Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3010/2022 27.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Hövsan qəsəbəsi, 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1971-1973-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, xx.xx.1992- ci ildən xx.xx.1995-ci il tarixədək “Azəri” kiçik müəssisəsində və 1996-1998-ci illərdə Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 02 avqust 2022-ciil tarixli **********4 saylı imtinasınınn əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1971- 1973-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, xx.xx.1992- ci ildən xx.xx.1995-ci il tarixədək Azəri kiçik müəssisində və 1996-1998-ci illərdə Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı vardır. Yaşa görə əmək pensiyası almaq üçün sənədlərini DSMF-nuıt 11 saylı Reqional Ərazi İdarəsinə təqdim etmişdir. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 02 avqust 2022-cı ıl tarixli **********4 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim olunmuş sənədlərə görə onun sosial sığorta stajı 19 il 5 ay təşkil edir. Belə ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kınm “Azəri " kiçik müəssisəsində işlədiyi dövr əmək haqq cədvəlləri arxivə təhvil verilmədiyindən və 1996-1998-ci illərdə Şamaxı rayonu ”Şəfəq” kolxozunda işlədiyim dövrlərə dair arxiv arayışında əmək günü norması öz əksini tapmadığından həmin dövrlər ona sığorta stajı kimi hesablanmamışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. İddiaçı 14 yaşından işləmişdir. Amma Qanun 15 yaşdan sonrakl dövrü staj kimi qəbul edir. 1992-ci ilə kimi sığorta stajı 19 il 5 ay hesablanımşdır. ”Azəri“ kiçik müəssisəsinin əmək haqqı sənədlərinin arxivə təhvil verilməməsi onun təqsiri üzündən baş verməmişdir. Əmək kitabçamda göstərilən 3 ıl 10 ay 29 gün onun sığorta stajıma hesablanmalıdır. Bundan əlavə Şamaxı rayonu “Şəfəq “ kolxozunda 3 il işləmiş və maaşı pul şəklində almışdır. Belə olan halda bu 3 il də sığorta stajına hesablanmalıdır. Bu İllərlə birlikdə onun sığorta stajım 26 il 3 ay 29 gün alınır. Bu da ona yaşa görə əmək pensiyası təyin olunmasına əsas verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Əzizli iddianı qəbul etməyərək izah etdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət edərək 26 il 3 ay 29 gün sosial sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən MT № ******* saylı əmək kitabçasının, ******* nömrəli hərbi biletin surətlərinə və X4 Filialının № 39 saylı arayışına əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 5 ay təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.2022-ci il tarixli № 39 saylı arxiv arayışnda qeyd edilmiş 1996-cı il tarixdən 1998-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv idarəsi X3 filialının xx.xx.2022-ci il tarixli № 109 saylı məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Azəri" kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan arxiv sənədləri X3 filialına təhvil verilməmişdir. Eyni zamanda iddiaçının 1996-cı il tarixdən 1998-ci il tarixədək “Şəfəq” kolxozundakı əmək fəaliyyəti zamanı yığılmış əmək günü norması təqdim edilən arayışda qeyd olmadığından və X3 filialının xx.xx.2022-ci il tarixli № 109 saylı məktubunda “Şəfəq” kolxozunun müəyyən olumuş əmək günü norması öz əksini tapmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. - X3 filialının xx.xx.2022-ci il tarixli 39 saylı arxiv arayışından görünür ki, İddiaçı 1971- 1973-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda və 1996-1998-ci illərdə Şamaxı rayon Kərkənc kənd Şəfəq kolxozunda işləmiş və əmək haqqı alımışdır. Şamaxı rayon “Azərtikinti” idarəsinin heç bir sənədi X3 filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən X3 filialı tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "Azəri" kiçik müəssisəsinin heç bir sənədi X4 filialına mühafizəyə verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan “Azəri” kiçik müəsissəsinn arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən ƏMDX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd olunan “Azəri” kiçik müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun iki əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət müddətini hesablayaraq onun cəmi 19 il 05 ay 22 gün sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının 1971-1973-cü illərdə Kərkənc sovxozunda, 1992-1995-ci illərdə “Azəri” kiçik müəssisəsində və 1996-1998-ci illərdə “Şəfəq” kolxozunda işlədiyi müddətləri sosiaı sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 1971-ci ilin fevral ayından 1974-cü ilin yanvar ayınadək Şamaxı rayon Kərkənc sovxozunda və 1996-1998-ci illərdə “Şəfəq” kolxozunda işləməsi və əmək haqqı alması təqdim edilmiş arxiv arayışı ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, həmin arayışda əmək gününün qeyd edilməməsi həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, əmək gününün arxiv sənədlərində qeyd edilməsi iddiaçının vəzifəsi olmamışdır və o, bu hala görə cavabdehlik daşımamalıdır. İddiaçının pensiya almaq hüququ məhdudlaşdırılmamalı və onun əmək haqqı aldığı aylar nəzərə alınmaqla həmin dövr onun sosial sığota stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə iddiaçının 1992-1995-ci illərdə “Azəri” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşır və həmin müəssisınin ümumiyyətlə mövcud olması, dövlət qeydiyyatından keçməsi və arxiv sənədlərinin aşkar edilməməsini nəzərə alaraq iddia tələbinin həmin hissədə rədd edilməsini məqsədəuyğun hesab edir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddiaçının 1971-ci ilin fevral ayından 1974-cü ilin yanvar ayınadək və 1996-1998-ci illərdə işlədiyi dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. “İnizbati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsnə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1971-ci ilin fevral ayılndan 1974-cü ilin yanvar ayınadək Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda və 1996-1998-ci illərdə Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3010/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3010/2022
27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver