Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3011/2023 18.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı “Ümumi sayı 20 nəfər olmaqla xx.xx.1988-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X18, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.1978-ci il təvəllüdlü X24, xx.xx.2008-ci il təvəllüdlü X25, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.1951-ci il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1960-cı il təvəllüdlü X13, xx.xx.2014cü il təvəllüdlü X19, xx.xx.1980-ci il təvəllüdlü X20, xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.1990-cı il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X26, xx.xx.1995-ci il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X22 və xx.xx.1985-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən iddiaçı və ailə üzvlərinə məxsus mənzildən qeydiyyatdan çıxarılmalarına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birgə ünvan 2 ünvanında olan evdə daimi qeydiyyatdadır. Bu ərizəyə daxil edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışın asilindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatdadırlar. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi 11-ЖГ № 499595 saylı, 24 sentyabr 1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X1 arasında rəsmi nikah bağlanmış və 26 nömrəli aktla qeyd edilmişdir. Nikahdan sonra iddiaçıya “Mecidova” soyadı verilmişdir. Notarial təsdiqli surətini bu ərizəyə daxil edilmiş AZ-1İ № 159479 saylı, xx.xx.2021ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, həyat yoldaşı X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin yaşadığı evə Çıxarış almaq istəyərkən onlardan yaşayış yeri üzrə qeydiyyat haqqında arayış istənilmişdir. İddiaçı yuxarıda qeyd etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışın əsilini alarkən məlum olmuşdur ki, həmin evə çoxlu sayda digər şəxslər naməlum şəkildə qeydiyyatdadırlar. Həmin şəxslər 20 (iyirmi) nəfər olmaqla aşağıdakılardır: xx.xx.1988-ci il təvəllüdlü X3, 2) xx.xx.2012-ci il təvəllüdlü X9, 3) xx.xx.2018-ci il təvəllüdlü X18, 4) xx.xx.1957-ci il təvəllüdlü X10, 5) xx.xx.2007-ci il təvəllüdlü X11. 6) xx.xx.1978-ci il təvəllüdlü X24. 7) xx.xx.2008-ci il təvəllüdlü X25, 8) xx.xx.2009-cu il təvəllüdlü X12, 9) xx.xx.2011-ci il təvəllüdlü X4, 10) xx.xx.1951-ci il təvəllüdlü X5, 11) xx.xx.1964-cü il təvəllüdlü X2, 12) xx.xx.1960-cı il təvəllüdlü X13, 13) xx.xx.2014-cü il təvəllüdlü X19, 14) xx.xx.1980-ci il təvəllüdlü X20, 15) xx.xx.2009-cu il təvəllüdlü X14, 16) xx.xx.1990-cı il təvəllüdlü X15, 17) xx.xx.2015-ci il təvəllüdlü X26. 18) xx.xx.1995-ci il təvəllüdlü X21, 19) xx.xx.2005-ci il təvəllüdlü X22 və 20) xx.xx.1985-ci il təvəllüdlü X23. Yuxarıda adları çəkilən şəxsləri Şamaxı rayon Polis Şöbəsi qeydiyyata almışdır. Belə ki, əvvəllər vətəndaşların mənzilə qeydiyyata alınması və ya çıxarılması işi Rayon Polis Şöbəsinin səlahiyyətində idi. Odur ki, Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdirlər ki, belə qanunsuz əməlləri necə ediblərsə, elədə özləri həll etsinlər. Lakin bu ərizəyə daxil etdiyim Şamaxı rayon Polis Şöbəsinin 3-13-108/2-M-36xx/xx/2023 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunun əsilindən görünür ki, iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmin məktubda belə əsaslandırılmışdır ki, şəxsin qeydiyyatdan çıxarılmasına dair xx.xx.1996-cı il tarixli ’‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılır. Halbuki, yuxarıda adları çəkilən 20 nəfər şəxs hazırki mübahisəli mənzildə yaşamayıblar və indi də yaşamırlar. Həmin şəxslərin hansı yolla mənzilə qeydiyyata götürülmələri naməlumdur. Onlar iddiaçının mənzilindən istifadə etmirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddia ərizəsindən və iş materiallarından görsənir ki, mübahisəli mənzil üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda həmin mənzilə iddiaçıların mülkiyyət hüququ mövcud olmadığı üçün məhkəmə hesab edir ki, onların hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarındada mənzil mülkiyyətçilərinin hüquqlarının qorunduğu qeyd edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçılara izah edilsin ki, mənzildə qeydiyyatda olan digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindəndə istifadə edilməsi istisna edilmir. Həmin şəxslərin istifadə hüquqlarına xitam verildikdən sonra vəya həmin şəxslərin istifadə hüquqlarının olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edildikdən sonra yenidən inzibati orqana müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev