktubunda “X7 tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və fərdi uçot üzrə Mərkəzi Filialın nümayəndəsi X10 iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçıya əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunduğundan 2006-2020-ci illər üzrə indeksləşdirmə aparılmamışdır. Sosial kapitalı məblığləri arasındakı fərqlər texniki səhv üzündən baş verə bilər. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. -DSMF-nun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 09.05. 2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.Pensiya məbləğinin hesablanması zamanı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajını və xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsindəki 23646,80 manat pensiya kapitalı nəzərə alınmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıradək pensiya məbləği 292,91 manat təşkil edir. - "xxxx" MMC Şimal-Şərq Regional filialının Quba şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, İddiaçı X3 fərdi müqavilə əsasında çalışdığından işə qəbul və işdən azad olunmağı haqında əmr olmamışdır. Bundan əlavə X7 tətərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatın ( В3 ) internet üzərindən təqdim olunması, həmin hesabatın yazılı surətin saxlanılmaması, kompyuterlərin yenilənməsi səbəbdən MDSS üzrə hesabatların ( В3 ) surətlərinin təqdim edilməsi mümkün olmamışdır. - X6 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Qovşaq tərəfindən əmək haqqı kartlarından çıxarış verilməsi həyata keçirilmir. Həmçinin ərizənizdə qeyd olunan dövrlərdə "Məcburi Dövlət Sosial Sığorta haqqı üzrə Sığortaolunanlar haqqında məlumat” (06) (forma ВЗ ) hesabatı onlayn formada DSMF-nun İri Sığortaedənlərlə İş üzrə Departamentinə təqdim edilmişdir və həmin illərin hesabatı qovşağın kompyuterlərin yaddaşında qalmamışdır. Ərizədə göstərilmiş məsələlərlə əlaqədar Qovşaqda mövcud olan məlumatlara əsasən 2006-2014-cü illərin İddiaçı aid hesablanmış əmək haqqı barədə arayışı və həmin illər ərzində bağlanmış iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi ona təqdim edilmiş müqavilələrdən TKQ-da hal-hazırda mövcud olanların surətləri təqdim edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin təhsil dövrünün və maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi ayrıca qərardadla mümkün saılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İş materiallarından görünür ki, "xxxx" MMC X7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri İdarəsinin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, İddiaçı 2006-2014-ci illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında Telekommunikasiya Qovşağında çalışmışdır. TKQ-nın ştat üzrə işçilərin cəlb olunduğu bütün növ tutqulara məktubda qeyd etdiyiniz dövrdə (2006- 2007-ci illər) İddiaçı da əmək haqqı cəlb olunmuş və hər rüb DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinə “Məcburu Dövlət Sosial Sığorta” haqqı üzrə sığortaolunanlar haqqında məlumatların rüblük və illik hesabatları vaxtında təqdim edilmişdir. Hesabatlar təqdim edilərkən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentindən hesabatlarda hər-hansı bir formada çatışmamazlığın olması ilə əlaqədar məktub və ya xəbərdarlıq alınmamışdır. İş materiallarından görünür ki, Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sorğusuna cavab olaraq İddiaçı “X1 Sistemi”nin “Sığorta AS” alt sistemində “Səğortaolunanların hesabları” bölümündən xx.xx.2008xx.xx.2014 dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etmiş, 2006-2007-ci illər üzrə X7 İddiaçı məlumatları qeyd olunmadığı bildirmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC X7 məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı 2006-2014-cü illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında X3 çalışmışdır. Qovşağ üzrə əmək haqqı alan bütün işçilərdən qanunvericiliyə uyğun tutumlar aparılmışdır. Həmin hesabatlar hər rüb online formada DSMF-nin İri Sığortaedənlərlə İş Üzrə Departamentinə təqdim edilmişdir. Hesabatlar təqdim edilən dövrdə DSMF-nin İri Sığortaedənlərlə İş Üzrə Departamenti tərəfindən hesabatlarda hər hansı bir çatışmamazlığın olması barədə heç bir xəbərdarlıq alınmamışdır. Həmçinin, hesabatlar təqdim edilən rəsmi internet səhifədə online hesabat blankı doldurularkən hər hansı çatışmamazlıq olarsa belə səhifə həmin hesabatları qəbul etmirdi. İddiaçı həmin illər ərzində aldığı əmək haqqına dair əmək haqqı cədvəllərindən çıxarış məlumatlar təqdim edilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan təqdim edilən məlumatlarla kifayətlənərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan "xxxx" MMC X7 tərəfindən təqdim edilən hesabatlarda hər hansı bir çatışmamazlığın olub-olmamasını, olduğu təqdirdə müvafiq orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hansı tədbirlərin görülübgörülməməsini araşdırmalı olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı cavab məktublarında və iddiaya qarşı etiraz ərizəsində iddiaçının müraciətlərinin mahiyyəti üzrə həll olunması üçün zəruri sənədlər, o cümlədən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (06) (forma ВЗ ), əmək haqqı cədvəlləri, əmək kitabması, əmək müüqaviləsinin, əmək haqqı aldığı bank hesabından çıxarışlar, içşə qəbul olunma, işdən azad olunma və məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən sənədlər Filiala təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Bununla bağlı məhkəmə dəfələrlə sorğu etdikdən sonra X3n işə qəbul haqqında müqavilələr, bank çıxarışı sənədi, hesablanmış əmək haqqı barədə proqram çıxarışı (2010-2014) və əmək haqqı cədvələrindən çıxarışları (2006-2008) əldə etmişdir. soröuya cavab olaraq X7 həmçinin bildirmişdir ki, M.Mahmudli Qovşaqda fərdi müqavilə əsasında işlədiyindən işə qəbul və işdən azad olunma barədə əmrlərin və B3 hesabatların intent üzərindən təqdim olunduğundan yazılı surətlərinin saxlanılmaması, kompüterlərin yenilənməsi səbəbindən MDSS üzrə hesabatların (B3) təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respubklikası Qanununun 45.1-ci maddəsinə zidd olaraq müraciətin tam və hərtərəfli araşdırılması üçün mümkün və lazımi olan vasitələrdən istifadə etməmiş, tələb olunan sənədləri özü sorğu edib əldə etmək imkanına malik olduğu bu imkanlardan istifadə etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun : -22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. -45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. -45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından,yəni bütün mümkün sübutetmə vasitələrindən (təqdim edilmiş arayışlar, sənədlər və s.) istifadə etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə müvafiq öhdəlik qoyulmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, məhkəmə icraatı çərçivəsində qərarın iddiaçının arzuladığı şəkildə qeyd aparılmaqla qəbul olunmasını birmənalı əsaslı sayan yetərli sübutların da toplanması mümkün olmamışdır. Halbuki, sözügedən sübutların, habelə, onu inkar edən sübutların inzibati orqan tərəfindən əldə olunmasının mümkünlüyü daha ehtimallıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı “İddiaçının 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əmək haqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq xx.xx.2020-ci il tarixinədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay az aldığı məbləğ birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsinin, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-300/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-300/2023
27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver