Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3003/2023 14.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində onun adının “Vaqif”dən - “Vüqar”a, ata adının isə “Mülkadar”dan - “Mülkədar”a düzəliş olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə Qubadlı rayonu, Bəxtiyarlı kəndində anadan olmuş, atası X2, anası isə X1r. Hər iki valideyni vəfat edib. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bunun üçün o Cavabdehnə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində səhvən adı “Vaqif, ata adım “Mülkədar” kimi qeyd olunub. O ərizə ilə müraciət edib doğum haqqında akt qeydində adının “Vaqifdən - “Vüqar”a, ata adının isə “Mülkadar”dan - “Mülkədar”a düzəliş edilməsini xahiş etmişdir. Lakin xahişi təmin olunmamış və ona akt qeydinə düzəliş olunması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunan ziddiyyətə görə o özünə doğum haqqında şəhadətnamə ala bilmir. Adının “Vüqar”, ata adının “Mülkədar” olması ona məxsus şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Akt qeydinə düzəliş olunması ona anasından miras qalmış miras əmlakını qəbul etmək üçün lazımdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 255/62 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surəti, iddiaçıya aid hərbi biletin surəti, diplomun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci il tarixli, 18 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçının adı “Vaqif”, ata adı “Mülkadar” kimi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının adı Vüqar, ata adı Mülkədardır. İddiaçı adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində iddiaçıya aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qubadlı rayon Göyərcik kənd İN-i tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 18 nömrəli doğum haqqında akt qeydində İddiaçı adının “Vaqif”dən - “Vüqar”a, ata adının isə “Mülkadar”dan - “Mülkədar”a düzəliş olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3003/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3003/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver