Məhkəmə qərarları › İş №2-1(118)-301/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-301/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-301/2020 28.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçının 1969-1972-ci illərdə Xaçmaz rayonunun keçmiş Çarxı südçülük-tərəvəzçilik sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi və iddiaçıya pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işəSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1955-ci il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək Pensiyaları haqqında” Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi göstərilmişdir. İddiaçı razılaşmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmişdir. İddiaçı hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassızdır. 1969- 1972-ci illərdə Xaçmaz rayonunun keçmiş Çarxı südçülük-tərəvəzçilik sovxozunda işlədiyi dövrlər arxiv arayışı ilə təsdiq edilir. Lazım olan sosial sığorta stajı olduğuna və pensiya yaşına çatdığına görə ona pensiya təyin edilməlidir. Cavabdeh iddiaya yazılı etirazında qeyd edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmasını və 1969-cu ildən 1997-ci ilə kimi əmək stajının olmasını əsas gətirərək, əmək fəaliyyətində göstərilən bütün dövrlərinin Xaçmaz rayonu, keçmiş “Çarxı südçülük-tərəvəzçiük” sovxozunda işləməsini göstərmişdir. Onun 1973-cü ildən 1997-ci ilə kimi olan dövrü əmək kitabçasında qeyd edilmişdir. Lakin 1969-cu ildən 1972-ci ilə kimi olan dövr isə ondan asılı olmayan səbəbdən əmək kitabçasında qeyd edilməmişdir. Onun 1969-1972-ci illərdə Xaçmaz rayonu keçmiş “Çarxı südçülüktərəvəzçilik” sovxozunda işlədiyi barədə Xaçmaz rayon Dövlət Arxivinin verdiyi xx.xx.2019cu il tarixli 327 saylı rəsmi arayışında təsdiq olunmuş, lakin həmin arayışda həmin illərin əmək haqqı cədvəlində onun soyadının Abdullayev əvəzinə Abdulov kimi göstərilməsi qeyd olunmuşdur. Bu da ki, həmin illərdə sovxozda briqadir vəzifəsində işləyən şəxsin səhlənkarlığı nəticəsində “naryad”larda onun soyadı Abdullayev əvəzinə Abdulov kimi yazılmışdır. Yəni onun işlədiyi həmin vaxt ərzində sovxozda Abdulov soyadında şəxs işləməmiş, nə də həmin ərazidə yaşamamışdır. İddiaçı da bunları əsas gətirərək, onun 1969-1972-ci illərdə Xaçmaz rayonu keçmiş “Çarxı südçülük-tərəvəzçilik” sovxozunda işlədiyini, sığorta stajına daxil olmasını və ona pensiya təyin edilməsi vəzifəsini DSMF-nun Xaçmaz rayon şöbəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının qeyd etdiyi tələblərinə qarşı heç bir mübahisə və etirazı yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat vermiş, arxiv arayışı nəzərə alınacağı zaman iddiaçının pensiya hüququnun yaranacağını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 327 saylı, xx xxxxx 2019-cu il tarixli arxiv arayışında İddiaçı 1969-cu ildən 1972-ci illərdə keçmiş “Çarxı südçülük-tərəvəzçilik” sovxozundaişlədiyi dövrlər və həmin dövrlər üzrə əmək haqları qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 327 saylı, xx xxxxx 2019-cu il tarixli arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının 1969-cu ildən 1972-ci illərdə keçmiş “Çarxı südçülük-tərəvəzçilik” sovxozundaişləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışlarda qeyd olunan 1969-cu ildən 1972-ci ilə kimi keçmiş “Çarxı südçülük-tərəvəzçilik” sovxozunda işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Tərəflərin izahatlarından görsənir ki, həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınanda iddiaçının pensiya hüququ yaranır. Bu işin mübahisiləndirilməyən halıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı 1969-1972-ci illərdə Xaçmaz rayonunun keçmiş Çarxı südçülüktərəvəzçilik sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilərək, pensiya təyinatına yenidən baxılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı arxiv arayışı ilə təsdiq edilən, 1969-1972-ci illərdə Xaçmaz rayonunun keçmiş Çarxı südçülük-tərəvəzçilik sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi və pensiya təyinatına yenidən baxılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar