Məhkəmə qərarları › İş №2-1(118)-3004/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3004/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3004/2022 16.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialında böyük mütəxəssis işləyən, Bakı şəhəri, Q.Qarayev prospekti ev 81 B, mənzil 298də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasınının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2-ci dərəcəli əlillik dərəcəsinə müvafiq olaraq hesablanmış pensiya məbləğinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsini,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasınının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Ona xx.xx.2016-cı il tarixində "sol oba hövzəsində keçirilmiş hematon tipli hemorragik insultun qalıq əlamətləri, sol tərəfli piramid çatmamazlıq, hipertoniya xəstəliyi 3-cü mərhələ, sol böyrəyin konkrementi, sol böyrəyin pollikistozu, ÜİX, ekstrosistolik artmiya” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən mənə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, mənim əlillik müddətim xx.xx.2021-ci il tarixində bitdikdən sonra 6 ay ərzində əlliliyin təkrar qiymətləndirilməsi nəticəsində əlliliyi xx.xx.2021-ci il tarixdə sonra yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil edilməklə əlliliyi olan şəxs hesab edilmişdir. Qeyd olunan faktları təstiqi edən bütün mötəbər sübutlar mövcud olduğu halda cavabdeh orqan onun pensiya təminatını heç bir əsas olmadan dayandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya əmək pensiyasının əlillik müddəti bitdiyi tarixdən - xx.xx.2021-ci tarixdən bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1 -ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşın müraciətindən imtina etmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İişin faktiki hallarına əsasən vətəndaşın əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Azərbaycan Resppublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubunda iddiaçının göndərişinin natamam doldurulması qeyd edilmiş və tibbi müəssisə tərəfindən müayinə olunaraq göndərişin yenidən rəsmiləşdiriləcəyi təqdirdə əlilliyinin yenidən qiymətləndiriləcəyi bildirilmişdir. Bu xüsusatdan da aydındır ki, iddiaçının əlilliyinin vaxtında qiymətləndiriiməməsi səbəbi müvafiq inzibati orqana göndərişin tələb olunan qaydada təqdim olunmamasıdır. Bu səbəbdən iddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (8 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyə ziddir. Beləliklə, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İş materiallarında olan : - xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli 19 nömrəli TSEK-nin qərarlardan görünür ki, İddiaçı əlilliklə bağlı pensiyanın təyin edilməsindən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli qərarından görünür ki,həmin tarixdə İddiaçı əlillik dərəcəsi təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 3- cü maddəsinə əsasən şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə əlil olmasını təsdiq edən sübut aşkar edilməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyinin bitdiyi vaxtdan 6 aydan çox müddət keçdikdən sonra ona yenidən əlillik dərəcəsi təyin edildiyindən yuxarıda göstərilən qanunvericilik norması ona şamil edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il arasında olan dövr üçün əlilliyə görə əmək pensiyasının təyin olunmması üçün hər hansı hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə belə qənaətə gəlir ki, idida tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar